Reklam


Şəmkirdə çobanı ildırım vurub. Dalidag.az -ın məlumata görə, hadisə avqustun 25-də baş verib. Rayon sakini, 16 yaşlı İlham Elmar oğlu Qarayev rayon ərazisində mal-qara otararkən onu ildırım vurub. Nəticədə yeniyetmə ölüb.lent.az

Polşanın Kiyevə verdiyi "PT-91 Tvardi" tankları Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunda iştirak edir. Dalidag.az bildirir ki, bunu Polşa Prezidenti Andjey Duda bildirib. "Bir ildən çoxdur ki, təhvil verdiyimiz "PT-91 Tvardi" tankları bu gün Kursk vilayətindəki döyüş meydanındadır", - Duda Kiyevdə ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib. Məlumata görə, ümumilikdə Polşa Ukrayna Silahlı Qüvvələrini bu modeldən 60 tankla təmin edib.

Xocalı soyqırımı zamanı rayonun prokuroru işləmiş Atakişi Atakişiyev vəfat edib. 40 ilə yaxın prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş A.Atakişiyev ötən gün dünyasını dəyişib. O, İmişli rayonunun Bəcirəvan kəndində dəfn ediləcək.

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, avqustun 18-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, andiçmə mərasimlərində hərbi orkestrların müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan

Daxili Qoşunların müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qurbanov Sərxan Nəriman oğlu avqustun 14-də xəstəlikdən vəfat edib. Dalidag.az bildirir ki, bu barədə lent.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Faktla bağlı araşdırma aparılır.

Vaşinqton ABŞ prezidentliyinə namizəd Kamala Harrisin seçki qərargahı ilə razılaşmayan Ukrayna Prezidenti Vladimir Zelenskini əvəzləmək barədə ciddi düşünür. Dalidag.az bildirir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. "Zelenski dəli olub və başa düşür ki, münaqişə bitdikdən sonra yüz minlərlə qurbana görə cavab verməli olacaq. Ukrayna lideri ölkədə vəziyyətin daim pisləşməsi fonunda Rusiya ilə danışıqlara getmək istəmədiyinə görə ittihamlarla üzləşəcək. Harrisin seçki qərargahı

İranın Qafandakı baş konsulu Mortez Varamin iddia edib ki, Zəngəzurdakı mədəniyyət, adət-ənənə İranla çox yaxındır. O, İranın sözügedən bölgə ilə bağlı planları olduğuna eyham vurub. Varaminin sözləri İranın Zəngəzuru ideoloji silahla farslaşdırma siyasəti kimi dəyərləndirilir. İranın Zəngəzurda aktivləşməsi fonunda ABŞ hərbçilərinin bölgəyə yerləşməsi xəbərləri yayılıb. Maraqlıdır, iki ölkənin Zəngəzura marağı nədən irəli gəlir? Burada ABŞ-İran mübarizəsinin səbəbi nədir? Dalidag.az- ın

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Dalidag.az icmalı təqdim edir:

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısı dərc olunub. Dalidag.az -ın xəbərinə görə, deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. Qeyd edək ki, Seçki Məcəlləsinin 26.2.5, 148.5-ci maddələrinə əsasən, Mərkəzi Seçki Komissiyası qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc edilməsini səsvermə gününə azı 20 gün qalanadək təmin etməlidir. Növbədənkənar parlament seçkiləri ilə

Bu gecə Rusiyanın bir neçə regionu, həmçinin Krım hücuma məruz qalıb: 4 yaşayış məntəqəsi təxliyə edilir. Ötən gecə Rusiyanın Belqorod, Bryansk, Kursk və Lipetsk vilayətləri hücuma məruz qalıb. 2014-cü ildə işğal olunmuş Sevastopol şəhərinin sahilinə isə ekipajsız katerlərin həmləsi qeydə alınıb. Dalidag.az xəbər verir ki, bu barədə Belqorod, Bryansk, Kursk və Lipetsk vilayətlərinin qubernatorları və Sevastopol şəhərinin qondarma rəhbəri teleqramda bildiriblər. Ukrayna ilə sərhədyanı bölgədə
Yazı axını
05 / 10 / 2025
04 / 10 / 2025
04 / 10 / 2025
04 / 10 / 2025
02 / 10 / 2025
01 / 10 / 2025
01 / 10 / 2025
30 / 09 / 2025
29 / 09 / 2025
27 / 09 / 2025
27 / 09 / 2025
26 / 09 / 2025
25 / 09 / 2025
25 / 09 / 2025
24 / 09 / 2025
24 / 09 / 2025
23 / 09 / 2025
23 / 09 / 2025
22 / 09 / 2025
22 / 09 / 2025
20 / 09 / 2025
Ən çox oxunanlar