Reklam
Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində Ramazan bayramı namazı qılınacaq. Dalidag.az xəbər verir ki, bununla bağlı Bakı Media Mərkəzi məlumat yayıb. Bayram namazı mayın 13-ü, saat 09:00-da qılınacaq. 29 ildən sonra ilk dəfə Şuşada təşkil edilən namazı birbaşa canlı yayımla izləmək mümkün olacaq. Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mayın 12-si və 13-ü "Xarıbülbül” musiqi festivalı keçirilir. Dalidag.az
Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 9 nəfər müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, mayın 11-də Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Çəmənli kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyən 9 nəfər saxlanılıb. Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib. Dalidag.az
44 günlük Vətən Müharibəsinin qəhrəman əsgəri Rəşad Qəhrəmanov müharibə dövrü xatirələrindən danışıb. Müharibədə Rəşadın komandiri elə onun atası Çingiz Qəhrəmanov olub. "Mən çox xoşbəxt adamam ki, Vətən uğrunda gedən müharibədə atam ilə çiyin-çiyinə döyüşmüşəm" - deyə, Rəşad bildirib. Daha ətraflı Baku TV-nin süjetində: Dalidag.az
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi polis bölməsi Laçın dəhlizində gündəlik patrul xidməti həyata keçirir. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Laçın dəhlizi Xankəndi şəhəri ilə Ermənistanı birləşdirən yoldur. Rusiya sülhməramlı kontingenti razılaşmalara uyğun olaraq, burada nəzarəti həyata keçirir. Nəzarət təkcə yolda yox, 5 kilometr enlikdə də aparılır”, - hərbi polis bölməsinin zabiti, polkovnik-leytenant İvan Kuzmin bildirib. Rusiya sülhməramlı kontingentinin
İşğal dövründə Şuşa şəhərindəki tarixi Mamay bulağının ermənilər tərəfindən özününküləşdirilməsinə cəhd edilmişdi. Dalidag.az xəbər verir ki, bulağın üzərində olan ərəb əlifbalı kitabə işğal dövründə dəyişdirilərək erməni dilində olan xaç və simvollarla əvəz edilmişdi. Bununla yanaşı əvvəllər mövcud olmayan yeni simvol və yazılar da əlavə olunmuşdu. Hazırda ermənilər tərəfindən əlavə olunan bütün simvol və yazılar sökülərək, bulaq öz əvvəlki görkəmində bərpa edilir. Qeyd edək ki, Mamay bulağı
Bu gün Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin bazasında 450-dən çox sülhməramlı II dünya müharibəsində qələbənin 76-cı ildönümünə həsr olunmuş təntənəli toplantıda iştirak edib. Dalidag.az xəbər verir ki, RF-nin Müdafiə Nazirliyinin saytının yaydığı məlumata görə, təntənəli tədbir zamanı 1945-ci il mayın 1-də Reyxstaq binasının damına sancılmış Zəfər bayrağının orijinalının meydana gətirilməsi ilə başlayıb. Daha sonra Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun Dağlıq
Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib. Dalidag.az -ın xəbərinə görə tədbirdə İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu
Bu gün İrandan yenə qanunsuz şəkildə içərisində şübhəli yüklərin olduğu güman edilən çox sayda yük maşınlarının Laçın dəhlizi vasitəsilə Qarabağa göndərilməsi ilə bağlı yeni video yayılıb. Bu barədə məlumatı “Azad İran” teleqram kanalı yayıb. Videogörüntülərdə Laçın dəhlizi boyunca Xankəndinə gedən böyük tutumlu yük maşınlarını görmək olar. Xatırladaq ki, bir neçə gün əvvəl “Azad İran” teleqram kanalında İrandan qanunsuz olaraq Dağlıq Qarabağ ərazisinə yük maşınlarının hərəkət etməsi ilə bağlı
"Hazırda Füzulidə asfalt yolun bərpası həyata keçirilir. Bu səbəbdən əsasən təmas xəttindən keçən yoldakı minaları təmizləyirik. Yalnız bundan sonra asfalt xətti genişləndirilərək orada yenidən təmir işləri aparılır”. Bu fikirləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 1 saylı təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov deyib. Onun sözlərinə görə, təmizləmə bir neçə üsulla aparılır: "Bunlardan biri əllə təmizləmədir ki, bu zaman əməkdaşlar detektor və digər
Vətən müharibəsində şəhid olan hərbçi, baş əsgər Elməddin Vəkilovla Daşkəsəndə vida mərasimi keçirilir. Dalidag.az bildirir ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun nəşi doğulduğu Daşkəsən şəhərinə gətirilib. Şəhidlə yaşadığı evdə vida mərasimi başlayıb. Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edir. Şəhid hərbçimiz Daşkəsən
Yazı axını
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
Ən çox oxunanlar