Reklam

İşğaldan azad edilmiş Zəngilan rayonunun yenidən tikilən Ağalı kəndi Böyük Zəfərin nəticəsinin rəmzlərindən biridir. “Ağıllı kənd” konsepsiyası əsasında tikilən evlər, geniş küçələr, müasir tipli məktəb və uşaq bağçası, layiqli həyat şəraitini təmin edən zəruri infrastruktur doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin sevincinə şahidlik edir. Rahat yaşayış, xoş güzaran, aydın gələcək hər bir sakində məmnunluq və qürur hissi doğurur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yüksək dağlıq ərazilərə - Kəlbəcər və Şahdağa isə qar yağıb. Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 13, Lerikdə 11, Daşkəsən, Oğuz, Qax (Sarıbaş), Gədəbəydə 9, Astara, Yardımlıda 7, Zaqatala, Göygöldə 6, Mingəçevirdə 5, Qusar, Şəmkir, Balakəndə 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Yevlax, Naftalan, Quba, Lənkəran, İsmayıllı,

Gələn ay ardıcıl 4 gün iş olmayacaq. Dalidag.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq. Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq. Qeyd edək ki, Konstitusiya Günü (12 Noyabr) və Milli Dirçəliş Günü (17 Noyabr) isə iş günü olan bayram günləridir.

İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib. Dalidag.az xəbər verir ki, İkinci Şəhidlər xiyabanı bundan sonra Hərbi Memorial Məzarlıq adlanacaq. Qeyd edək ki, Hərbi Memorial Məzarlıqda Birinci və İkinci Qarabağ müharibəsi, Aprel döyüşləri, antiterror əməliyyatları da daxil olmaqla digər əməliyyatlarda, helikopter qəzasında şəhid olmuş hərbi qulluqçular, Vətənə xidmətdə xüsusi fərqlənən generallar, zabitlər uyuyur.

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dalidag.az xəbər verir ki,ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Eyni zamanda, avtomobillər siqnal, gəmilər və yerüstü qatarlar isə fit veriblər. Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 5 il ötür. Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və

Oktyabrda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar xidmət yerləri barədə məlumatlandırılıblar. Dalidag.az xəbər verir ki, çağırışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytındakı müvafiq bölməyə daxil olaraq xidmət edəcəkləri hərbi-hissələri öyrənə bilərlər. Bundan əlavə, mobil telefondan şəxsiyyət vəsiqəsinin nömrəsini (yeni nəsil vəsiqələrdə isə seriya və nömrəni birləşdirilmiş şəkildə) 9100 nömrəsinə SMS vasitəsilə göndərməklə də xidmət yerini

2026-cı ilin sonunadək həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır. Dalidag.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sədrinin müşaviri Arif Ağayev Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə sərnişindaşımanın başlanmasına həsr olunmuş tədbirdə deyib. O bildirib ki, Qarabağda növbəti layihə Ağdam-Xankəndi dəmir yolunun tikintisi ilə bağlıdır. "Bu il iyulun 3-də Prezident İlham Əliyev Xankəndi Dəmir Yolu və

"Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Bakı-Ağdam müntəzəm avtobus reysi təşkil edilir. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir. Bildirilib ki, sentyabrın 26-dan Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək avtobusların son dayanacaq məntəqəsi Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksidir.

L açında işğaldan sonrakı dövrdə yeni üç faydalı qazıntı yatağı balansa götürülüb. Dalidag.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Elçin Məcidov Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında məlumat verib. O qeyd edib ki, Laçın rayonu ərazisində işğaldan əvvəlki dövrdə 3 filiz, 36 qeyri-filiz yatağı olmaqla, ümumilikdə 39 faydalı qazıntı yatağı olub: "İşğaldan sonrakı dövrdə isə 1
Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















