Reklam
ATƏT yenə birtərəfli mövqe göstərdi- Qarabağ münaqişəsinin...
08-12-2019 15:35
“Əhali, dialoq və sabitlik naminə” devizi altında keçirilən ATƏT-n Xarici İşlər Nazirləri Şurasının 26-cı iclası da Qarabağ münaqişəsinin həlli istiqmətində yeniliklər gətirmədi.
Xatırladaq ki, iclas Slovakiyanın paytaxtı Bratislava şəhərində keçilib. ATƏT-ə üzv və tərəfdaş ölkələrdən olan nazirlər, yüksək səviyyəli dövlət və hökumət nümayəndələri Avropada və dünyanın digər regionlarında mövcud problemləri müzakirə ediblər.
Azərbaycanı iclasda Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. ATƏT təmsilçiləri yenə də münaqişənin sülh yolu ilə nizamlanması ilə bağlı daha əvvəl edilən çağırışlarını təkrarlayıblar. Və bu istiqamətdə tərəflərdən “nikbinlik” gözlədiklərini əlavə ediblər.
Biz ATƏT məkanındakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasında daha nikbin işarələr görmək istəyirik, - Bunu iclasda çıxışı zamanı ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelini deyib. O bildirib ki, ATƏT ərazisindəki münaqişələr narahatlıq yaradır: "İnsanlar bu münaqişələrin həllini gözləyirlər. Xüsusilə də Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlanması baxımından daha optimist işarələr görmək istəyirik".
Daim xalqları sülhə çağıran, ATƏT rəsmilərinin münaqişə tərəflərindən “nikbinlik” gözləntiləri nədən ibarətdir? "İnsanlar bu münaqişələrin həllini gözləyirlər”- deyərkən parlament Assambleyasının sədri erməni ictimaiyyətini nəzərdə tuturmu? Əgər erməni xalqı, həqiqətən, münaqişənin həllini istəyirsə, niyə bunu işğalçı rejimlərindən tələb etmirlər?
Politoloq Fikrət Sadıxov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ATƏT-in Parlament Assambleyasının sədrinin bəyanatında yeni fikir səslənməyib:
“Oxşar bəyanatlar əvvəl də səslənib. Xalqlar sülhə çağırılıb, optimist ifadələr səslənilib. Amma optimist olmaqdansa, reallığı nəzərə almaq lazımdır. Biz həmişə sülhə hazırıq, bundan sonra da belə olacaq. Burada söhbət işğal olunmuş torpaqlardan gedir. Ermənistan həmin torpaqları azad etməlidir. Yəni birinci mərhələ sona çatmalıdır. Sonradan təbii ki, danışıqlar davam edə və Dağlıq Qarabağla bağlı hansısa qərar qəbul oluna bilər. Amma Ermənistanın əvvəlcədən Dağlıq Qarabağı müstəqil qurum kimi tanımalı olduğumuzla bağlı şərt qoyarsa, bu absurdur və heç zaman həyata keçməyəcək. Biz buna getmərik və bu bizim maraqlarımıza tamamilə ziddir”.
Politoloq deyir ki, əgər ATƏT təmsilçiləri, həqiqətən, münaqişənin həllini istəyirsə, Ermənistandan qətnamələrə əməl etməsini tələb etməlidir:
“Ermənistan qətnamələri yerinə yetirmələri, beynəlxalq hüquqa uyğun addımlar atmalı və işğalçılıq siyasətindən əl çəkməlidir. Azərbaycanın xarici siyasətinin əsas məqsədi budur”.
Georgi Tseretelininin "İnsanlar bu münaqişələrin həllini gözləyirlər" fikirlərini Ermənistan ictimayyətinə də aid etmək olarmı?
Fikrət Sadıxov erməni xalqının da müəyyən hissəsinin sülh tərəfdarı olduğunu deyir:
“Ermənistan xalqının da bir hissəsi də yorulub. Hazırda orda da “analar komitələri” yaradılır. Təbii ki, xalqlar sülh istəyir, amma söhbət Ermənistan rəhbərliyinin mövqeyindən gedir. Məsələ onların “güzəştə getməmə” siyasətinə dirənir. ATƏT ölkələrinin nazirləri məgər bunu görmür, qətnamələr qəbul olunmayıb. ATƏT-in özünün Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qərarları var. Sadəcə olaraq, onlar buna əməl etməlidir”.
Dalidag.az
Kateqoriya: Karusel / Qarabağ
Tarix: 08-12-2019 15:35
Baxış sayı: 3482
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02