Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı, polkovnik Arman Maralçyan tutduğu vəzifədən azad edilib. Dalidag.az xəbər verir ki, bu barədə sərəncam Ermənistan Prezidentinin saytında dərc olunub. Maralçyanın istefa təklifi baş nazir Nikol Paşinyandan gəlib. Prezident Vaaqn Xaçaturyan bunu qəbul edib və müvafiq fərman imzalayıb. Qeyd edək ki, Maralçyan 2020-ci il oktyabrın 26-da Ermənistan MTN-nin Sərhəd Qoşunlarının komandanı təyin edilib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış el şairi Ələkbər Sönməz yeni şeirlər kitabını oxucularına təqdim edəcək. Dalidag.az xəbər verir ki, bu günlərdə Ələkbər Sönməzin növbəti şeirlər kitabı çapdan çıxıb. "Bir ömrü mən də belə yaşadım" adlı şeirlər toplusu şairin oxuculara təqdim etdiyi sayca 6-cı kitabdır. Bundan əvvəl şairin "Tarixin qan yaddaşı", "Heydər baba, yurda qaytarın eli", "Vətənə borcum qalır", "Qayalarda qalan səs", "Kəlbəcərə gedən yol" kitabları işıq üzü görüb. Vurğulayaq

“Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm! Azərbaycan dövlətinin və xalqının başı sağ olsun. Bu təxribat gözlənilən idi. Ermənistan uzun müddətdir ki, pozucu fəaliyyət üçün fürsət axtarırdı. Məqsəd atəşkəsin sülh müqaviləsinə çevrilməsinin qarşısını almaqdır”. Dalidag.az xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib. General bildirib ki, Ermənistanın yeni

Ermənistan təxribatı nəticəsində üç hərbi qulluqçumuz şəhid olub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı 11 Aprel 2023-cü il tarixində "Prezident İlham Əliyev - xalqın sevgisini qazanan Lider" mövzusunda tədbir keçirdi. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, xalqımız 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində də Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, əmin-amanlığa, tərəqqiyə və quruculuğa səs verdi. Bir ölkənin Prezidenti, bir xalqın lideri olmaq böyük şərəfdir. Lakin xalqın

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Kəlbəcər və Laçın yaylaqlarına köçlə bağlı məlumat yayıb. Dalidag.az həmin məlumatı təqdim edir: Laçın və Kəlbəcər rayonlarına köç Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarının fermerləri üçün nəzərdə tutulmuşdur. Köç portal vasitəsilə (koc.eagro.az) həyata keçiriləcəkdir. Arı ailəsinin sayı - 40 və daha artıq. Xırdabuynuzlu heyvanların sayı - 200 baş və daha artıq. Köç edəcək arı ailələri identifikasiya nömrəli və EKTİS-də qeydiyyatda olmalıdır. Köç

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab

Azərbaycanda daha bir idman federasiyasının prezidenti dəyişir. Dalidag .az xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyində Voleybol Federasiyasının prezidentliyinə seçki keçiriləcək. 2016-cı ildən qurumun prezidenti olan Cavid Qurbanov vəzifəsindən ayrılacaq. Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti isə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov olacaq. Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov bugünlərdə Azərbaycan Atletika

Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu itkin düşüb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumatda qeyd edilir ki, hadisə Şahbuz rayonu istiqamətində baş verib. Əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. Hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür. Dalidag.az

Ukraynada müharibə hərbi və siyasi proseslərin birləşməsi nəticəsində bitəcək. Bunu ukraynalı astroloq Olqa Medvetskaya deyib. Onun sözlərinə görə, söhbət Ukrayna ərazilərinin işğaldan azad edilməsindən və Rusiyada Putin rejiminin devrilməsindən gedir: "Çox güman ki, bu, Ukrayna ərazisinin işğalçılardan hərbi yolla azad edilməsi və Rusiyanın güc strukturunun dəyişdirilməsinin kombinasiyası olacaq. Məsələn, aprelin sonu və mayın əvvəlində biz işğalçıları artıq ərazidən qovacağıq. Rusiyada
Yazı axını