Reklam


Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur Dalidag.az xəbər verir ki, 102 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi: “Bu gündən etibarən Azərbaycan xalqı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır. DİM-dən verilən məlumata görə, qurum Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə

Türkiyənin İstanbul şəhərinin rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fateh Sultan Məhmət” və “Yavuz Sultan Səlim” körpüləri 28 May - Respublika günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılacaq. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Baş konsulluğundan məlumat verilib. Bu tarixi kompozisiya konsulluğun təşəbbüsü, Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi (XİN), İstanbul Valiliyi və Quru yolları Baş İdarəsinin dəstəyi ilə baş
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı aztəminatlı ailələrə Ramazan sovqatı payladı- ŞƏKİLLƏR
(25-05-2020, 14:30)
(25-05-2020, 14:30)

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Ramazan Bayramı münasibətilə Bakı şəhərində məskunlaşan 300-dən artıq aztəminatlı kəlbəcərli ailə ilə onların müvəqqəti məskunlaşdıqları yaşayış yerlərində görüş keçirib. İctimai Birliyin sədri Qənbər Qurbanovun tapşırığı ilə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və tənha yaşayanlarla keçirilən görüş zamanı onlara bayram sovqatı çatdırılıb. Qeyd olunub ki, özünün xeyriyyəçilik missiyası ilə hər zaman seçilən “Aşıq

Paytaxtda sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq müştərilərə saat 18:00-dan sonra da yerində xidmət göstərən daha bir restoranın fəaliyyəti polislər tərəfindən aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Məmmədəli Hacıyevə məxsus “Kəlbəcər” restoranının müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib. Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis

Dalidag.az Qaraqoyunlu tayfa birliyinin 3-cü başçısı, Azərbaycan Qaraqoyunlu dövlətinin banisi Qara Yusiflə bağlı maraqlı məlumatları təqdim edir: Qara Yusifin əsl adı Əbu Nəsr Qara Yusif ibn Məhəmməd Baranidir. O, 1355-ci ildə Qaraqoyunluların mərkəzi vilayəti olan Vanın şimalındakı Ərcişdə dünyaya gəlib. Qara Yusif hündürboy, sağlam, qüvvətli şəxs olub. Təbiəti etibarilə mərd, ürəkli, verdiyi sözə sadiq hökmdar kimi tanınıb. 1389-cu ildə atası Qara Məhəmmədin öldürülməsindən sonra Qara Yusif

Müasir dövrdə texnologiyanın inkişafı təhsil sisteminə də öz təsirini göstərir. Bunun nəticəsidir ki, distant, yəni müəyyən məsafədən keçirilən təlim-tədris sistemi yaranıb. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompyuter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi

Moskva zooparkında Hitlerə məxsus olduğu iddia edilən Saturn adlı Missipi timsahı ölüb. Dalidag.az-ın xəbərinə görə, bu barədə Moskva zooparkının “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib. Saturn 84 yaşında ölüb. Adətən, timsahlar 30-50 il yaşayır. Bu baxımdan Saturn timsahlar arasında ən uzunömürlü timsah da sayıla bilər. Qeyd edək ki, Saturn 1936-cı ildə ABŞ-da anadan olub, daha sonra isə Berlin zooparkına aparılıb. Timsah 1943-cü ildə Berlin bombalanarkən zooparkdan

Mayın 24-ü və 25-də Azərbaycanda Ramazan bayramı qeyd olunur. Dalidag.az bildirir ki, müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci ilindən qeyd olunmağa başlanıb. Ramazan ayı insanlara Allah yolunda öz iradələrini, dözümlərini yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bütün bunlar orucla ifadə olunur. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan
Aqil Məmmədov:“Şuşadakı “inaqurasiya” oyunu ermənilərin diqqətini böhrandan yayındırmaq cəhdidir”
(23-05-2020, 21:34)
(23-05-2020, 21:34)

“İşğalçı Ermənistanın Şuşada təşkil etdiyi “inaqurasiya” oyunu daxili ictimai rəyə hesablanmış uğursuz addım idi. Bu təxribat beynəlxlaq səviyyədə heç bir rezonans doğurmadı. Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “prezident seçkisi” əvvəldən də dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmayıb və birmənalı şəkildə rədd olunub”. Dalidag.az bildirir ki, bu sözləri turkustan.info-ya açıqlamasında Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov söyləyib.
Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
