Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq kecmişi” filmi İranda keçirilən “International Moving Film Festival”da iştirak edib. 12-ci dəfə keçirilən festivalda 120 ölkədən 3046 film nümayiş etdirilib. “Stalinin qaranlıq kecmişi” sənədli filmi festifalın yarıfmfinalçı sertifikatına layiq görülüb. Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib: “Stalin Bakıda 7 dəfə çar ordusu tərəfindən həbs edilsə də, o,

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur rus yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan “Sinif yoldaşları” tamaşası yenidən nümayiş olunub. Dalidag.az xəbər verir ki, tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir. Yeni yaradıcılıq işində teatrın məşhur və sevilən

Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdır. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı

Məhəmməd ibn Həsən Nəsrəddin Tusi (Nəsrəddin Tusi) ensiklopedik alim — filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi və hüquqşünas olmuşdur. Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırmışdır. Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edmişdir. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasrəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsrəddin

Xarakterlər aktyoru Ağasadıq Gəraybəylinin sənəti realizm prinsiplərindən şirələnmiş, onun tələbləri zəminində inkişaf etmiş, yetişib formalaşmışdır. Aktyor faciə, komediya, dram rollarını eyni məharətlə oynayıb. Romantik səpkili tamaşalarda böyük nailiyyətlər qazanıb. Gəraybəyli (Gəraybəyov) teatr tariximizdə 80 il səhnədə obraz yaradan yeganə sənətkardır. Ağasadıq Ağəli oğlu 15 mart 1897-ci ildə Şamaxıda doğulub, ancaq körpə yaşlarından ailəsi Bakıya köçüb. O, burada Azərbaycan-rus məktəbində

Azərbaycan Dillər Universitetində (ADU) Hindistan milli-azadlıq mübarizəsinin lideri və sülh müdafiəçisi Mahatma Qandinin anadan olmasının 150 illik yubileyi münasibətilə tədbir keçirilib. Dalidag.az xəbər verir ki, ADU və Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə universitetin prorektoru Jalə Qəribova iki ölkə arasında əlaqələrin əhəmiyyətini vurğulayıb. O, görkəmli şəxsiyyət Mahatma Qandinin xidmətlərindən danışıb. Qeyd edib ki, Hindistan milli-azadlıq

Şair, yazıçı-publisist, tərcüməçi Süleyman Hüseynovun 70 illik yubileyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib. Dalidag.az -ın məlumatına görə Azərbaycan Yazıçılar Birliyi, Sumqayıt şəhər İcra Hakimiyyəti və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir N.Nərimanov adına Mədəniyyət Mərkəzində baş tutub.Tədbirdə yubiliyarın mühəndis həmkarları, qələm dostları, ictimaiyyət nümayəndələri, oxucular və digər qonaqlar iştirak edib. Maraqlı səhnəciklə başlayan tədbir

Şair Mikayıl Müşfiqin daha bir abidəsi söküntüyə məruz qalıb. Dalidag.az xəbər verir ki, tanınmış musiqiçi və pedaqoq Abbasqulu Nəcəfzadənin bu barədə video paylaşıb. Onun sözlərinə görə, söküntüyə məruz qalan abidə Bakının Müşfiqabad qəsəbəsindədir. Paylaşıma şərh yazanlar abidənin bu şəkildə götürülməsinin şairin ruhuna hörmətsizlik olduğunu yazıblar: "Hətta bu abidəni yenisi ilə əvəz etsələr də, belə olmamalı idi. Bu büstü məktəblərdən birinə hədiyyə etmək olardı". Qeyd edək ki, 2017-ci ildə

Azərbaycan musiqisini dinləyən, şer və qəzəllərini oxuyan, Azərbaycan rəssamlarının sənət əsərlərinə tamaşa edən, nəqqaşlıq, misgərlik kimi sənətkarlıq nümunələri ilə tanış olan hər bir kəs özünü sanki sehrli bir dünyada hiss edir. Bu da təsadüfi deyil. Azərbaycanın qədim milli-mənəvi dəyərləri, təbiətinin füsunkarlığı sanki musiqiyə, sənət əsərlərinə hopub. Azərbaycan incəsənəti təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Qədim milli-mənəvi dəyərləri, ənənələrini özündə yaşadan Azərbaycan bu

Xalq artisti, bəstəkar Aygün Səmədzadənin "Azərbaycan 100 mahnıda" kitabının təqdimat mərasimi keçirilib. Dalidag.az ölkə.az-a istinadən bildirir ki, təqdimat mərasimində tanınmış sənət adamları, rəsmi şəxslər iştirak ediblər. Onların arasında müğənni Akif İslamzadənin də olması diqqət çəkib. Qeyd edək ki, A.İslamzadə uzun illərdir efirə çıxmaqdan və tədbirlərdə iştirakdan imtina etmişdi. Dalidag.az
Yazı axını