Azərbaycan hərbi qulluqçusu Kəlbəcərdə minaya düşüb. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, mayın 29-da saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı hərbi qulluqçumuz Xudaverdi Həsən oğlu Sadıqov ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək sol ayağından xəsarət alıb.

Yusif Hüseyn Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Yusif Hüseyn yaradıcılığından: DAŞA DÖNDÜK, BU SEVDANIN BAŞINDA... Bu məhəbbət nə çətinmiş, nə ağır, Bu talehdən bəxtimizə daş yağır. Bu sevgidə nə əvvəl var, nə axır, Sən baharda...mənsə ömrün qışında, Daşa döndük, bu sevdanın başında... Daş ürəyin sevgisi də daş olar, Daş ürəkdə bahar olmaz, qış olar, Qismət bəzən əl çatmayan quş olar. Deyirlər ki, sevdası var quşun da, Daşa döndük bu sevdanın

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Laçın rayonunun yenidən qurulan Bəylik kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Dalidag.az xəbər verir ki, bu mərhələdə Bəylik kəndinə 41 ailə - 163 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət

Babək Məmmədli Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Babək Məmmədli yaradıcılığından: QIRMIZI "QNİŞKA" — Yoldaş zavxoz, aay yoldaş zavxoz.. Bu qılıqlı, incə səsi tanıyıb ayaq saxladı. Şahnaz müəllimə idi, daş döşəməni dikdabanlarıyla döyə-döyə sürətlə ona doğru gəlirdi. Həmişəyaşıllıq böhranına girmiş qadınlar haqqında direktorun verdiyi — içi pioner, çölü pensioner — qısa, şifahi və məzmunlu arayışı xatırlayıb gülümsəmək istəsə də, bacarmadı; pişik sudan

Banu Məhərrəm Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Banu Məhərrəm yaradıcılığından: * * * Cibimdə çox kiçik ümidlər qalıb Gözümün eşiyi sisdən yol çəkir. Bağrına daş basan torpaqdır içim Ona da günəşin kölgəsi çökür. Yağan qarın rəngi hopur saçıma Günəş qovurduğu yola qar düşür Enmək yenilməkdir, zaman ərimək Zaman da an gəlir, gözümdən düşür. Sıxıb dizlərimi dodaqlarıma, Gözüm kipriyimi göylərə əyir. Yaşımın üstünə hər yaş qoyduqca Yaşımın

Bu gün Azərbaycanda Müstəqillik Günüdür. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 107 il ötür. Bu bayram artıq beşinci ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) -

Tural Akif oğlu VƏLİZADƏ Bakı Qızlar Universitetinin baş müəllimi , Bakı Dövlət Universitetinin doktorantı [email protected] Bu gün qüdrətli xalqımız tərəfindən istiqlaliyyəti elan olunan ilk respublikamız - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 107 ötür. Köləliyə və zorakılığa boyun əyməyən Azərbaycan xalqı, müstəqilliyinə və gələcəyinə düşmən kəsilən işğalçılara qarşı başladı ğı azadlıq mübarizəsini 28 may 1918-ci ildə zəfərlə, istiqlaliyyətlə taclandırdı. Azərbaycan x

Kəlbəcər rayon İcra Hakimiyyətində 28 may - Müstəqillik Günü qeyd edilib. Dalidag.az xəbər verir ki, tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov,, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Kəlbəcər RİH-nin inzibati binasındakı büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla

Əlövsət Misiroğlu Bu gün kəlbəcərli şair Əlövsət Misir oğlunun doğum günüdür. Yaşasaydı 75 illik yubileyini qeyd edəcəkdi. Təəssüf ki, bu gün cismani yoxluğu ilə ürəkləri yandıran şairi ruhuna salamlar göndərməklə yad edirik. Neçə-neçə nisgilli yurddaşımız kimi Ə.Misiroğlu da Kəlbəcər həsrəti ilə 2015-ci il yanvar ayının 22-də bu dünyayadan köç etdi. Könlünün qubarını, ürəyinin yarasını yurdunun azadlığı ovudardı, məlhəm olardı dərdlərinə. Nə yazıq ki, o günü görmək nəsibi olmadı Əlövsət

Arif Ərşad Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Arif Ərşad yaradıcılığından: RƏQS EDƏN QIZCIĞAZ Həyətdən gələn maşın siqnallarının səsini eşidən balaca Mədinə otaqdan çıxıb tez aynabəndə qaçdı. Aynabəndin küncündə olan kətili sürüyüb pəncərənin yaxınlığına çəkdi. Ehtiyatla kətilin üstünə çıxıb, pəncələrinin üzərində dayanaraq həyətə, qırmızı lentlərlə bəzənmiş toy karvanına baxmağa başladı. Sonra otağa sarı çevrilib anasını səslədi: - Ana, gəl bax ey…
Yazı axını