Reklam
Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatı-"Məcburi köçkün təklifdən imtina edib"
29-12-2019 22:05
Füzuli rayonundan məcburi köçkün haqqında sosial şəbəkə və KİV-də yayılan məlumatlarla əlaqədar olaraq bildiririk ki, bu barədə informasiya verildikdən dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və müvafiq şöbələri tərəfindən məsələ dərhal nəzarətə götürülüb. Aparılmış araşdırma nəticəsində məlum olub ki, haqqında məlumat yayılmış şəxs Füzuli rayonundan məcburi köçkün Həziyeva Gülsarə Abbas qızıdır. G. Həziyeva Sabunçu rayonu, Sabunçu qəsəbəsi Qanboy Vəzirov 2 ünvanında müvəqqəti məskunlaşıb. Həyat yoldaşı yoxdur, 5 uşağı ilə birgə yaşayır.
Hazırda Dövlət Komitəsinin Bakıda xüsusi yaşayış fondunda boş mənzil olmadığı üçün ona Füzuli rayonunda yeni inşa edilmiş qəsəbədə dörd otaqlı mənzil təklif olunub. Bundan başqa, G. Həziyevaya Bakıda yeni qəsəbə istifadə verilənədək – üç ay müddətində kirayədə yaşamaq təklif edili
Lakin məcburi köçkün Gülsarə Həziyeva hər iki təklifdən imtina edib.
Dalidag.az




Kateqoriya: Karusel / Qarabağ
Tarix: 29-12-2019 22:05
Baxış sayı: 3619Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























