Avqustun 20-si saat 15:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Dalidag.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Dalidag.az xəbər verir ki, avqustun 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 46 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində

Avqustun 19-u saat 16:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya qurğularını hazırlamağa cəhd göstəriblər. Dalidag.az xəbər verir ki, bu barədə Globalinfo.az -a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz

Erməni mediası bir neçə gündür Qafanda “atəş səsi eşidildiyi” haqda məlumat yayır. Dalidag.az xəbər verir ki, yerli sakinlər kiçikhəcmli təyyarələr üçün nəzərdə tutulan Qafan aeroportunda qalxıb-enən təyyarələrə “atəş açıldığını” iddia edirlər. Bildirilib ki, bu gün səhər saatlarında Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan və Baş nazir aparatının rəhbəri Araik Arutyunyan Qafana gəlib. “Arovat” nəşri “yerli şahidə” istinadla yazıb ki, onların təyyarəsi Qafana enərkən yaxınlıqda

Avqustun 18-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə ilk köç karvanı yola salınıb. Dalidag.az xəbər verir ki, indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 23 ailə – 90 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı

“Ermənistan Azərbaycanla sülhə danışıqlar yolu ilə getməyəcək”. Dalidag.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert Ermənistanın Azərbaycana qarşı son təxribatçı fəaliyyətlərinə diqqət çəkib: “Ermənistan iki istiqamətdə hərbi toqquşmaya hazırlaşır. Ermənistan Avropa İttifaqının mülki missiyasının fəaliyyətindən istifadə edərək Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində şərti sərhəddə artilleriya və zirehli texnikalar cəmləşdirir. Ermənistan rəhbərliyi sülh

Qarabağdakı qanunsuz erməni silahlı dəstələri üçün döyüş mövqeləri yaradılır. Dalidag.az xəbər verir ki, son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən aktiv hazırlıq və gücləndirmə işlərinin görülməsi faktları aşkar edilir. Videogörüntülərdə Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində yerləşdirilən müxtəlif təyinatlı

Erməni separatçıları Qarabağda öz qanunsuz hərbi fəaliyyətlərini 44 günlük müharibədən sonra da davam etdiriblər. Belə ki, sosial şəbəkələrdə sözügedən qanunsuz hərbi fəaliyyətləri açıq şəkildə ortaya qoyan kadrlar yayılıb. Kadrlardan görünür ki, erməni separatçıları 2020-ci ildə heç bir hərbi infrastruktur olmayan ərazidə sonradan yeni mövqelər inşa ediblər və silah sistemləri yerləşdiriblər. Sözügedən mövqelər Azərbaycan tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsi yaradılmamışdan əvvəl

Uzun illərdən sonra Laçına qovuşmağı sözlə təsvir edə bilmirəm. Dalidag.az bldirir ki, bunu trend-ə açıqlamasında Laçın sakini Nağıyev Aqil deyib. Onun sözlərinə görə, 1992-ci ildə mənfur ermənilərin hücumu nəticəsində 22 yaşında Laçından çıxıb. Qardaşı Nağıyev Cavanşir 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. Laçın sakini deyib ki, Laçın həsrəti, Həkəri həsrəti uzun illər oraya qayıtmaq hissini daha da gücləndirib. Laçına dönmək, orada yaşamaq bizim borcumuzdur. Biz

Zabuxa birinci mərhələdə köçürüləcək sakinlər arasında püşkatma keçirilib. Dalidag.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, avqustun 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Zabux kəndinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi
Yazı axını