Xanım Aydın Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Xanım Aydın yaradıcılığından: RƏNGBƏRƏNG KƏPƏNƏKLƏR Y ol gedirik. İlkin salamlaşmadan sonra fikrinin yarısı bir tərəfdən maşın, bir tərəfdən də nataraz, yolu hardan gəldi keçən piyadalarda, yarısı da bir az əvvəl çıxıb mənimlə görüşə gəldiyi işində. Onsuz da qısa olan zamanımızı işiylə bağlı söhbətlərlə doldurur. Halbuki danışası o qədər söhbətimiz vardı... Bayaqdan səbrlə dinləyirəm. Söhbətinin arasında

Emil Rasimoğlu Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Emil Rasimoğlu yaradıcılığından: *** Yalqız yaşadığım evin qapısını tapıram şəkillərin arasından və döyürəm; söykəndiyim bütün ağaclar gizlənir it səsindən, qağayı dimdiyindəki kibrit qutusundan... Bir rəssamsa filmə çəkilməmiş ömür axtarmağa başlayır körpələr evində. Beləcə... Heç təqvimdə iməkləyən pilləkənlər də böyümədi, dostum... Düşüb arxamca qaçır üzümü tanıyan ayağı palçıqlı qırışlar

Nihat Pir Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Hihat Pir yaradıcılığından: BİR GƏNCİN MANİFESTİ V allah, bu əhvalat nə vaxt olub, heç özüm də bilmirəm. İndi oturub bunun zaman təfərrüatına varası olsaq, əhvalat uzandıqca uzanacaq. Odur ki, birbaşa mətləbə xitab eləməkdən yanayam. Bu söhbət adını bilmədiyiniz və buna heç də gərək olmayan balaca bir kənddə baş verib. Olur e, iraq olsun, ölüm ölümü əvəz eləyir; filankəsin meyidi soyumamış bəhmənkəsin xəbəri

Sevinc Yunuslu Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Sevinc Yunuslu yaradıcılığınd * * * Həyatın bir anı ağ, bir anı qaranlıqdır, Hansı gülü qoxlasan, bir az məni taparsan. Bir də könlümü qırma, bir an çəkər getməyim- Çox oduma güvənmə, soyuyaram yanarsan! Göz yaşını mənim tək kim silə, kim anlaya? Kim bu yolu mənim tək başlaya, ya sonlaya. Mənim nə günahım var, gətiribdir dünyaya- O dünyada görüşsəz anamı danlayarsan... Bilirsən, adı eşqdir göydə

Səfər Alışarlı Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Səfər Alışarlı yaradıcılığından: QAYIDIŞ Araq qutularının, plastik yağ çəlləklərinin, taxtaları üzərinə xırda hərflərlə dastan yazılmış konteynerlərin arasına tabutu gecə gətirib qoymuşdular. Dörd tərəfdən basan import mal üstünə minməməklə, elə bil, yuxarını sorğu-suala gələn gözəgörünməzlər üçün açıq saxlamışdı. Hündür darvazaların arxasında bu malın, bu əmtəənin, bu kapitalın gedəcəyi dəqiq ünvanlar

Salman Qaralar, şair, tədqiqatçı Anadan olduğum Daşbulaq (Kilsəli) kəndinin üzü Kəlbəcər şəhərinə, Qoçdaşa baxırdı, arxası isə “Qarrax”a, Göyçənin yalına söykənmişdi. Kənd adamlarının danışıq dili olduqca canlı, frazeoloji birləşmələrlə, qanadlı söz və ifadələrlə süslənmiş bir dil idi. Bu haqda çox danışmağa lüzum olmadığından yalnız bir epizodu xatırlamaqla kifayətlənirəm. Mənim orta məktəbdə oxuduğum illərdə ağsaqqallıq məqamında , yaşında olan Əli Babayev (Pəricahanın oğlu Əli 1915-1988)

Tural Turan Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Tural Turan yatadıcılığından: SƏNİ ELƏ SEVDİM Kİ... Səni elə sevdim ki, Tanrı qısqandı bütün yaratdıqlarını. Səni elə sevdim ki, sərxoş oldu göy üzündəkilər. Səni elə sevdim ki, son nəfəsin qadını, qucağımda can verdi ayağın dəyən səkilər... Səni elə sevdim ki, ləpələrindən küsdü bütün küləklər... Səni elə sevdim ki, saçlarından özünü asdı küləklər. Səni elə sevdim ki, Yağışın qanı dondu. Əyni

Varis Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Varis yaradıcılığından: DÜNYANIN ƏN XOŞBƏXT ADAMI Qatlaşdıqlarından yarıbayarı az əziyyətə qatlaşsaydılar, çoxları cəhənnəm əvəzinə cənnətə düşə bilərdi. Ben Conson Qırmızı avtobusun qapısı açıldı və bir anda dayanacaqdakı bütün gözləyənləri, içi O qarışıq uddu. Bu nəhəngin salonu isti idi, Onun donmuş sifətinə və əllərinə hərarət hopdu. Ağzındakı maskanı azacıq aşağı salıb burnunu azadlığa çıxardı. Bir anda

Xəyalə Sevil Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Xəyalə Sevil yaradıcılığından: * * * Sonra hamı getdi, bir-bir, iki-bir, Adamlar azaldı, səslər azaldı. Təkləndim bu boyda dünya içində, Ən yaxın, ən doğma kəslər azaldı. Sonra unuduldu bütün pisliklər, Sonra alışıldı olanlara da. Sonra şükür dedim gündə yüz dəfə Əlimdə, ovcumda qalanlara da. Sonra sən də getdin- nə önəmi var? Könlümdə yerini hər an saxladım. Ən vacib işimin arasında da Səni

Daşqın Məmmədov Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Daşqın Məmmədov yaradıcılığından: ATA ŞUŞA İki gün idi Şuşada güllə, mərmi səslərinin arası demək olar kəsilmirdi. Şəhərdə çox az adam qalmışdı. Onlardan biri də Üzeyir kişinin ailəsi idi. Ailəsi deyəndə gəlini və nəvələri artıq getmişdilər. Yalnız özü, xanımı və iki oğlu qalmışdı. Oğlanları şəhəri qorumaq üçün könüllü olaraq qalmışdılar. Dar gündə doğma-əziz şəhərlərini tərk edib çıxmağı özlərinə
Yazı axını