Bu gün Azərbaycan və Türkiyə ordularının birgə taktiki təlimləri başlayır. Dalidag.az xəbər verir ki, təlimlərin Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır. İki ölkənin quru qoşunları arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, bilik və təcrübə mübadiləsi məqsədi ilə həyata keçiriləcək “Mustafa Kamal Atatürk 2023” təlimləri Türkiyə Respublikasının yaradılmasının 100-cü

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Dalidag.az icmalı təqdim edir.

Bu gün Milli Qəhrəman, Vətən müharibəsi şəhidi Şükür Həmidovun anım günüdür. Dalidag.az xəbər verir ki, o, 1975-ci ildə Qubadlı rayonunun Armudluq kəndində anadan olub. Ailədə 10 uşaqdan biri olan Ş.Həmidov 1993-cü ildə Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olub, 1995-ci ildə oranı motoatıcı ixtisası üzrə bitirib. Polkovnik 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Göstərdiyi şücaətə görə ona müdafiə nazirinin əmri ilə

Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür . 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu

Vidadi Murtuzayev Hüquqşünas Oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Həmçinin ölkə başçısı Şuşa rayonunun Malıbəyli kəndində, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində, Əsgəran qalasında oldu, Tərtər rayonunun

19-20 sentyabr tarixlərində Ordumuzun keçirdiyi antiterror əməliyyatından sonra azad edilən Xocalıda ərzaq anbarları tapılıb. Dalidag.az xəbər verir ki, eksklüziv fotonu "Bez tormozov” kanalı paylaşıb. Bildirilib ki, Xocalıdakı anbardan kisələrlə erməni istehsalı un tapılıb. Qarabağın müxtəlif ərazilərində belə un, ərzaq anbarlarının olduğunu, lakin keçmiş separatçı rejimin aclıq şousu yaratmaq üçün onları gizlətdiyi deyilir. Sözügedən fotonu "Telegram"da paylaşan ermənilər orada ikən qarğıdalı

"2026-cı ilə qədər Rusiyanın imkanları sıfıra enəcək" Dalidag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsi veteranı, ehtiyatda olan mayor Aleksey Getman telemarafon zamanı Rusiyanın hücum potensialını şərh edərkən deyib. O, hesab edir ki, Rusiya Federasiyasında silah istehsalının indiki sürəti və onun Ukrayna Müdafiə Qüvvələri tərəfindən məhv edilməsi onun üçün ağır nəticələrə səbəb olacaq. "Rusiya hərbi-sənaye kompleksi ildə təxminən 900 ağır texnika istehsal edə bilər. Bu, təxminən 450

Türkiyə Silahlı Qüvvələrinin çavuşu Musa Esat Kaya şəhid olub. Dalidag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, o, İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin açdığı atəş nəticəsində şəhid olub

İsraildə HƏMAS qruplaşmasının hücumu nəticəsində ölənlərin sayı 1 200-ə yüksəlib, yaralananların sayı isə 2 700-ü keçib. Dalidag .az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (İMO) sözçüsü Conatan Konrikus müdafiə qurumunun sosial şəbəkədəki səhifəsində canlı yayımda açıqlayıb. Xatırladaq ki, daha öncə ölkənin “Kan” radiostansiyasının müxbiri HƏMAS-ın hücumu sonucunda 1 200 nəfərin öldüyünü, 2 900 nəfərin isə yaralandığına dair qeyri-rəsmi rəqəmlər açıqlamışdı.

Oktyabrın 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet
Yazı axını