25 il qabaq olduğu kimi döyüş dostumuz, general İsgəndər Həmidovun darlığa düşməsi sorağına üzülürük. 25 il öncə hakim döyüş dostumuzu dar kamerada dustaq etmişdi, indi həkim. 25 il qabaq da soraqlaşmağa gedəndə qabağımıza çıxan doğmaları idi , indi də. Bircə indi yerini Tanrının yanına dəyişən ömür-gün yoldaşı Rəna xanım yoxdur. Ər qeyrətli bacımızın ruhu indi qoruyucu mələk kimi hospitalda keşik çəkir. İndi bizi qarşılayan, ümid verən, hər şeyə hazır olmağı aşılayan oğulları Məcid, Nofəl,

"Azərbaycan Dəmir Yolları" QSC-də dəmir yolları sahəsində görülən işlər və nəzərdə tutulan tədbirlər müzakirə olunub. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolu nəqliyyatı sahəsində həyata keçirilən və perspektiv layihələr barədə məlumat verib. İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin nəqliyyat infrastrukturunun inkişafına xüsusi önəm verdiyini vurğulayıb, dəmir yolu nəqliyyatı sahəsində sistemli tədbirlərin davam etdirildiyini, dayanıqlı və

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib. Dalidag.az xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul edilib. Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır: - 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə - 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli - 35 saylı Xətai üçüncü seçki dairəsi -

"Həkimlər onun həyatı ilə çarpışırlar. İsgəndər Həmidovun vəziyyəti kritik durumdadır". Dalidag.az xəbər verir ki, bunu tibbi-ekspert Adil Qeybulla deyib. O, bildirib ki, İsgəndər bəyin vəziyyəti ağır olaraq qalmaqdadır: "İstiqlalçı millət vəkili, sabiq daxili işlər naziri, dəyərli dostumuz İsgəndər Həmidovun vəziyyəti kritik durumdadır. Bir neçə gün öncə qardaş Türkiyədən gəlmiş neyrocərrah, professor Kadir Tafta ilə konsultasiya edildi. Baş beynin tomoqrafiyası müayinəsi zamanı işemik

Türkiyəli bloger Ruhi Çenet Ermənistandan maraqlı reportaj hazırlayıb. Dalidag.az xəbər verir ki, İrəvana səfər edən türk bloger əhali arasında Xocalı soyqırımı ilə bağlı sorğu keçirib. Azərbaycanlılara və türklərə nifrət etdiyini söyləyən ermənilər Xocalı soyqırımında özlərini müdafiə etməyə cəhd göstəriblər. İşğalçı ölkədə iqtisadi və sosial vəziyyətin acınacaqlı olduğunu görmək mümkündür. Ruhi Çenet əhalisinin 53%-i qadınlardan ibarət olan Ermənistanda kişilərin böyük əksəriyyətinin ölkə

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin Hərb naziri, əfsanəvi general Səməd bəy Mehmandarovun (1856-1931) anım günüdür. Dalidag.az Səməd bəy Mehmandarovla bağlı 8 faktı təqdim edir: 1. O, Birinci Dünya müharibəsində brilyantla bəzədilmiş “Qızıl Georgi” silahı alan yeganə azərbaycanlıdır. 2. Səməd bəy Rus-Yapon müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığa görə Rusiya İmperator ordusunun tam artilleriya generalı rütbəsi alıb. 3. Əfsanəvi general Azərbaycan Xalq Cümhuriyyətinin Hərb naziri olduğu

Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova Rusiyada yaşayan azərbaycanlıların təkidli tələblərindən sonra istefa verib”. Dalidag.az bildirir ki, bu barədə Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri məlumat verib. Bildirilib ki, Mehriban Sadıqova qurumun bu gün çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub. Belə ki, təşkilatın üzvləri tələb ediblər ki, M.Sadıqova istefa verməsə, azərbaycanlılar təşkilatı

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də vətəndaşların öz müraciət

2022-ci ildə Sakit okeanda dünyada ilk üzən azad dövlət yaranacaq. O bütün dövlətlərin qanunlarından kənar yaşayacaq və özünün Vayron adlı kriptovalyutasından istifadə edəcək. Dalidag.az bu barədə Daily Mail-ə istinadən xəbər verir. Yeni üzən dövlət-şəhərin planına 300 ev, otel, restoran və ofislərin tikintisi daxildir. Ada Taiti yaxınlığında, inşa ediləcək. PayPal-ın əsasını qoymuş Piter Til tərəfindən subsidiyalaşdırılan layihənin ilkin qiymətləndirilməsi 50 milyon dollar təşkil edir və pilot

Milli Məclisə seçkilərlə əlaqədar lider namizədlər müəyyənləşməmiş 7 seçki dairəsində də lider namizədlər müəyyənləşib. İlkin nəticələrə əsasən, həminq 7 seçki dairəsi üzrə lider namizədlər aşağıdakılardır: 17 saylı Yasamal Üçüncü Seçki Dairəsi – Allahverdiyev Elnur (YAP) - 41 % 35 saylı Xətai Üçüncü Seçki Dairəsi - Rauf Arifoglu (bitərəf) – 49,2 % 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi - Tahir Mirkişili (YAP) – 50,1 % 44 saylı Sumqayıt-Xızı Seçki dairəsi - Müşfiq Məmmədli (YAP) – 45,8 % 77
Yazı axını