Reklam


Baş Prokurorluqda yeni kadr təyinatı olub. Dalidag.az unikal.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Şəmşir Şəmşirli Baş Prokurorluqda böyük köməkçi vəzifəsinə təyin edilib. Ş. Şəmşirli bu təyinatadək Bakı şəhər Prokurorluğunda çalışıb. Qeyd edək ki, Şəmşir Şəmşirli Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğludur.

Vəfa Mürsəlqızı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Vəfa Mürsəlqızı yaradıcılığından: DÜŞ, GƏL BAĞIŞLAYAQ BİR-BİRİMİZİ Bütün nağılların almayla bitdi, Bütün başlanğıclar sondan başladı, Ən böyük yalanı anam danışdı, Ömrümün yalanı ondan başladı. Mən bir az aldatdım, bir az aldandım, Gəlirim, çıxarım nə oldu axı? Sənə tapşırdığım pis adamların, Demədin axırı nə oldu axı? Yadına gəlirmi yalvarışlarım? Yadına gəlmirsə, nə deyim sənə? Yadına gəlirmi

Kəlbəcərə yeni prokuror təyin edilib. Dalidag.az xəbər verir ki, bununla bağlı Baş pokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini İsmayılov İlkin İsmayıl oğlu tutduğu vəzifədən azad edilib. Digər əmrlə isə İ.İsmayılov Kəlbəcərin yeni prokuroru təyin edilib. Dalidag.az

Azərbaycan Ordusunun zabiti vəfat edib. Dalidag.az teleqraf-a istinadla xəbər verir ki, hadisə Kəlbəcər rayonunda yerləşən 'N" saylı hərbi hissələrinin birində baş verib. Əslən Ağcabədi rayonundan olan leytenant Azad Ziyad oğlu Qasımov xidmət etdiyi hərbi hissədə vəfat edib. Mərhum bu gün doğulduğu rayonda dəfn olunacaq. A.Qasımov ailəli idi, bir övladı var. Faktla bağlı araşdırma aparılır. Dalidag.az

Süleyman Hüseynov Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Süleyman Hüseynov yaradıcılığından: NƏĞMƏLƏR YAZAQ Könül, at başından kədəri, qəmi, Gəl, seyrə çıxaq biz bu xoş aləmi. Sən mənə ilham ver, mən də qələmi, Götürüb, bu gündən şeirlər yazaq. Baş qoşma naxələf, nadan kəslərə, Vicdanı, məsləki satan kəslərə , Qulaq ver Xudadan gələn səslərə, O səslər qoymaz ki, düz yolu azaq. Yurdumun hər yanı - gözəllik yeri, Çəkək ruhumuza gözəllikləri. Qovaq

Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür. Dalidag.az xəbər verir ki, 15 0 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub. Cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası olub, Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib. Sonrakı illərdə

Kəlbəcərli şair Səxavət Kəlbəcərli xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış jurnalist Əvəz Zeynallıya görə Palmali Şirkətlər Qrupunun sahibi, iş adamı Mübariz Mənsimova müraciət edib. Dalidag.az həmin müraciətin mətnini olduğu kimi təqdim edir: "Hörmətli Mübariz Mənsimov! Sizə bir vətəndaş, bir jurnalist həmkarı və Əvəz Zeynallının haqq tərəfdarı olan biri kimi müraciət edirəm. Əvəz Zeynallı Azərbaycan cəmiyyətində illərlə haqqın, ədalətin səsini ucaldan, çəkinmədən sözün düzünü deyən,

Tofiq Nurəli Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Tofiq Nurəli yaradıcılığından: SON SAVAŞ Mənim bu dünyayla bitdi savaşım.., Enində-sonunda heç-heçəyik biz... Döyüşü tullayıb gedən dünyanın Baxıram dalınca səssiz-səmirsiz... Mən özüm üzgünəm.., o haldan düşüb... O qanlı savaşlar olmayıb sanki.., Düzün deyəcəyəm--- inanırsan ki, Mən çaşıb qalmışam.., o da büzüşüb gedir səssiz, lap duman kimi.., hərdən-bir dayanıb nəfəs də dərir... Sanki unut

Hazırda Xocalı şəhəri də daxil olmaqla 3 yaşayış məntəqəsinə - Ballıca, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 1 433 nəfərdən ibarət 327 ailə köç edib. Dalidag.az xəbər verir ki, bu fikirləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov III Şuşa Qlobal Media Forumu iştirakçıları ilə Xocalıda keçirilən görüşündə deyib. Onun sözlərinə görə, bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq. Xüsusi nümayəndə forum

"AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq. "AzerGold" QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ariz Tarverdiyev bildirib ki, yeni sikkənin dizaynı ilk dəfə dövlət şirkətinin 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində təqdim olunan stendində nümayiş olunub. Yeni sikkə füsunkar təbiəti, qədim tarixi ilə seçilən və günü-gündən abadlaşan Laçın şəhərinə ithaf olunub. Sikkənin hazırlanmasında Laçın bölgəsinin mədəni irsinin, sənət ənənələrinin və xalq
Yazı axını
13 / 08 / 2025
13 / 08 / 2025
12 / 08 / 2025
12 / 08 / 2025
09 / 08 / 2025
08 / 08 / 2025
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
Ən çox oxunanlar
08-08-2025 19:24
