İbrahim İlyaslı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı İbrahim İlyaslı yaradıcılığından: SƏNİN QOVUŞMALI İKİ YERİN VAR Nə tez inadına daş dəydi belə, Nə tez inamına dəyib qayıtdın? Yenəmi ağlını ürəyin kəsdi? Yenəmi baxtını söyüb qayıtdın? Qoşulub getdinmi durna dəsinə, Bir kimsə yolundan saxlamadı ki? Buludlar üz qoydu Yer kürəsinə, Göy üzü yerindən laxlamadı ki? Hər şeyə ad varsa, ad qoyan da var, - Bəlkə dağlar dərə, dərələr dağdır? Bəlkə bu

Şahnaz Şahin Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Şahnaz Şahin yaradıcılığından: ŞANS Qonşu həyətdən gələn qəfil qışqıqırq səsləri eyni vaxtda çoxlu sayda adamın evindən küçəyə atılmasına səbəb oldu... Bir andaca hadisə yerinə az qala kəndin yarısı toplandı. Hamı nəfəsini içinə çəkərək gənc ananın göldə boğulan iki yaşlı oğlunu ağlaya-ağlaya qolları üstündə sudan çıxarmasına şahidlik edirdi. Hamı nəfəsini içinə çəkib dayanmışdı. Əlindən heç bir şey

Laçının Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Laçın rayonunun Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər

Bu gün yerli vaxtla saat 00:13-də Kəlbəcər rayonunda zəlzələ 3 maqnitudalı zəlzələ olub. Dalidag.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə zəlzələ Daşkəsən stansiyasından 31 km cənub-qərbdə Kəlbəcər rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Dalidag.az

Aida Adıgözəl Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Aida Adıgözəl yaradıcılığından: DARIXANDA SÖYLƏ... Biraz narın çisəyə, biraz həzin yağışa, darıxanda dərdini pıçılda buludlara. Görsən islanmamışam, bəlkə də duymamışam, mütləq ki gətirəcək, söylə gur leysanlara. Mən gülü çox sevirəm, hələ çöl çiçəklərin, hələ çobanyastığın, ağappaq ləçəklərin. Xallı "fatma ananın", bəzəkli böcəklərin içində axtaracam, söylə baldırğanlara. Qabağına nə çıxdı, söylə

Əkbər Qoşalı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Əkbər Qoşalı yaradıcılığından: *** Dəniz üstdən ötür dolmuş buludlar, Kim bilir, hirsini hara tökəcək… Əlim qaşım üstə, fikrim uzaqda, Üfüqlər xəyaldı, sahillər gerçək… Sahil dolur-daşır insanla bəzən Yaşlı qayğılar var, gənc əyləncələr… Fikri dağıtsa da körpə ləpələr, Hamı burdan evə yorğun dönəcək, Üfüqlər xəyaldı, sahillər gerçək… Sahillər qocalır, sular gəncləşir, Görəsən, yorurmu sahili

Mehdi Cəlal Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..."rubrikasının növbəti şeir ərmağanı Mehdi Cəlal yaradıcılığından: HƏDİYYƏ Bahalıya gücüm yetmir, Ucuz da almaram sənə... Tanrım uca sevgi verib; Ta borclu qalmaram sənə. Sevənin dili lallanır, Qisməti gendən dolanır. Ömür-gün elə bulanır; Axıb,- durulmaram,- sənə. Mövlamnan badə almışam, Səhrada naçar qalmışam. Məcnundan betər olmuşam, Layiq yar olmaram sənə. Baxışında şimşək çaxdı, Dünyamı yandırıb-yaxdı. Oddan gözüm elə qorxdu; Bir

Ağdam rayonunun Xıdırlı kəndinə yol salınan köç karvanı məntəqəyə çatıb. Dalidag.az xəbər verir ki, yenidən qurulan Xıdırlı kəndinə 236 nəfər (60 ailə) qayıdıb. Qeyd edək ki, kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli

Məryəm Aslanqızı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Məryəm Aslanqızı yaradıcılığlndan: *** Sıxıb ürəyinin suyunu içsən, Könlündən qırılıb köksünə köçsən. Baxıb görəndə ki, yoxsan bir heçsən, Onda bilərsən ki, darıxmaq nədir.... Bilməzsən bir səsə necə vuruıdun, Bilməzsən bulaqtək necə duruldun. Bilməzsən dünyadan necə qırıldın, Onda bilərsən ki, darıxmaq nədir...... Dünyanın ən gözəl günün bilərsən, Dünyanın ən gözəl gülün bilərsən, Özünə ən

Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Bircə yaradıcılığından: KƏSƏMƏT Axırıncı kündəsini təndirə yapanda anasının qonşusu Ziba arvadın nəvəsi başını doqqazdan irəli uzadıb dedi: – Nənəm deyir anan qapıda yıxılıb, qaçaraq gəlsin. Gülüş gecə gördüyü yuxunu səhərdən bəri çox yerə söyləmişdi – duran kimi qaçıb arxın suyuna, sonra qoz ağacına, indi də əlindən axıb gedən yumru kündələrə danışıb qaynar təndirə yapmışdı. Uşaq gətirən xəbərdən sonra xeyli toxtadı,
Yazı axını