"44 günlük Vətən müharibəsində iştirak etmiş tələbələrin sosial kredit növündən yararlanması üçün hökumətə müraciət edilib". Dalidag.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, ailə başçısına itirməyə görə müavinət alan ailələrin övladlarının da bu kateqoriyaya salınması üçün də aidiyyəti üzrə müraciət edilib. İcraçı direktor həmçinin bildirib ki,

Rusiya Silahlı Qüvvələrinin “Qərb” hərbi qruplaşmasının komandanı, general-leytenant Andrey Sıçevoyun Ukrayna ordusuna əsir düşdüyü barədə məlumat yayılıb. Dalidag.az xəbər verir ki, məlumatlar həm Ukrayna, həm də Rusiya Teleqram kanalları vasitəsilə tirajlanıb. Bildirilir ki, bir neçə gün öncə Ukrayna ordusuna əsir düşən və görüntüləri yayılan şəxs polkovnik-leytenant yox, əslində general-leytenant Andrey Sıçevoydur. Məsələ ilə bağlı nə Rusiya, nə də Ukrayna tərəfindən heç bir rəsmi açıqlama

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra Azərbaycanın ötən gün beş erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb. Toyvo Klaar bu barədə tviter hesabında yazıb. O, bunu əhəmiyyətli humanitar jest adlandırıb və təhvil-təslim

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bir qrup məcburi köçkün müharibə veteranı ilə görüşüb. Komitədən Dalidag.az -a verilən məlumata görə, əvvəlcə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun erməni faşizmi üzərində qazandığı möhtəşəm Zəfərin xalqımıza böyük sevinc və qürur hissi

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam edir. Sentyabrın 7-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən növbəti köç karvanı yola salınıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Publika.az -a bildirilib ki, otuz ilə yaxın yurd həsrəti ilə yaşayan daha 63 nəfər - 12 ailə yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar.

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib. Dalidag.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktının elanı başa çatıb. Məhkəmə Səlim Müslümova sərbəst ifadə verməyi təklif edib. Səlim Müslümov verilmiş ittihamlarla özünü təqsirli bildiyini desə də, israf etməklə bağlı hissə ilə razı olmadığını bildirib. Sabiq nazir bildirib ki, dəymiş ziyanın

Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Elçin Quliyevin səhhətində problemlər yaranıb. Dalidag.az xəbər verir ki, bu barədə məlumatı “Müdafiə xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov verib. O özünün Feysbuk səhifəsində yazıb: “Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev özünü dəliliyə qoyub, ya da artıq dəlidir-anlaqsızdır. Ciddiyyətinə şübhə

"Vətəndaşların Laçın rayonu ərazisində lövhəni sındırması ilə bağlı inzibati qaydada həbs edilməsi ilə bağlı iddiaları təkzib edirik, tam əsassızdır". Dalidag.az xəbər verir ki, bu haqda AZXEBER.COM-a DİN-in mətbuat xidmətindən məlumat verilib. "Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanunu daxil olması və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadığı üçün barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Dalidag.az axar.az-a istinadla xəbər verir ki, Bəkir Orucovun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia edilir. Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.

Bu gün yerli media nümayəndələri Laçın şəhərinə səfər ediblər. Dalidag.az bildirir ki, digər işğaldan azad olunmuş şəhərlərimiz kimi Laçın şəhəri də işğal dövründə dağıntılara məruz qalıb. Hazırda Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri əraziləri minalardan təmizləyir, hərbi polis şəhərdə xidmət aparır. Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
 
27-10-2025 11:23