Laçın-Xankəndi yolunda təşkil olunan və 138 gündür davam edən ekoloji aksiyanın iştirakçılarının bir qrupu ilə aprelin 28-də günün birinci yarısında Azərbaycanın dövlət nümayəndələrinin dəvəti əsasında növbəti görüş keçirilib. Dalidag.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən görüşdə aksiya iştirakçılarını təmsil edən 10 ekofəal iştirak edib. Görüşdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi

Ermənistan Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasının məsuliyyətini Rusiyanın üzərinə yıxır: - Paşinyan bəyan etdi ki, Laçın yoluna Rusiya sülhməramlılarından başqa heç kim nəzarət etməməlidir; - Armen Qriqoryan isə bir qədər də irəli gedərək, “Laçın yolunun Rusyanın mənsubiyyətində olduğunu” iddia etdi: 10 noyabr bəyanatında söhbət “nəzarət”dən gedir və Qriqoryanın “mənsubiyyət” məsələsini hardan çıxartdığını erməni siyasətçilər də anlaya bilmir. Bu iddialar üzərindən qurulan

Azərbaycanın Qarabağ İqtisadi rayonu ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekofəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan haqlı etiraz aksiyası 138 gündür davam edir. Dalidag.az xəbər verir ki, ekofəallar hər zaman olduğu kimi, səhər saatlarında Azərbaycanın Dövlət Himnini

Erməni işğalından azad olunmuş torpaqlarımızın hər bir qarışı şəhid qanı ilə suvarılmışdır. İstər I Qarabağ, istərsə də II Qarabağ müharibəsində vətənin ər oğulları öz canları, qanları bahasına milləti yox olmaq təhlükəsindən xilas etdilər. Məhz 44 günlük Vətən müharibəsində də bu oğullar şanlı tarix yazaraq millətin zədələnmiş ruhuna məlhəm olaraq onun sınmış qürurunu özünə qaytardılar. Belə qeyrətli yurddaşlarımızdan biri olan, I Qarabağ müharibəsi illərində böyük qəhrəmanlıqlar göstərərək

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanda Osmanlı hərbi - siyasi liderlərinin və Azərbaycan rəsmilərinin qətlinin səbəbkarlarına həsr olunmuş abidənin açılışını kəskin şəkildə pisləyib. “Biz İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı siyasi və hərbi liderlərinə, o cümlədən dövrün Azərbaycan rəsmilərinə və hətta bəzi erməni əsilli Osmanlı vətəndaşlarına qarşı sui-qəsdlərin səbəbkarlarına həsr olunmuş “Nemesis abidəsi”nin açılmasını qətiyyətlə qınayırıq. Bu rüsvayçı abidənin açılışı 31

Kəlbəcər rayonunun Almalıq kəndi Tutqunçayın sahilində, Laçın dağının ətəyində yerləşir. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı - əkinçilik, maldarlıq və heyvandarlıq olub. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da

Aprelin 25-də Laçın rayonunun işğaldan azad edilmiş Bülüldüz kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentləri aşkar edilib. Dalidag.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Faktla bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.

Rusiya sülhməramlılarının komandiri Andrey Volkovun Azərbaycan nümayəndələri ilə görüşü heç bir nəticə verməyib. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır. “Dünən Rusiya sülhməramlılarının komandiri Andrey Volkov Həkəri körpüsündə sərhəd-buraxılış məntəqəsinin (Azərbaycanın) açılması ilə bağlı danışıqlar aparıb. Tezliklə Qarabağı tərk edəcəyinə baxmayaraq, həm Azərbaycan nümayəndələri, həm də ermənilərlə ayrı-ayrılıqda danışıb. Amma üçüncü gündür, heç bir nəticə

Eldar Həsənov “Prezidentin çox böyük əfv sərəncamı imzalamasını həyəcanla gözləyirik. Müraciətlər həddən artıq çoxdur, hələ də siyahı üzərində iş gedir”. Dalidag.az xəbər verir ki, bu sözləri açıqlamasında İnsan haqlarının müdafiəsi üzrə işçi qrupunun üzvü Novella Cəfəroğlu deyib. O ümid etdiyini bildirib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar may ayının 10-a qədər əfv sərəncamı qüvvəyə minəcək: “Siyahı böyükdür. Əfv Məsələləri Komissiyasının iclaslarında

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyəti
Yazı axını