Reklam
Koronavirus bəlası BU TARİXDƏ bitəcək - Elan edildi
21-03-2020 10:30

Böyük Britaniyanın Baş naziri Boris Conson bəyan edib ki, krallıqda koronavirusun yayılmasının qarşısı 12 həftə ərzində alına bilər.
O bildirib ki, 12 həftədən sonra vəziyyətin yaxşı mənada dəyişəyəcəyinə ümidlər böyükdür. Hökumət başçısının sözlərinə görə, vəziyyət normallaşandan sonra ehtiyatı əldən vermək olmaz. “Böhranın bitdiyini düşünüb səhlənkarlıq etmək olmaz. Bəlkə də bu problemin tamamilə aradan qalxması illər ala bilər” - deyə Conson bildirib.
Britaniyalı alimlər isə hesab edir ki, koronavirusa qarşı qabaqlayıcı tədbirlərin olmaması dünya ölkələrində vəziyyətin ağırlaşmasına səbəb olub.
Elm adamlarına görə, vəziyyətdən çıxmaq üçün 3 yol var: Peyvəndin tətbiq olunması, virusa qarşı kütləvi şəkildə insanlarda immunitetin formalaşması və insanların özlərinin aldığı tədbirlər. Alimlərin sözlərinə görə, hər 3 tədbir virusa qarşı mübarizədə effektli olacaq.
Bildirilir ki, təsiredici peyvəndin hazırlanması 12-18 ay ala bilər. İmmunitetin formalaşması üçün 2 ilə ehtiyacın olduğu güman edilir. Demək ki, ən pis halda koronavirus təhlükəsi 2 il davam edə bilər.publika.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 21-03-2020 10:30
Baxış sayı: 4705Yazı axını
08 / 02 / 2026
07 / 02 / 2026
06 / 02 / 2026
06 / 02 / 2026
05 / 02 / 2026
05 / 02 / 2026
04 / 02 / 2026
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
Ən çox oxunanlar










.jpg)

















