Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. Dalidag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara edilən dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında

İranda hökumət əleyhinə aksiyalar artıq iki həftədir ki, davam edir və etiraz dalğası ölkənin çoxsaylı şəhərlərini əhatə edib. Baş verən qarşıdurmalar nəticəsində ölənlərin sayı 116 nəfərə yüksəlib. Dalidag.az xəbər verir ki, bu barədə İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) açıqlama yayıb. Bildirilir ki, etirazların 14-cü günündə yaşanan toqquşmalar zamanı həlak olanlar arasında 37 təhlükəsizlik əməkdaşı və 4 tibb işçisi də yer alır. Məlumata əsasən, hadisələr zamanı bir prokuror

İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində yanvarın 7-də mina hadisəsi baș verib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül

Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" qərarına əsasən, məktəblilərin qış tətili ənənəvi olaraq yanvar ayının son həftəsinə təsadüf edir. Dalidag.az -ın məlumatına görə, 2025–2026-cı tədris ilində də qış tətili 27–31 yanvar tarixlərini əhatə edəcək. Tətil müddəti başa çatdıqdan sonra fevralın 1-i bazar gününə düşdüyü üçün şagirdlər ikinci yarımilə 2 fevral tarixindən etibarən başlayacaqlar. Dalidag.az

Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub. Dalidag.az xəbər verir ki, bu ilin ilk Su çərşənbəsi fevralın 24-nə təsadüf edir. Ardıcıl olaraq martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Qeyd edək ki, Azərbaycanda Novruz bayramı martın 20-24-də qeyd olunur. Bu il yaz fəsli Azərbaycana martın 20-də, saat 18:46-da daxil olacaq. Dalidag.az

Azərbaycan 2026-cı ildə siyasi, iqtisadi, ekoloji və idman sahələrini əhatə edən bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Dalidag.az xəbər verir ki, bu tədbirlər ölkənin beynəlxalq platformalardakı rolunun artdığını və regional mərkəzə çevrildiyini bir daha nümayiş etdirir. Belə ki, bu il Bakıda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək. Forum 17–22 may tarixlərində təşkil olunacaq və ilk dəfə dövlət və hökumət

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Dalidag.az xəbər verir ki, P.Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Bununla da, 31 dekabr

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyə Həmidova dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, bu barədə sosial mediada paylaşım edilib. Bildirilib ki, dəfn mərasimi bu gün olacaq. Yas mərasimi 2026-cı il yanvarın 1-də Sumqayıt şəhərində yerləşən “Qayalı” mərasim evində təşkil ediləcək. Allah rəhmət eləsin!

Dekabrın 8-dən bəri Günəşdə ən güclü alışma baş verib. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb. "Bu gün səhər tezdən Günəşin şərq kənarında əsas M5.1 məşəli qeydə alınıb. Hadisənin intensivliyi ən yüksək X bal həddinin təxminən 50%-i olub. Maksimal emissiya Bakı vaxtı ilə saat 05:50-də qeydə alınıb", - məlumatda deyilir. Mütəxəssislərin fikrincə, alışma aktivliyinin gözlənilən pik nöqtəsi
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
14 / 02 / 2026