Nadir Məmmədli Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Nadir Məmmədli yaradıcılığından: * * * Ey könül şəhərimin Əsrarəngiz sakini! Səni Tanrı atamış - Oldun şəhər hakimi. Hüznlü axşamlara Sən bir əsinti mehsən. Dan üzünə səcdədə Kirpiyimdəki şehsən. Hardandı bu yasaqlar? Götür, Tanrı eşqinə. Apar bir keşikçi qoy Məni saray-köşkünə. Nə bu güzərgahında Qadağan saatları?! Səbrimin üstən keçir Hər gün fayton atları... Haralarda qoşarsan, Kimlərdi

Ağdamda insan skeletinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Dalidag.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd olunub ki, mayın 25-də Ağdam rayonu, Sırxavənd kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı aşkar

Rəşidə Allahverdiyeva Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Rəşidə Allahverdiyeva yaradıcılığından: ADAM... Bu həsrət qovurur bizi min ildi, Nə fərqi, vaxt keçib az, ya çox, Adam. Nə olsun yaşının üstə yaş gəlir… Sənin yaşlanmağa haqqın yox, Adam. Qoy qovsun il ili, ay keçsin ayı, Nə qarış axına, nə qoşul selə. Mən səni gördüyüm gündə qalmışam. Sən məni itirən ildə qal elə. İllərdi qəlbimə çətir tutmuşam, ki həsrət yağışı döyməsin səni. Özüm öz

Laçın Hava Limanına beynəlxalq status verilib. Dalidag.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb. Xarici İşlər Nazirliyinə Laçın Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərmək tapşırılıb. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Dalidag.az

Könül Nuriyeva Oxucu və müəllif diqqətini, istəyini nəzərə alıb, "Hekayə ongünlüyü"nü "Hər gün bir hekayə" etmək qərarına gəldik. Sevinc Qəribin təqdimatında növbəti hekayə ərmağanı Könül Nuriyeva yaradıcılığından: YEMİŞAN KOLUNUN ACLIĞI Ə trafında iki, ya üç qurumuş yemişan kolu vardı. Hər halda gözünü açan kimi, ilk gördüyü onlar olmuşdu. Qupquru kolları küləyin gətirdiyini təxmin etsə də, buraya necə, nə vaxt düşdüyünü yadına sala bilmədi. Mənzərənin ən təsirli yeri isə o kolların birinin

Əyyub Qiyas Sevinc Qəribin təqdimatında hekayə ongünlüyünün növbəti hekayə ərmağanı Əyyub Qiyas yaradıcılığından: ZIRRAMA – Zəhmət olmasa, bir az kənara çəkilin… – Buyurun… Zəhləmi aparmaq istəyən adamın kimliyinə varmadan kənara çəkildim, daha doğrusu, kənara çəkildim, ya ortaya – dəqiqiq yadımda deyil, amma yerimi dəyişdim. Arabir yağış çiləyirdi, zəhlətökən nə üçünsə skamyaya dırmaşmışdı. Ona fikir vermirdim, bir də fikir verib neyləyəsiydim?! Parkda adamlar gəzişir, mənimsə böyrəklərim

Elməddin Mətləb Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Elməddin Mətləb yaradıcılığından: ƏLVİDA! Mən bir gecə vurğunu, mən bir gecə düşgünü, Mən səhra tüfeylisi, mən bir küçə düşgünü. Hər gün tapdaladığım yollar da bezdi məndən, Hər gün göyə açılan qollar da bezdi məndən… Gündüzlərə sığmıram, gündüzlərə naşıyam, Mən bir ata duası, bir ana qarğışıyam! Sən -- ömrün gündoğanı, mən -- ömrün günbatanı, Mənim üçün dünyada sabah yoxdu! Əlvida! Bu da bir

Mayın 24-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb. Dalidag.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək builki festival dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunub. Festivala Cıdır düzündəki açılış konsertində Üzeyir Hacıbəylinin “Ey Vətən” əsəri ilə start verilib.

Bakıda Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb. Dalidag.az xəbər verir ki, festival 24-31 may tarixində Elmlər Akademiyası parkında təşkil ediləcək. Festivalın hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib. Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq

Əli Bəy Azəri Sevinc Qəribin təqdimatında hekayə ongünlüyünün növbəti hekayə ərmağanı Əli Bəy Azəri yaradıcılığından: DOST İlıq bir yaz axşamıydı. Dağətəyi yerlərdə bahar mülayim keçdiyindən hava insana məlhəm kimi gəlirdi. Gün ərzində yaxınlıqdakı biçənəkdə biçilən otun iyi güllərin ətrinə qarışıb ətrafı bürümüşdü. Hələ də gecələmək üçün özlərinə yer seçib qərarlaşa bilməyən quşlar kolluqda budaqdan-budağa sıçrayır, cikkildəşirdilər. Bəzən də elə möhkəm cikkildəşirdilər ki, deyərdin onları
Yazı axını