Reklam

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu

Tədqiqatçıların qiymətləndirməsinə görə, nüvə münaqişəsi baş verərsə, yalnız Avstraliya və Yeni Zelandiya sağ qala biləcək. Bu barədə xarici jurnalistlər nüvə apokalipsisi ssenariləri üzrə ekspert Enni Ceykobsona istinad edərək məlumat veriblər. Dalidag.az xəbər verir ki, “The Daily Mirror” qəzetinin Ceykobsona istinadən yazdığına görə, baş verəcək “nüvə müharibəsi” şəraitində kənd təsərrüfatı istehsalını müəyyən dərəcədə qoruyub saxlaya biləcək yeganə ölkələr Avstraliya və Yeni Zelandiyadır.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt ərazisində ABŞ hərbçilərinin cəmləşdiyi əraziyə pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini iddia edib. Dalidag.az xəbər verir ki, bu barədə SEPAH-ın qərargahının bəyanatına istinadən “Al Jazeera“ telekanalı məlumat yayıb. Qeyd olunub ki, hücum onlarla döyüş dronunun iştirakı ilə həyata keçirilib və zərbələr ABŞ əsgərlərinin toplandığı əraziyə endirilib. ABŞ hərbçiləri arasında mümkün itkilərlə bağlı məlumat verilməyib. Eyni zamanda

Şair Sevinc Qəribin atası, dəyərli ziyalımız Qərib Səlimov bu gün dünyasını dəyişib. Son iki ildə 30 ilə yaxın həsrətini çəkdiyi Laçında yaşayan Qərib müəllim bu gün doğma yurdda torpağa tapşırılıb. Manevr.az və Dalidag.az ailəsi olaraq dəyərli əməkdaşımız Sevinc xanıma və mərhumun bütün doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Allah rəhmət eləsin!

Azərbaycanda sabah ilk çərşənbə - Su çərşənbəsi qeyd olunacaq. Su çərşənbəsi Novruz bayramının ilk çərşənbəsi olaraq qədimdən xalqımız tərəfindən qeyd olunan ənənəvi bayramdır. Bu gün su elementinə - təmizliyə, həyatın başlanğıcına və bərəkətə tapınma ilə bağlı mərasimlərlə qeyd olunur. Xalq arasında ona “Əzəl çərşənbə”, “Sular Novruzu”, “Gözəl çərşənbə” və “Gül çərşənbə” kimi adlar verilir. Qeyd edək ki, fevralın 24-də ilk - Su çərşənbəsi, martın 3-də Od, martın 10-da Hava (Yel), martın 17-də
Qərbi Azərbaycan Xronikası: Qobustan arxeoloji tapıntıları erməni iddialarını təkzib edir - VİDEO
(22-02-2026, 09:30)
(22-02-2026, 09:30)

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb. Buraxılışda tarix elmləri doktoru, professor Nəcəf Müseyibli Qərbi Azərbaycanda qayaüstü təsvirlər, qədim dəfn adətləri və digər məsələlərdən danışıb.O bildirib ki, Qarabağ, Zəngəzur və Qərbi Azərbaycan eyni mədəniyyət xəttindədir: "Qərbi Azərbaycan qayaüstü təsvirləri eyni mədəni qatlara aiddir. Arxeoloji faktlar

Azərbaycanda zəlzələ olub. Dalidag.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 05:07-də Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şamaxı rayonunda qeydə alınıb. 3,9 maqnitudada olan yeraltı təkanın ocağı 2 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrə yaxın yaşayış kəndlərində 3-4 bala qədər hiss olunub. Dalidag.az

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45:53-ə təsadüf edəcək. Bu barədə BDU-nun Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

Tanınmış loğman, yazıçı-jurnalist Ərşad Əzimzadə “İnci” şirkətində işə qəbul olunub. Dalidag.az xəbər verir ki, hadisənin maraqlı tərəfi Ərşad Əzimzadənin 92 yaşında işə dəvət olunmasıdır. Ə.Əzimzadə bununla bağlı deyib: “Bu gün, 19 fevral 2026-cı il tarixində, 92 il yaşında olduğum bir vaxtda "İnci" şirkətinin prezidenti Mikayıl Yusifov məni rəsmi olaraq işə dəvət etdi və xalqımıza, dövlətimizə, vətənimizə birlikdə fayda verməyi təklif etdi. Mən bu təklifi böyük sevinclə qarşıladım və yenidən

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 17 şəhid dəfn olunacaq. Dalidag.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhidlərin 16-sı hərbçi, biri isə mülki şəxsdir. İtkin-şəhidlərin bir qismi fevralın 19-da, digər qismi isə fevralın 20-də dəfn olunacaq. Dalidag.az
Yazı axını
25 / 03 / 2026
25 / 03 / 2026
24 / 03 / 2026
24 / 03 / 2026
23 / 03 / 2026
22 / 03 / 2026
21 / 03 / 2026
20 / 03 / 2026
19 / 03 / 2026
19 / 03 / 2026
18 / 03 / 2026
16 / 03 / 2026
16 / 03 / 2026
15 / 03 / 2026
14 / 03 / 2026
13 / 03 / 2026
13 / 03 / 2026
12 / 03 / 2026
11 / 03 / 2026
10 / 03 / 2026
08 / 03 / 2026
07 / 03 / 2026
06 / 03 / 2026
04 / 03 / 2026
27 / 02 / 2026
Ən çox oxunanlar















.jpg)










