Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, avqustun 11-i saat 21:10-dan 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bundan başqa, avqustun 12-si saat 07:43-də Rusiya

Laçın rayonunun Bozlu kəndindən məcburi köçkün olan Hüseyn Oruc oğlu Rəfiyev ata- baba yurdunu, anadan olduğu evi ziyarət edib. Dövlət Komitəsinin hazırladığı videoçarxda o, səfər təssüratını bölüşür, bu yerlərdə aparılan bərpa-quruculuq işlərinə münasibət bildirir. Tezliklə doğma yurda qayıtmağa hazırlaşan Hüseyn Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və

30 il həsrətində olduğumuz yurd yerlərimizə döndük. Bəzilərimiz cənnət timsallı doğma yerlərimizdə hər gülün-çiçəyin, arının-böcəyin nazını çəksək də, bəzilərimiz gözəlliklərə qənim kəsildik.Təbiətin fauna və florasını nadancasına məhv etməyə çalışdıq. Əslən Kəlbəcərdən olan tanınmış vəkil Əziz Qənbər Kəlbəcər rayon polis şöbəsinin rəisi cənab Haqverdi Əkbərova və Kəlbəcər rayon prokuroru cənab Vüqar Əhmədova ünvanladığı məktubda bu ağrılı məsələyə toxunub, cavabdeh şəxslərdən imdad diləyir.

Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki təminatı yüksək səviyyədə təşkil olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ən son texnologiyaya əsaslanan avadanlıqlarla təchiz olunmuş qazanxanalar sayəsində şəxsi heyət daimi isti su ilə, eləcə də camaşırxanalarda quraşdırılan paltaryuyan və quruducu maşınlar vasitəsilə istənilən vaxt təmiz paltar və yataq dəstləri ilə təmin edilir:

Uzun illərdən sonra Laçına qovuşmağı sözlə təsvir edə bilmirəm. Dalidag.az bldirir ki, bunu trend-ə açıqlamasında Laçın sakini Nağıyev Aqil deyib. Onun sözlərinə görə, 1992-ci ildə mənfur ermənilərin hücumu nəticəsində 22 yaşında Laçından çıxıb. Qardaşı Nağıyev Cavanşir 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. Laçın sakini deyib ki, Laçın həsrəti, Həkəri həsrəti uzun illər oraya qayıtmaq hissini daha da gücləndirib. Laçına dönmək, orada yaşamaq bizim borcumuzdur. Biz

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Daşkəsən rayonu, Şadax kəndi, Kəlbəcər rayon 70 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə

Zabuxa birinci mərhələdə köçürüləcək sakinlər arasında püşkatma keçirilib. Dalidag.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, avqustun 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Zabux kəndinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi

Qarabağdakı “humanitar aksiya” oyununun davam etdiyi müddətdə separatçıların rəhbəri Araik Arutyunyana qarşı ittihamlar artır. Həm Ermənistanda, həm də Xankəndidə bir sıra erməni siyasətçilər, blogerlər və əhalini onu Bakıya işləməkdə günahlandırırlar. İddia olunur ki, hazırkı vəziyyət tamamilə separatçı rəhbərin oyunudur. O bununla ermənilərə çarəsiz olduqlarını və Bakının təkliflərini qəbul etməkdən başqa yollarının qalmadığını qəbul etdirmək istəyir. Həmçinin Nikol Paşinyanla bir-birilərini

2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrində döyüş hazırlığı üzrə məşğələlər keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məşğələlərə başlamazdan əvvəl heyət üzvlərinə təhlükəsizlik qaydaları çatdırılıb. Ərazinin maketi üzərində qəbul edilən qərarlara dair məruzələr dinlənilib. Sonra müdafiədə tank taqımının atəşinin idarə olunması, həmçinin şərti düşmən üzərinə dərinlikdən irəliləməklə hücum üzrə tapşırıqlar yerinə yetirilib. Tankçılarımız

Erməni lobbisinin təzyiqi ilə platformada “Atatürk” serialının yayımından imtina edən "Disney Plus"a Türkiyədəki ermənilərdən böyük reaksiya gəlib. Dalidag.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb. Erməni Vəqflər Birliyinin sədri Bedros Şirinoğlu bildirib ki, Türkiyədə olan ermənilər belə düşünmürlər: “Başqa yerlərdə belə düşünənlər ola bilər, amma Türkiyədəki ermənilər belə düşünmür və bu qərarı bəyənmir. Türkiyədəki erməni icması bu praktikanı demokratik mentalitet və ifadə
Yazı axını