Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini Musa Həsənov vəfat edib. Dalidag.az xəbər verir ki, Musa Həsənov bu gün koronavirusdan vəfat edib. Qeyd edək ki, əslən Kəlbəcərdən olan M.Həsənov uzun illər Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi işləyib. 2015-ci ildən Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini kimi fəaliyyət göstərib. 2019-cu il dekabrın 23-də keçirilən növbəti bələdiyyə seçkilərinin qalib olub və 2020- ci il yanvarın 14-də təkrarən Sumqayıt şəhər Bələdiyyəsinin sədr

Rusiya kəşfiyyatının gizli bir bölməsi bəşəriyyəti məhv edə biləcək kimyəvi silah üzərində işləyir. Bunun nümunələrinə son illərdə rast gəlindiyini söyləyən mütəxəssislər Rusiyanın bütün dünya üçün təhlükə yarada biləcək bir addım atmağın astanasında olduğu qənaətindədirlər. Dalidag.az xəbər verir ki, bu barədə “The Mirror” qəzeti yazıb. Koronavirus pandemiyadan daha ciddi bir təhlükənin qapıda olduğunu xəbərdar edən mütəxəssislərin fikrincə, Rusiyanın bu addımı atmasının qarşısı mütləq

Ermənistan Strateji Araşdırmalar Mərkəzinin direktoru Tiqran Arutyunyan Baş nazir Nikol Paşinyan və komandasının hakimiyyətinin “dəhşətli nəticələrini” açıqlamaqla, əslində, erməni cəmiyyətindəki düşüncəni ortaya qoyub. Dalidag.az xəbər verir ki, o, bu barədə öz Feysbuk səhifəsində yazıb. Ekspert həyasızcasına iddia edib ki, ötən müddət ərzində Ermənistan ərazisi guya 42 min kv. km-dan 25 min kv. km-ya endirilib. Qeyd edək ki, Ermənistanın ərazisi 29 min kv.km-dır. 42 min kv.km haradan yaranıb

VI əsrdə türklərin tarixinə şanlı səhifələr yazan Göytürk xaqanlığı yarandı. Təxminən 500 il ərzində göytürklərin dövlətçilik ənənəsini UYĞUR DÖVLƏTİ, uyğurlardan sonra isə OĞUZ DÖVLƏTİ davam etdirdi. Böyük Hun imperatorluğunun dağılmasından sonra Şimali Çinin düzənliklərində türk tayfalarının yaratdığı Jujan dövləti mövcud idi. 552-ci ildə Jujan dövlətinin tabeliyində olan Bumın xaqan özünü «il xaqan», yəni elin hökmdarı elan etdi. O, jujanlara qalib gəlib Göytürk dövlətinin əsasını qoydu.

Ermənistanda daxili siyasi mübarizə, didişmə, hakimiyyətsizlik, bir sözlə milli iflas prosesi davam edir. Özlərini “ən qədim”, “ən dəyanətli”, “ən yenilməz” və s. xalq adlandıran ermənilər bütün bu epitetlərin nağıl olduğunu özləri də dərk etməyə başlayırlar. Görünən odur ki, Qarabağdakı acı məğlubiyyətdən özlərinə gələ bilmirlər və onların cəmiyyət, xalq, dövlət olaraq bərpa proseslərinin hələ uzun vaxt aparacağı şübhəsizdir. Bu prosesin ümumiyyətlə, nəylə nəticələnəcəyi də müəmmalıdır...

Daha bir vəkil dünyasını dəyişdi. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Vəkillər Kollegiyasının üzvü, mərhumun qohumu Əziz Qənbərov məlumat verib: "Bu səhər çox üzücü bir xəbər: uzun müddət polis orqanlarında şərəflə xidmət etmiş, Vəkillər Kollegiyasının üzvü, əmim (Atamın əmisi oğlu) HİDAYƏT MÜƏLLİM rəhmətə getdi. Hidayət əmim sözün əsl mənasında hamının qəlbində xüsusi yeri olan insan, savadlı və peşəkar hüquqşünas idi. Uzun müddət Kəlbəcər rayon Polis şöbəsində də baş müstəntiq

Noyabrın 9-da kapitulyasiya barədə məlum sənəd imzalandıqdan bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələri ilə naharda iştirak edib. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" nəşri yazıb. Nəşrin yazdığına görə, Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. O, müharibə zamanı dəfələrlə onunla

Xəbər verdiyimiz kimi, Qubadlı rayonu ilə Ermənistanın Gorus rayonunun sərhədində yerləşən Vorotan qəsəbəsinin bir hissəsi Azərbaycan ərazisi olduğundan ermənilər dünən oranı tərk ediblər. Dalidag .az xəbər verir ki, bu gün “Hraparak” (“Meydan”) qəzetinə açıqlma verən Vorotan qəsəbəsinin bələdiyyə sədri Surik Ohancanyan Vorotan (Bərgüşad) çayının sol sahilində Azərbaycan bayrağının dalğalandığını deyib. Bələdiyyə sədri bildirib ki, bu mövqedə "Tatev" SES, Gorus-Qafan yolunun 4 km uzunluğundakı

Hadisələri əvvəldən təxmin edərək tarixə damğa vuran öngörücü Vanqanın 2021-ci il üçün proqnozları diqqət çəkir. Dalidag.az bildirir ki, Vanqanın qeydlərinə görə, 2021-ci ildə dünyanı bir "əjdaha" ələ keçirəcək. Əjdahanın Çin mədəniyyətində əhəmiyyətli bir yeri olduğundan onun Çin olduğu təxmin edilir. Daha əvvəl Donald Tramp, Vladimir Putin, Avropadakı epidemiya və Rusiyanın nüvə sualtı gəmisi haqqında söylədiyi öngörücülüyü ilə gündəmə gətirilən Vanqanın 2021-ci ildə xərçəngə son qoyacağı ilə

Xırdalan şəhərində Yüngül Konstruksiyalar Zavodunun yardımçı binasında məskunlaşmış Kəlbəcər rayonundan olan bir qrup məcburi köçkün məskunlaşdıqları binanın uçması səbəbindən qarşılaşdıqları problemlə bağlı bu rayondan Milli Məclisin deputatı Aqil Məmmədova müraciət ediblər. Müraciətdə qeyd olunub ki, binanın uçmasından sonra sakinlərin bəzilərinə müvəqqəti qalmaq üçün kirayə pulu ödənilib. Lakin, bəziləri bu yardımı ala bilməyiblər. Dalidag.az -ın məlumatına görə, məsələnin araşdırılması və
Yazı axını