Laçın rayonu 18 may 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdu. Azərbaycan ordusu 2020-ci ildə 44 günlük müharibədə Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan sonra Laçının inkişaf dövrü başladı. Artıq insanların Laçında rahat yaşamalarının təmin edilməsi üçün bütün infrastrukturu – su, kanalizasiya və

Putin Rusiya sülhməramlılarının rəsmi olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalı olduğunu açıqlayıb. Onun "rəsmi olaraq" qeyd etdiyi istinad nöqtəsi 10 noyabr razılaşmasıdır. Hərçənd, antiterror tədbirlərindən sonra 10 noyabr razılaşmasının 4-cü bəndi qüvvədən düşüb: - Azərbaycan özü erməni silahlı qüvvələrini tərki-silah edir və ərazisindən çıxarır; - Sülhməramlıların qalma müddəti ilə bağlı qərar verəcək tərəflərdən biri - Ermənistan prosesdən kənarlaşdırılıb; Azərbaycan

Bu gün Bərdə rayonunun Yeni Əyricə kəndində Kəlbəcər rayon sakini Vətən Müharibəsi Şəhidi İlyasov Bəhrəm Nizam oğlunun anım günü qeyd olunub. Dalidag.az xəbər verir ki, anım mərasimində Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fərqanə Əhmədova, Milli Məclisin deputatı Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Eldəniz Mamedov, ictimaiyyət nümayəndələri,

Bu gün YAP Kəlbəcər rayon təşkilatı Gəncə şəhər Heydər Əliyev Mərkəzində 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə bağlı “Qalib xalqın müzəffər Prezidenti İlham Əliyev” mövzusunda konfrans keçirilib. Dalidag.az xəbər verir ki, konfransda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri,

Türkiyə Silahlı Qüvvələrinin çavuşu Musa Esat Kaya şəhid olub. Dalidag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, o, İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin açdığı atəş nəticəsində şəhid olub

Paşinyanın bu iddiaları tamamilə mənasızdır. Çünki o kəndlərin bir çoxu sərhədimizdə yerləşir. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a politoloq Turab Rzayev Ermənistanın Baş naziri Nikol Paşinyanın anklavlarla bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən deyib. Politoloq Azərbaycanın Ermənistanın hansısa ərazisini işğal etmədiyini vurğulayıb: “Bəlkə də bu kəndləri sadalamaqla bir balans yaratmağa çalışıb. Ermənistan cəmiyyətinə mesaj verir ki, baxın, bizim də onlarda eksklavlarımız

İsraildə HƏMAS qruplaşmasının hücumu nəticəsində ölənlərin sayı 1 200-ə yüksəlib, yaralananların sayı isə 2 700-ü keçib. Dalidag .az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (İMO) sözçüsü Conatan Konrikus müdafiə qurumunun sosial şəbəkədəki səhifəsində canlı yayımda açıqlayıb. Xatırladaq ki, daha öncə ölkənin “Kan” radiostansiyasının müxbiri HƏMAS-ın hücumu sonucunda 1 200 nəfərin öldüyünü, 2 900 nəfərin isə yaralandığına dair qeyri-rəsmi rəqəmlər açıqlamışdı.

Bu gün onun doğum günüdür, Vətənini, Kəlbəcərini canı qədər sevən, xalqına, dövlətinə sadiq, elinə-obasına bağlı Eldar Həsənovun. Təəssüf ki, artıq 3 ildir elimizin dəyərli oğlu, əsl ziyalı E.Həsənov doğum gününü həbsxanada qarşılayır... İllərlə ürəyində Kəlbəcər həsrəti qövr edən E.Həsənov hələ də azad Kəlbəcərinə qovuşmaq diləyinə çatmayıb. İndi Kəlbəcərə gedən bütün yollar açılıb. Bircə E.Həsənovun azadlığa çıxıb o yollarla doğma yurduna getməsi arzusu gerçəkləşməyib. İnanırıq ki, yaxın

Rusiya sülhməramlıları Qarabağ separatçılarının təhvil verdiyi silah-sursat, hərbi və xüsusi texnika anbarlarını qorumaq üçün 25 mühafizə postu yaradır. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib. Məlumata görə, bu mühafizə postlarından 14-ü Azərbaycan tərəfi ilə birgə yaradılır.

Xankəndi şəhərində digər həyati vacib sahələr kimi tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir. TƏBİB-dən bildirilib ki, oktyabrın 1-dən etibarən Xankəndi şəhərində ambulator poliklinika, tam heyətlə, eləcə də tibbi vasitələrlə təmin olunan 7 ambulans və təcili tibbi yardım briqadası fəaliyyət göstərir. Poliklinikanın fəaliyyəti 7/24 rejimində növbəlilik əsasında təşkil olunub.
Yazı axını