Pərviz Cəbrayıl Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Pərviz Cəbrayıl yaradıcılığından: "O" ...Polis yanındakılara: "Dayanın, heç kim içəri keçməsin!" - dedi, suyu şappıldada-şappıldada özü keçdi. İçəri zülmət idi; əllərini divara sürtə-sürtə, peşəsinin yiyəsi kimi, ehtiyatla, səssizcə irəliləyirdi. Gəl ki, çəkmələri suyla dolmuşdu və addım atdıqca ayaqları çəkmələrinin içində fırçıltı salıb sükutu pozurdu. Bütün işıq düymələrini tapıb əlləşdirdi, yananı

Fəxri Uğurlu Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Fəxri Uğurlu yaradıcılığından: MƏRYƏMİN OĞLU Qara xəbər qara yel kimi kəndin bu başından o başına əsdi, çəpərləri aşıb qapıların arasından evlərə axdı, pəncərələrə çırpılıb şüşələri çiliklədi, damların örtüyünü atdı. O yelin qabağına düşüb diyirlənə-diyirlənə özünü kəndin ayağındakı evinə yetirən kişi yaylı taxta doqqazı əlindən necə buraxdısa, qapı çərçivəni yarıb çöl üzə açıldı. Kişi evin üstünə haya

İsmayıl İmanzadə Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı İsmayıl İmanzadə yaradıcılığından: HƏR GECƏ ÖLÜRƏM YUXULARIMDA... Hər gecə ölürəm yuxularımda, Hər səhər təzədən dirilirəm mən. Könlümdə çağlayan duyğularımda Çalxana-çalxana duruluram mən. Qəm-qüssə çiynimdə qara tabutum, Zülmətdən qaçıram al günəş kimi. Saflıq axtarıram hərdən bir udum, Sınağa çəkəndə illər qəlbimi. Həyat gözlərimdə yarımçıq yuxu, Ovulub içimdə səsim, harayım. Gedən köç

Kəlbəcər rayonu 49 nömrəli tam orta ümumtəhsil məktəbinin informatika müəllimi Alsu Mikayılova iyunun 25-də keçirilən təhsilverənlərin sertifikatlaşdırılması imtahanında maksimum nəticə göstərərək 60 bal toplayıb. Dalidag.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib. "Əzmkarlığı, biliyi və fədakarlığı ilə nümunə olan müəllimimizi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq!", - deyə idarənin təbrikində deyilir.

İstismara verildiyi tarixdən bu ilin iyun ayının 1-dək “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında (KSES) 42,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Dalidag.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. Bildirilib ki, 3 il öncə 26 iyun tarixində Kəlbəcər rayonunun Lev çayı üzərində inşa olunan 4,4 MVt-lıq “Kəlbəcər-1” KSES istismara verilib. "KSES-lər ekoloji cəhətdən daha təmiz elektrik enerjisi istehsal etdiyi üçün yaşıl enerji mənbəyi hesab olunur və enerji

K əlbəcər rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Dalidag.az xəbər verir ki, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev rayon ərazisində sürdüyü "HOVO" markalı yük avtomobilinin idarəetməsini itirib. Nəticədə maşın çaya aşıb. Qəza zamanı sürücü O.Mustafayev hadisə yerində ölüb. O, Kəlbəcər rayonunda fəaliyyət göstərən şirkətlərin birində çalışırmış. Faktla bağlı araşdırma aparılır. Dalidag.az

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Dalidag.az xatırladır ki, Ordunun yaradılmasından 107 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa sərkərdələr Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər. Azərbaycan dövlət müstəqilliyini

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində AYB-nin və AJB-nin üzvü, şair-publisist Namiq Dəlidağlının şəhid Sahib Musayevin xatirəsinə həsr etdiyi "Bitməyən ömrün yarımçıq gündəliyi" adlı yeni kitabının təqdimatı keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları, yazarlar, Sahib Musayevin ailə üzvləri iştirak edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə

Atlaz Rzayi Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Atlaz Rzayi yaradıcılığından: HƏLƏ BİR AZ SEV Məni unutmağa nə tələsirsən? Daş ki daşımırsan, qaya yarmırsan. Sənin ürəyində yerim rahatdır, Məni bu mənzildə sevib yormursan, Hələ bir az sev. Günəşi, səmanı lap özün kimi Mən səni sevdikcə tanıyacaqsan. Əsl ömür nədir, yaşamaq nədir? Sən məni sevdikcə anlayacaqsan, Hələ bir az sev. Düşün dərin-dərin son qərarını, Kövrək ürəyində kim güləcəkdir?

Saday Budaqlı Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Saday Budaqlı yaradıcılığından: DİVAN Y aşın o vaxtıdı ki, hər il öz ağırlığını bir az da artıq hiss elətdirir. Daha səsi də qocalıb, elə bil quyunun dibindən gəlir. Gözünün işığı öləziyib. Bəzən özünü ayaqyoluna çatdıra bilmir, ayıblı səslər çıxarır. Allah betərindən saxlasın. Deyəsən, yır-yığış eləmək vaxtıdı. Bir yana qalanda, saxlancı yox, yerini desin, uşaqların arasında bölsün. Üzüyünü, sırğalarını,
Yazı axını