Taleh Mansur Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Taleh Mansur yaradıcılığından: İLAHİ XƏYAL Şeir qəlbi şah tutasan, şax qala, Söz başını düz önündə əyəsən. Qoşulasan ilahi bir xəyala, Aradabir gedib ərşə dəyəsən. Azıb yolu duman-çənə düşəsən, Qızılgülə, yasəmənə düşəsən, Dönüb şehə - göy çəmənə düşəsən, Leysan olub, çiçəkləri döyəsən. Şahlar dönür, qullar dönür Allaha, Qağayılar, qular dönür Allaha. Ay göz yaşım, sular dönür Allaha, Bəs nə üçün

Hümbət Quliyev Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Hümbət Quliyev yaradıcılığından: KOR XOŞBƏXTLİYİ O, əməliyyat elədiyi gözə son tikişlərini vururdu. Bu vaxt Əməliyyat şöbəsinin baş tibb bacısı ona yaxınlaşıb yavaşca dedi: - Mənə indi xəbər çatdırdılar ki, "şef” sizi əməliyyatdan sonra kabinetinə dəvət edir. Göz cərrahı Kamil Quliyev gözlərini əməliyyat mikroskopundan ayırıb, bütün personala uğurlu keçən əməliyyata görə təşəkkür elədi. Əllərini

Bu gün dəyərli həmyerlimiz, “Moderator” saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin ölümündən 2 il ötür. Dalidag.az xəbər verir ki, Zülfüqar Hüseynzadə 2023-ci ilin iyun ayının 18-də – 52 yaşında doğulub boya-başa çatdığı Kəlbəcər rayonunun Başlıbel kəndində dünyasını dəyişib. O, həmin gün Kəlbəcərə nənəsinin qalıqlarını axtarmaq üçün getmişdi və elə doğma kəndində – Başlıbeldə həyatla vidalaşdı. Zülfüqar Hüseynzadə 1971-ci ildə Kəlbəcərin Başlıbel kəndində anadan olub. Orta

Həmid Piriyev Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Həmid Piriyev yaradıcılığından: ŞAFTALI ÇİÇƏKLƏRİ FƏSLİ Bağlarda yabanı razyanalar bitir. Baxımsız bağlarda böyüyür, kollanır, hasar boyu qalxır. Yayda razyananın iyi elə də hiss olunmur, başqa güllərin iyinə qarışır, təsiri itir. İndi qışdı, hər tərəfdən razyana iyi gəlir. Gecəni yatmamışam. Sərxoş dünən səhər gedəndə burnunu çəkirdi, axşam da gəlmədi. Axşam zəng eləyib naxoşladığını dedi. Mənsə tək

"Həyatımda və yaradıcılığımda hansısa yaddaqalan təsadüfün rolu olmayıb" Müsahibimiz tanınmış Azərbaycan şairi, jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Manevr.az” , “Dalidag.az” saytlarının qurucusu, Prezident mükafatçısı Namiq Dəlidağlıdır. İnanırıq ki, müasir poeziyamızın tanınmış simalarından olan Namiq Dəlidağlı ilə apardığımız müsahibə oxucuların marağına səbəb olacaq — Namiq bəy, sizin fəaliyyətiniz çoxşaxəlidir. Aktiv ədəbi yaradıcılıqla

Esmira Məhiqızı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Esmira Məhiqızı yaradıcılığından: *** indi ayrılıq dönüb bir islaq röya olsa.. və gecələr, gecələr yastığıma ağlasam. indi uşaq xəyalım uzaqlardan adlasa bir də həmin o doğma məkanlara uğrasam bir də, bir də.. olanlar qayıdıb bir də ola bir də o nağılların əsrarına düşəm də. atama naz eliyəm, anamı hirsləndirəm, nənəmi qucaqlayıb, qardaşımdan küsəm dəəə bəs hara getdi görən, gördüm deyən olmadı

Nadir Yalçın Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Nadir Yalçın yaradıcılığından: BALIQÇILAR Cavid tilovları maşının üstündəki dəmirə iplə çəkib möhkəm bağladı. Əllərini belinə dirəyib arxaya dartındı. Obaşdan soxulcan yığmaq üçün əyilib torpağın nəm yerini eşələyəndə belinin tutacağını bilirdi. Elxan iri çuğun vedrələri maşının arxa oturacağının ayaqaltısına qoyub qardaşına tərəf boylandı: – Hava əladı, özüm ölüm, bəlkə, Əliyə də deyək? Cavid əlini

Eldar İsmayıloğlu Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Eldar İsmayıloğlu yaradıcılığından: *** Yenə də küləklər daşıyır, Yarpaqların ölümünü. Çırpır zamanın üzünə, Qızılı təbəssümünü. Kimdi ki, eşqdən yarıyan, Ağlama öz nəfəsinə. Yarpaqlar da gözəl ölür, Bir-birinin həvəsinə... Divar da ovulub gedir, Şəklimizi unutmağa. Nə yaxşı ki, pəncərə var, Gözlərimi ovutmağa. Xatirələr körpə quştək, Sığınıbdı bir küncümə. Gəl biz də gözəl ayrılaq, Yanıb kül

Müsahibimiz tanınmış Alban şairi, yazıçı, tərcüməçi, ədəbiyyat tənqidçisi və jurnalist, "Kryefjala" dərgisinin redaktoru Rifat Ismilidir. Söhbətimiz ədəbiyyat, yaradıcılıq, poeziya oxu mədəniyyəti, şəxsi baxışlar və həyat yolları barədə oldu. — Ədəbiyyata marağınız nə vaxt başladı? Gəncliyinizdə hansı kitabları oxudunuz və sizi hansı yazıçılar ilhamlandırdı? —Oxumağa olan marağımın necə başladığını dəqiq demək çətindir, çünki çox vaxt keçib və zaman keçdikcə insan öz şəxsi mifini həqiqətdən

Şəfa Vəli Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Şəfa Vəli yaradıcılığından: HƏR ŞEYİ SEVƏN ADAM “Dünən dekabrın biri idi. Bu gün ikisidir. İki gün arasındakı yeganə fərq yalnız aid edildikləri təqvim rəqəmləridir. Vəssəlam! Başqa nə? Nə axı? Heçcə nə!” - düşüncələrindən asdığı yüklər xana yumaqları kimiydi; biri çözələndikcə, o biri də yuvarlanır, birinin ipi ərişə keçəndə, o birininki arğaca dolanırdı: “Sonra da ad qoyurlar mənə, ayama taxırlar öz
Yazı axını