Mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb .

Xankəndidə daha bir məktəb açılacaq. Dalidag.az xəbər verir ki, bu fikirləri “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı səsləndirib. O bildirib ki, bu il Xankəndi şəhərində fəaliyyətə başlayan 4 nömrəli məktəb tam gücü ilə fəaliyyət göstərir və həmin ərazidə ikinci məktəbin də açılması planlaşdırılır: “Bu baxımdan əminliklə deyə bilərik ki, yaxın illərdə işğaldan azad edilmiş bütün ərazilərimizdə təhsilin

İlham Qəhrəman Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı İlham Qəhrəman yaradıcılığından: ÇÖL ÇİÇƏYİ VƏ ŞÜŞƏLİ ŞƏHƏR Səndən yazmaq bir qələmə gücdü, masada iki qələm var, Şəninə hansını əlimə götürsəm toy padşahıdı elə bil, qələmdə ayrı aləm var. Ayağım yanına gələndə sürünür bu qədər ürəksiz deyildim, Ayrılanda heç getmir, bu qədər də üzlü deyildim. Yalanmış azadlıqdan dəm vurmağım, içim də gedir kölən olmağa... Bu qollar indi zəncirlik, ayaqlar

Öz həqiqətinə söykənən dərviş ruhlu şair Namiq Dəlidağlı Şair Namiq Dəlidağlını 30 il olar ki, tanıyıram, şeirlərini, publisistik yazılarını oxuyuram. Həmişə işgüzar, dostcanlı, bir az da qayğılı görmüşəm onu. Namiq Dəlidağlının bir şəxsiyyət kimi yaradıcılıq müstəvisi, poetik dünyası çox məzmunludur. Qələmə aldığı şeirlər də, publisistik yazıları da obraz və motivlərlə zəngindir. Ədəbiyyata, sözə bağlı, poetik zəminlərə köklənən bir ömür yaşayır Namiq. Hərdən soruşurlar - ömür yolu hardan

Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib . Dalidag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. A.Şirinov bundan əvvəl 2020-ci il mayın 12-də adıçəkilən instituta rektor təyin edilmişdi. Qeyd edək ki, İlahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov 1979-cu il sentyabr ayının 28-də Kəlbəcər şəhərində anadan olub. Dalidag.az Aqil Muxtar oğlu Şirinov

Rəsmiyyə Sabir Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Rəsmiyyə Sabir yaradıcılığından: BOŞ QALIB Yazımı, yayımı alıb getmisən, Ömür baxçasında payız, qış qalıb. Yağışdan sonrakı nəm torpaq kimi, Gözlərimin dibi hələ yaş qalıb. Yeriyib bu yolda düşdüm izimə, Dünyadan yan keçib döndüm özümə, Dayanıb bir anlıq baxdım gözümə, Gördüm bu gərdişə gözüm çaş qalıb. Bir ölüm gizlənir ömrün «var» ında, Bəzən çiçək solur ilk baharında, Ömrümün hörülən dörd

Ermənistanda doğum yeri “Azərbaycan” yazılan pasportların hələ də qüvvədə olması qalmaqal yaradıb. Dalidag.az publika.az-a istinadən xəbər verir ki, Qarabağın işğalı dövründə Azərbaycan ərazilərinə köçürülmüş ermənilərə verilən Ermənistan pasportlarında doğum yeri kimi “Azərbaycan” göstərilirdi. Bu, Qarabağın Azərbaycan ərazisi, Ermənistanın isə işğalçı olduğunu təsdiq edən fakt olsa da, rəsmi İrəvan bunu dəyişə bilmirdi. Çünki Qarabağ və işğal olunmuş digər ərazilər beynəlxalq müstəvidə

Şəhid polkovnik-leytenant, Ağır Artilleriya Briqadasının qərargah rəisi Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib. Dalidag.az -ın musavat.com-a istinadla məlumatına görə, Səlbi Cəfərlinin ölümünə səbəb kəskin böyrək çatışmazlığı olub. Həkimlər 13 yaşlı şəhid övladının həyatını xilas edə bilməyib. Qeyd edək ki, Zaur Hüseyn oğlu Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı bir ailədə dünyaya göz açıb Polkovnik-leytenant 2020-ci il oktyabrın 9-dan

Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksində 55 nəfər daimi işlə təmin edilib . Dalidag.az -ın əldə etdiyi məlumata görə, Xocalı rayonunun Xanabad kəndində iri heyvandarlıq kompleksi fəaliyyətə başlayıb. “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin heyvandarlıq kompleksində ətlik-südlük istiqamətli iribuynuzlu heyvanlar saxlanılır. Məlumat verilib ki, damazlıq fermer təsərrüfatının ümumi tutumu 750 baş iribuynuzlu heyvandan ibarətdir. Hazırda təsərrüfatda 355 baş

Ağdamın Kəngərli kəndində inşa edilən orta məktəb binasının 30 sinif otağında 484 şagird təhsil alacaq. Dalidag.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib. O, qeyd edib ki, işğaldan azad olunduqdan sonra Kəngərli kəndində yenidən inşa edilən məktəb binası müasir tələblər səviyyəsində qurulub. Bu da şagirdlərin yüksək tədris prosesində dərs almalarına imkan verəcək: “Kəngərli kənd tam orta məktəbində 30
Yazı axını