2023-cü ilin fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq planına əsasən Bakıda NATO nümayəndələri ilə "Ekspert heyətinin işçi görüşü" keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycanda səfərdə olan NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub. İdarədə keçirilən görüşdə polkovnik Mahir Bayramov Azərbaycan-NATO əlaqələrinin uğurlu

Böyük Qayıdışla doğma yurda dönən keçmiş məcburi köçkünlərin indiyədək müvəqqəti məskunlaşdıqları mənzillər, ilk növbədə, yaşayış şəraiti yaxşılaşdırılmalı olan şəhid ailələrinə verilir. Zəngilan rayonunun Ağalı kəndinə köçmüş ailənin dövlətə təhvil verdiyi mənzildə Laçından olan şəhid ailəsi müvəqqəti yerləşdirilib. Şəhid anası Xoşqədəm Kərimovanın da arzusu tezliklə öz el-obasına qayıtmaqdır… Dalidag.az

İyulun 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub. Komitə

Əlahiddə Ümumqoşun Ordunun 2023-cü ilin döyüş hazırlığı planına əsasən komanda-qərargah təlimi keçirilib. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə, hissə və bölmələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq daimi dislokasiya məntəqələrindən cəmləşmə və döyüş təyinatı rayonlarına çıxarılıb. Komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbuletmə üzrə bacarıqlarının və bölmələrin daim

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 229 660 hərbçisi məhv edilib. Dalidag.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 4 052 tank, 7 888 zirehli maşın, 3 557 operativ-taktiki PUA, 4 188 artilleriya sistemi, 390 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 308 helikopter, 6 816 avtomobil və tanker, 583 xüsusi texnikadan ibarətdir.

Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına hücum olub. Dalidag.az xəbər verir ki, bununla bağlı Azərbaycan Televiziya və Radio Verilişləri QSC bəyanat yayıb. Bildirilib ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Dalidag.az xəbər verir ki, iyunun 28-i və 29-u Qurban bayramı günləridir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında bildirilib ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edir. Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Dalidag.az xəbər verir ki, Ordunun yaradılmasından 105 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər. Azərbaycanda müasir ordu

Böyük Qayıdışla doğma yurda dönən keçmiş məcburi köçkünlərin indiyədək müvəqqəti məskunlaşdıqları mənzillər, ilk növbədə, yaşayış şəraiti yaxşılaşdırılmalı olan şəhid ailələrinə verilir. Bu günlərdə Laçın şəhərinə köçmüş ailənin dövlətə təhvil verdiyi mənzildə Xocavənddən olan şəhid ailəsi müvəqqəti yerləşdirilib. Yasəmən Vəliyevanın da arzusu tezliklə öz el-obasına qayıtmaqdır… Dalidag.az

İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Yazı axını