Hər il noyabrın 10-nu Sülh və İnkişaf Naminə Dünya Elm Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd elmin cəmiyyətdəki rolunu və geniş ictimaiyyətin elmi məsələlərin müzakirəsində iştirakının vacibliyini, eyni zamanda elmin gündəlik həyatda əhəmiyyətini və aktuallığını vurğulamaqdır. Dalidag.az xəbər verir ki, Dünya Elm Günü, bütün maraqlı tərəfləri - dövlət adamlarından tutmuş media nümayəndələrinə və məktəb şagirdlərinə qədər elm mövzusunda sülh və inkişaf naminə səfərbər etmək

Türkiyə Müdafiə Nazirliyi böyük öndər Mustafa Kamal Atatürkün bu günə kimi heç yerdə yayımlanmayan fotolarını yayıb. Anadolu agentliyi xəbər verir ki, Atatürkün əbədiyyətə qovuşduqdan sonra tərtib edilən anma törənləri əsnasında çəkilən özəl fotoların yer aldığı albom ilk dəfədir ki, mediada yayımlanır. Türkiyə Müdafiə Nazirliyi Hərbi və Strateji Etüd Başqanlığı arxivlərindəki fotolar arasında öndərin vəfatından öncə və əbədiyyətə qovuşduqdan sonra tərtib edilən mərasimlərdə çəkilən görüntülər

Tural Vəlizadə, Qərbi Kaspi Universiteti “Beynəlxalq münasibətlər” kafedrasının müdir əvəzi Dövlət bayrağı dövlətin rəsmi fərqləndirici əlamətidir və onun təsviri, adətən konstitusiyada qanunvericilik yolu ilə təsbit edilir. O bir tərəfi ağac dəstəklə bərkidilmiş, adətən müəyyən emblemli qumaş parçadan ibarət olur. Dövlət bayrağı məxsus olduğu dövlətin suverenliyinin rəmzidir. 9 noyabr Azərbaycan xalqının tarixində şərəfli bir zirvədir. 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti Vətən, torpaq

Bu gün Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunur. Bu bayram prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı gününün təsis edilməsi haqqında” sərəncamı ilə təsis edilib. 2009-cu il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı günü kimi rəsmiləşdirib. Nəticədə Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, 9 noyabr tarixi Azərbaycanda qeyri-iş günü sayılıb. Ölkə başçısı bu qərarı qəbul edərkən Azərbaycan Respublikasının

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Dalidag.az bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı

Sabah Bayraq günü qeyd ediləcək Sabahdan ölkə ərazisində 3 gün iş olmayacaq. Belə ki, noyabr ayının 9-u Bayraq günü qeyde edilir. Bu gün qeyri-iş günü hesab edilir. Lakin bu il bayram şənbə gününə təsadüf edir. Bunun üçün də növbəti həftənin ilk iş günü - 11 noyabrda qeyri-iş günü hesab ediləcək. Nəticədə 9 (şənbə),10 (bazar) və 11 (bazar ertəsi) noyabr tarixlərində 3 gün ardıcıl istirahət günü olacaq. Dalidag.az

Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib. Dalidag.az bildirir ki, bu barədə şairin özü məlumat verib. O qeyd edib ki, mənzil Bakı şəhərindədir və 3 otaqlıdır. Xalq şairi ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib: “Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”. Dalidag.az

Saray musiqiçisi və içki alüdəçisi olan atası dörd yaşlı Bethoveni piano çalmağa məcbur edən kəskin xasiyyətli bir adam idi. Bethovenin barmaqları isə bunun üçün çox kiçik idi, lakin qəddar ata onu məcbur edirdi. Dalidag.az alman bəstəkar Lüdviq Van Bethoven haqda yazını təqdim edir. Bethoven uşaqlıq illərində musiqini sevməmişdi,əksinə, musiqiyə nifrət edirdi. Atasının şöhrətpərəstliyi Bethovenin uşaqlıq illərini zəhərə çevirmişdi. Onun gələcəkdə özünün belə fəth edə bilməyəcəyi zirvəyə

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Küveyt Milli Kitabxanasının rəisi Şeyxa Raşa Naif Əl-Cabir Əl-Sabah ilə görüşüb. Tarix İnstitutundan verilən məlumata görə, nümayəndə heyətinə institutun elmi katibi, dosent İradə Əliyeva, "Qarabağ tarixi” şöbəsinin müdiri, "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının məsul redaktoru, dosent Güntəkin Nəcəfli və

Bir aya yaxındır ki, Azərbaycan cəmiyyəti islahat ab-havasındadır. Prezident İlham Əliyevin son günlər imzaladığı sərəncamlar isə cəmiyyətin hökumətdən gözlənilərini nəinki doğruldur, hətta siyasi hakimiyyətin özünün daxilində köklü dəyişikliklərə inamı artırıb. Prezident kadr islahatlarına hökumətin üst qatından başladı. Oktyabrın ilk həftəsində Novruz Məmmədovun könüllü şəkildə istefa ərizəsi yazması və Əli Əsədovun hökumət başçısı təyin edilməsi ilə islahat prosesi sürətləndi. Bundan cəmi
Yazı axını