Reklam

Kəlbəcər rayon İcra Hakimiyyətində vətəndaşlarla ilk onlayn qəbul keçirilib- ŞƏKİLLƏR
17-05-2020 19:10
Dalidag.az-ın məlumatına görə, əvvəlki qəbullardan fərqli olaraq Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına uyğun olaraq Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən vətəndaşların qəbulu video konfrans vasitəsi ilə keçirildi.
Görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edildi və kəlbəcərli məcburi köçkünlərin müraciətləri dinlənildi. Rayon sakinlərinin müraciətlərini dinləyən rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onların problemlərinin, təkliflərinin aidiyyatı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli edilməsi üçün müvafiq göstərişlər vermişdir. Videokonfrans zamanı vətəndaşlara koronavirus epidemiyasından qorunmaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinə dair məlumatlar da verildi. Keçirilən video qəbulda iştirak edən kəlbəcərli məcburi köçkünlər Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, koronovirus pandemiyasının qarşısının alınması üçün atdığı addımları dəstəklədiyini bildirərək, ölkə Rəhbəri ilə həmrəy olduqlarını ifadə etdilər.
Dalidağ.az





Yazı axını
15 / 07 / 2025
15 / 07 / 2025
15 / 07 / 2025
14 / 07 / 2025
14 / 07 / 2025
13 / 07 / 2025
13 / 07 / 2025
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
Ən çox oxunanlar