Malatyada dağıntılar altında qaldığı ehtimal edilən 4 azərbaycanlı tələbənin yaşadığı binada axtarış işləri davam edir. Dalidag.az axtarış-xilasetmə yerindən görüntüləri təqdim edir:

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 31 643 nəfərə çatıb. Dalidag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bu gün zəlzələdən zərər çəkən 10 uşaq Azərbaycana gətirilib, Elmi-Tədqiqat Pediatriya İnsitutuna yerləşdirilib. Dalidag.az xəbər verir ki, bunu Səhiyyənin Təşkili Şöbəsinin sektor müdiri Aynurə Zeynalova deyib. Onun sözlərinə görə, həmin uşaqlardan 6-sı oğlan, 4-ü qızdır: “Uşaqlardan ən kiçiyi 8 günlükdür, fevralın 2-də dünyaya gəlib. Ən böyük uşağın 14 yaşı var. Uşaqlar ailələri ilə birlikdə gətirilən kimi palatalara yerləşdirilib və müayinələrə başlanılıb. Eyni zamanda psixoloq və psixiatr da

Türkiyədə dəhşətli zəlzələ nəticəsində çoxsaylı dağıntıların və insan tələfatının olması, on minlərlə ailənin evsiz-eşiksiz və maddi təminatsız qalması uzun illərdir məcburi köçkünlükdən əziyyət çəkən həmvətənlərimizi də dərindən kədərləndirib. Onlar da türkiyəli qardaş və bacılarımıza yardım göstərmək məqsədilə ölkəmizdə aparılan yardım kampaniyasına qoşulublar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Dalidag.az -a verilən məlumata görə, respublikanın müxtəlif

Kahramanmaraş mərkəzli zəlzələlərdə Türkiyə vaxtı ilə saat 08.30-a olan məlumsta görə, 18 min 342 nəfər həyatını itirib, 74 min 242 nəfər isə yaralanıb. Dalidag.az "trthaber"ə istinadən xəbər verir ki, AFAD-dan verilən yazılı açıqlamaya görə, mərkəz Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra 1509 artçı təkan baş verib. Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində

Qardaş Türkiyədə baş vermiş üzücü fövqəladə hal səbəbilə Türkiyədəki bacı və qardaşlarımız üçün yardım xətti yaradılmışdır. Yardım prosesinə dəstək məqsədi ilə Azərbaycan Skautlar Assosiasiyasının baş ofisi bir müddət həm də zəlzələdən zərərçəkənlər üçün yardım məntəqəsi kimi fəaliyyət göstərəcək. DƏSTƏK göstərmək istəyənlər aşağıdakı əlaqələndirici şəxslərlə - liderlərlə əlaqə yaradaraq və ya birbaşa özləri yardımlarını çatdıra bilərlər: 1) Bakı şəhəri üzrə: Baş ofisə təqdim edə bilərsiniz.

Türkiyədəki zəlzələ dünyanın ən böyük quru tektonik hadisəsidir. Dalidag.az xəbər verir ki, bu barədə yaponiyalı professor Şinji Tado deyib. Onun sözlərinə görə, bunu Böyük Haşim zəlzələsi ilə müqayisə etmək belə doğru deyil. Böyük Haşim zəlzələsi 1995-ci ildə Yaponiyada baş verib. Yaponiya hökuməti iki gün zəlzələ bölgəsinə yardım göndərə bilməmişdi. 7,2 ballıq zəlzələ minlərlə itkiyə, milyardlarla ziyana səbəb olub. Ş.Tado isə Türkiyədə baş verən 7,6 və 7,7 ballıq zəlzələnin miqyasının daha

Zəlzələ bölgəsindəki dağıntıların görüntülərindən yaranan emosional sarsıntıya görə bir çoxları sui-qəsd nəzəriyyələrinə və əsassız ittihamlara qapıldılar. Dalidag.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Türkiyədə 6 fevralda böyük tələfat və dağıntılara səbəb olan dəhşətli zəlzələlərin süni şəkildə yaradıldığı haqda irəli sürülən ehtimallar haqqında deyib. “Bəşəriyyət 17 km dərinlikdə yüzlərlə nüvə bombasının gücünə bərabər partlayış təşkil edə biləcək

Dünəndən etibarən 201 nəfər vətəndaşımız, aralarında 3-4 nəfər Türkiyə vətəndaşı olmaqla təxliyyə olunub Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. "Təxliyyə olunanlar avtobuslarla Gürcüstan sərhəddinə yola düşüblər. Təxliyyə olunanlar əsasən Qaziantep, Malatya, Adana, Diyarbəkir, Kahramanmaraş, Elazığ bölgələrindən olan azərbaycanlılardır. Bu istiqamətdə tədbirlər davam etdirilir. Bu gün ərzində hansı təxliyyələr həyata keçiriləcəyi ümumiyyətlə siyahıya almadan asılıdır ", - deyə

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, yağıntılı keçəcəyi, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Dalidag.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik
Yazı axını