İkinci Qarabağ müharibəsində Füzulinin azad olunması istiqamətində döyüşlərdə şəhid olan Kürdəmir rayonunun stansiya Karrar qəsəbəsinin sakini Zülfüqarov Məlik Kamran oğlunun anası örnək addım atıb. Dalidag.az -ın məlumatına görə, şəhidin anası Yeganə Adilova azxeber.com-a açıqlamasında deyib ki, o şəhid üçün dövlət tərəfindən ayrılan vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb. Yeganə Ədilova 10 min manat məbləğində birdəfəlik yardımın Vətənimizin keşiyində duran

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsindən sonra Sünik (keçmiş Zəngəzur) vilayətinin erməni Kornidzor kəndi sərhədyanı olub. Kənd başçısının müavini Arkadi Xaçatryan bildirib ki, kənd indi sərhəddən 400 metr, erməni mövqeləri isə kənddən 200 metr məsafədədir. Bu barədə news.am məlumat yayıb. "Biz çox irəlidə idik və ilk gündən 8 km geri çəkildik. Nə edə bilərdik, dövlət sərhədi bu hissədən keçir... Bu, həyat yoludur, bu, bizim həyatımızın yoludur", - deyə Xaçatryan şikayətlənib.

44 günlük II Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və ölkəmizin ərazi bütövlüyü təmin edildi. Artıq işğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənmə, yolların çəkilməsi və digər işlər həyata keçirilir və məcburi köçkünlərin geri qaytarılmasına hazırlıq işləri aparılır. Lakin bəllidir ki, 27-28 illik işğaldan azad olunmuş rayonların əhalisi bu illər ərzində xeyli artıb. Bu baxımdan, həmin rayonların əhalisi geri qayıdarkən onlar üçün torpaq sahələrinin hansı qaydada

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb Dalidag.az xəbər verir ki, sərəncamda deyilir: "XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi

Əslən azərbaycanlı olan müğənni Sami Yusuf Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı təəssüratlarını bölüşüb. Dalidag.az xəbər verir ki, ifaçı bu barədə tvitter hesabında yazıb:. Laçının fotolarını paylaşan Sami Yusuf "Ora getmək üçün səbirsizlənirəm" sözlərini qeyd edib.

Əslən Laçın rayonunun Sus kəndindən olan şair İlham Qəhrəmanın atası Umud Qəhrəmanov bu gecə vəfat edib. Dalidag.az bildirir ki, bu barədə teleqraf.com-a İlham Qəhrəman məlumat verib. İlham Qəhrəmanın sözlərinə görə, 20 ilə yaxındır atasının gözləri tutulmuşdu: "Amma səhhətindən başqa şikayəti yox idi. Atam Laçının alınması xəbərinin sevincinə tab gətirmədi". Allah rəhmət eləsin! Dalidag.az

Noyabrın 28-də Abşeron rayonunun, Xırdalan şəhərində keçmiş Yüngül Konstruksiyalar Zavodunda uçqun baş verib. Hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti şöbəsinin və yerli sektorunun nümayəndələri orada olub, ailələrin vəziyyəti ilə tanış olublar. Yanğın baş verən ünvanda 9 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. İlkin ehtimala görə, hadisə yağış sularının

Bayaq anamla telefonla danışıram, Deyir: "ay bala, sən deyirdin yas və toy adətlərimiz bizim axırımıza çıxacaq, mən səni qınayırdım. İndi bu pandemiya ən çox yas yerlərində yayılır". Əslində mən yas və toy adətlərinə qarşı çıxanda pandemiya-zad yox idi. Millət kimi formalaşağımıza mənfi təsirinə görə bu adətləri tənqid edirdim. Pandemiya fiziki cəhətdən bu adətlərin mənasız olduğunu təstiqlədi. Əslində bunun başqa tərəfləri də var. Deyə bilərsiniz ki, milli adət milləti niyə məhv etsin ki? -

Ölkəmizdə voleybolun daha da inkişaf etməsi, xüsusilə Qarabağda kütləviləşməsi istiqamətində işlərə tezliklə start veriləcək. Dalidag.az xəbər verir ki, bu barədə Federasiyanın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bununla bağlı qurumun prezidenti Cavid Qurbanov tapşırıq verib. Voleybolun ölkəmizdə daha da populyarlaşması üçün xüsusi layihələr hazırlanmasının vacibliyini qeyd edən C.Qurbanov hədəfin hər zamankı kimi qələbə olduğunu vurğulayıb. Qarabağın işğaldan azad edilmiş

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkü qəbul edib. Dalidag.az -ın məlumatına görə, görüşdə iştirak edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri əvvəlcə Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Azərbaycan xalıqının ümumilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstləri düzüb və daha sonra şəhidlər
Yazı axını