Azərbaycan Ordusunun vəzifəli şəxsləri qarşısında Laçın şəhərindən yan keçən yeni yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı konkret tapşırıqlar qoyulub. Dalidag.az xəbər verir ki, bu tapşırıqları müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirdə çatdırıb. Nazir Laçın dəhlizindən istifadə üçün yeni çəkilən yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı vəzifəli şəxslər

Ermənistan hökuməti Gürcüstan tərəfinə “Kazbeqi”-“Yuxarı Lars” gömrük-keçid məntəqəsinin yükü ilə əlaqədar Rusiyaya və geriyə dəniz yolu ilə yüklərin daşınmasına başlamaq xahişi ilə müraciət edib. Dalidag.az xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyinin Dəniz Nəqliyyatı Agentliyinin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, söhbət tez xarab olan ərzaq məhsullardan gedir. Ermənistan tərəfi bildirib ki, Rusiya ilə sərhəddə yerləşən “Kazbeqi”-“Yuxarı Lars” gömrük-keçid

Bu gün Milli Qəhraman Sərdar Mədət oğlu Səfərovun doğum günüdür. Sərdar Mədət oğlu Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olub. 1977-ci ildə burada məktəbi bitirərək, kolxozda çalışmışdır. 1979 -1981-ci illərdə hərbi xidmətdə olub. 1987-ci ildə keçmiş SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirmişdir. 1991-ci ildə Vətənə dönən Sərdar Qusar rayonunda sahə müvəkkili kimi fəaliyyətə başlayır. 1991-ci il 25 sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində «QAZ-53» markalı

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına məxsus “HAVAL H9” markalı maşın erməni sürücünün idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub. Dalidag.az xəbər verir ki, hadisə Xankəndi-Əsgəran yolunda baş verib. Nəticədə 4 nəfər ölüb. Ölənlərin hamısı qadındır. Ağır xəsarət alan erməni sürücü xəstəxanaya yerləşdirilib. Dalidag.az

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevə məktubla müraciət edib. Dalidag.az xəbər verir ki, President.az saytının məktublar bölümündə yerləşdirilən məktubda C.Qurbanov Prezidentə Buzdux zirvəsinin ordumuzun tərəfindən nəzarətə götürülməsinə görə minnətdarlığını çatdırıb. Məktubda deyilir: ...Azərbaycan Respublikasının hər bir vətəndaşı, bütün dünya azərbaycanlıları Sizin nəyi və nə zaman etməli olduğunuza inanır və güvənir. Bunun

44 günlük savaşın nəticəsi olaraq öz sərhədlərinə çıxan Azərbaycan Ordusu Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsini nəzarət altına alandan sonra ermənilərin tikintisinə başladığı alternativ yolun çəkilişi yenə yarımçıq qalıb. Dalidag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, aylardır davam edən bir neçə km-lik Urud-Şahverdilər yolunun tikintisinin yarımçıq qalmasına səbəb sürüşmədir. Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi

Ermənistan ordusunun bir sıra hərbçiləri saxlanılıb. Yerli KİV-i xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisi əməkdaşlarının həyata keçirdikləri genişmiqyaslı əməliyyat tədbirləri nəticəsində nazirin əmrini pozaraq, smartfon tipli telefonlardan istifadə edən, hərbi xidmətin gündəlik həyatından fotoları internetə yerləşdirən bir sıra müddətli və müqaviləli hərbi qulluqçuları məsuliyyətə cəlb ediliblər. Nazirlikdən bildirilib ki, qadağaya tabe olmayan hərbçilərin məsuliyyətə cəlb

Ukraynanın cənubunda əməliyyat vəziyyəti gərgin olaraq qalır. Dalidag.az xəbər verir ki, bu barədə Pivden Operativ komandanlığı məlumat yayıb. Komandanlıq bildirir ki, ötən sutka Ukraynanın cənubunda Rusiyaya məxsus 1 ədəd Pansir zenit-raket kompleksi, 1 ədəd T-72 tankı, özüyeriyən artilleriya qurğuları məhv edilib. Sutka ərzində Rusiya ordusunun 23 hərbçisi zərərsizləşdirilib.

Laçın şəhərinin ən son görüntüləri yayılıb. Dalidag.az xəbər verir ki, eksklüziv görüntülər Minikənd kəndində yerləşən İstisudandır. Video qısa müddətdə sosial şəbəkədə çoxsaylı baxış yığıb. İzləyicilər təbiətin belə gözəl, müalicəvi, füsünkar guşəsindəki bulağın gözəlliyinə heyran olduqlarını yazıblar. Dalidag.az https://www.facebook.com/watch/?v=750924176154519

Azərbaycan Ordusunun Tovuzda həlak olan əsgərinin qətlə yetirildiyi məlum olub. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
 
27-10-2025 11:23