Reklam
"Azərbaycanda Türkiyə silahlı qüvvələrinin hərbi bazaları olmalıdır"- " Kəlbəcərə Qayıdış" İB-nin BƏYANATI
01-08-2020 21:12
Dalidag.az "Kəlbəcərə Qayıdış" İctimai Birliyinin redaksiyanın elekrton poştuna daxil olan bəyanatını təqdim edir:
"Tarix təkrar olunur...1918-ci ildə Azərbaycan xalqının qatili daşnak Şaumyan, erməni-rus silahlı quldur dəstələrinin köməkliyi ilə, Kürdəmir, Salyan , Şamaxı, Quba , Xaçmaz rayonlarını, paytaxtımız Bakını və ətraf rayonları ələ keçirərək dinc, silahsız on minlərlə azərbaycanlı əhalini uşaq, qadın, qoca demədən soyqırıma məruz qoydu! Bakı və Bakı ətrafı regionların azərbaycanlı əhalisi tamamilə məhv edilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Gəncə şəhərində yerləşmiş AXC hökümətinin isə silahlı, hərbi qüvvələri yox idi.Belə çətin bir zamanda AXC höküməti qardaş Türkiyə hökümətinə hərbi kömək olunması üçün müraciət etdi! Özünün çox çətin durumda olmasına baxmayaraq,Türkiyə höküməti dərhal AXC-nin müraciətinə müsbət reaksiya verdi.Nuru Paşanın başçılığı altında Gəncəyə hərbi qüvvə göndərdi.Bu hərbi qüvvələr, AXC gücləri ilə birləşərək, daşnak erməni-rus silahlı quldur dəstələrini qovaraq, Quba, Xaçmaz, Kürdəmir, Salyan, Şamaxı, Bakı və Bakı ətrafı regionların əhalisini xilas etdilər! Müzəffər Türk xalqının bu köməyini Azərbaycan xalqı heç vaxt unutmadı və unutmayacaqda!Bu gün isə Azərbaycan dövlətinin şah damarları keçən Tovuz rayonu bölgəsinə Ermənistan silahlı qüvvələri tərəfindən xaincəsinə, qəflətən basqın edildi.Biri general olmaqla, yüksək rütbəli zabitlərimiz, əsgərlərimiz şəhid edildilər. Azərbaycan ordusu qarşılıq verdi, ağır döyüşlər başladı. Erməniləri bu təxribata sövq edən güclərin əsas məqsədləri Tovuz bölgəsini ələ keçirtməklə Azərbaycanın strateji layıhələrinə nəzarəti ələ keçirtmək idi.Lakin qəhrəman Azərbaycan zabit və əsgərləri düşmənin bu niyyətlərini puça çıxartdılar və düşmənə sarsıdıcı əks zərbələr endirdilər! Lakin ermənilər öz havadarlarından silah və əsgəri yardımlar alaraq öz çirkin məqsədlərini həyata keçirtməyə hazırlaşırdılar.Belə həssas məqamda yenə qardaş Türkiyə dövləti köməyə gəldi. Müzəffər Türk ordusu Naxçıvana və Bakıya gəldilər!
"
Kəlbəcərə Qayıdış" İctimai Birliyi olaraq üzvlərimiz və tərəfdarlarımız adından Türkiyə silahlı qüvvələrinin Azərbaycana gəlməsini alqışlayırıq, təqdir edirik!!!Bəyan edirik ki, düşmənimiz Ermənistanda Rusiya hərbi bazaları mövcud olduqca, Azərbaycan ərazilərində də Türkiyə silahlı qüvvələrinin hərbi bazaları olmalıdır!!!NATO üzvü olan Türkiyə silahlı qüvvələrinin Azərbaycanda hərbi bazalarının olması müstəqilliyimizin,ərazi bütövlüyümüzün qarantı olacaq!!! Üzvlərimiz və tərəfdarlarımız adından Türkiyə və Azərbaycan dövlət başçılarına və hökümətlərinə müraciət edərək bu istiqamətdə zəruri addımların atılmasının və müqavilələrin imzalanmasının vaxtının çatdığını bəyan edirik!!! KQİB olaraq Türkiyə silahlı qüvvələrinin həmişəlik Azərbaycanda qalmasını dəstəkləyirik, təqdir edirik!!!Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!!!
"Kəlbəcərə Qayıdış" İctimai Birliyinin Ali Məclisi
01.08.2020."
Kateqoriya: Karusel / Qarabağ
Tarix: 01-08-2020 21:12
Baxış sayı: 3670
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23