Azərbaycan Ordusunun hərbçisi dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Fərid Elşən oğlu Nağıyev ağır gedişli meningoensefalit diaqnozu ilə vəfat edib. Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.unikal Dalidag.az

“Avronyus” telekanalı Azərbaycanın Qarabağ bölgəsinin ərazisində - Şuşa və Xocalıda aşkar edilmiş kütləvi məzarlıqlar mövzusunu işıqlandırıb. Dalidag.az xəbər verir ki, telekanalın materialında bildirilib ki, tapılan qalıqların Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş insanlara aid olduğu ehtimal edilir. Bundan əlavə, ekspertlər mümkün işgəncə əlamətlərini aşkar ediblər. "Ən azı yeddi şəxsə aid sümüklər və digər fraqmentlər aşkar edilib. Tapılan sübutlar göstərir ki, bu insanlar qətlə

İlahə Səfərzadə Sevinc Qəribin təqdimatında hekayə ongünlüyünün növbəti hekayə ərmağanı İlahə Səfərzadə yaradıcılığından: LAL Həyəcandan ayağı ayağına dolaşa-dolaşa, sürətlə addımlayırdı. Hərdən şiddətlənib hərdən də yavaşıyan yağış kələ-kötür asfalta dolub hər tərəfdə gölməçə yaratmışdı. Gecə saatları olduğu üçün ətrafda, demək olar ki, adam gözə dəymirdi. Buna baxmayaraq, qıza yenə də elə gəldi ki, kimsə onu izləyir. Addımlarını yeyinlətdikcə bu qorxu hissi bütün vücudunu ağuşuna alıb ruhunu

Hər il may ayının 3-ü Türklük Günü kimi qeyd olunur. Türkçülük bayramının keçirilməsinin tarixi 80 ilə yaxındır. Bu tarixi gün ilk dəfə 1944-cü il may ayının 3-də Topxana hərbi həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla, on nəfər məhkum tərəfindən qeyd edilib. Bundan sonra həmin gün daha geniş kütləni əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb. Dalidag.az xəbər verir ki, Türk dünyasının

Sakit Malikov Dalidag.az Sakit Malikovun yazıçı Günel Natiqin "Narıncı yuxular" hekayəsi haqqında təhlil yazısını təqdim edir: “Narıncı Yuxular” həm mətnin estetik gücü, həm də psixoloji dərinliyi baxımından yüksək səviyyədə yazılmış bir əsərdir. Yazıçı xərçəng xəstəliyinin fiziki və emosional tərəflərini ört-basdır etmədən, utanmadan, gözə soxmadan, səmimi şəkildə təqdim edir. Bu, oxucunun qəhrəmanla empati qurmasına imkan yaradır. Təbii ki, belə bir mövzuda dürüst yanaşma həm cəsarət, həm də

Təranə Vahid Sevinc Qəribin təqdimatında hekayə ongünlüyünün növbəti hekayə ərmağanı Təranə Vahid yaradıcılığından: QASIRĞA ..Kəpənəklər uçur, uçur, uçur... Hamı kimi onun hekayəsi də xırda bir uçuşdan başladı. Dünya hava limanına qonar-qonmaz sallaq bığlı bir kişi əyilib qulağına şəcərəsinin baş tacını – soyadını pıçıldadı: Çalağanov! Guya Yer üzündə adlar qurtarmışdı ki, ulu babası dünyanın gözünü töküb züryətinəbelə yönsüz ad qoymuşdu: Çalağan... Heç sonrakı nəsillər də Çalağanın

Xatirə Fərəcli Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Xatirə Fərəcli yaradıcılığından: AY BİLİR Göz-göz, çiçək-çiçək xallanıb səma, Sayrışan ulduzlar düşüncə seli. Eləcə pərişan, eləcə qərib O ulduz ruhumun dirənən yeri. Bəlkə də, göy üzü dar gəlir ona, Bəlkə də, bezibdir durduğu yerdən. Sözlü adam kimi gülümsəyir Ay Ələnib tökülər ulduzlar birdən. Sanki yer üzünə bomboz qar yağıb, Yüklü ağacların kölgəsi yerdə. Kölgələr sehirdir ay işığında, Həbs

Son dövrlərdə Azərbaycanın xarici siyasətində müşahidə olunan aktivlik, xüsusilə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri, həmçinin aparıcı güc mərkəzlərinin nümayəndələrinin Bakıya gəlişi, Cənubi Qafqazda geosiyasi balansın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Ekspertlərin fikrincə, bu proseslər həm ölkəmizin beynəlxalq nüfuzunun artdığını, həm də regionda uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsinin yekun həllinə doğru ciddi irəliləyişlərin əldə

Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələkbər Sönməzin sayca yeddinci - ,,Qaytara bilsəydim ötən günləri" adlı şeirlər kitabının təqdimatı keçirildi. Dalidag.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda düzənlənən təqdimat mərasimində şairin qələm dostları, jurnalistlər, ziyalılar ictimaiyyət nümayəndələri, oxucular və ailə üzvləri iştirak edib. Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid açaraq, qonaqları salamlayıb. Müəllifin

Kəlbəcərimizin fəxri, gənc ziyalısı, ADA Universitetinin tələbəsi Bəhruz Eldar oğlu Qurbanlı Dövlət imtahanını müvəffəqiyyətlə yüksək səviyyədə vermişdir. "Kəlbəcərə Qayıdış" İctimai Birliyi olaraq Qurbanovlar ailəsini, dəyərli gəncimiz, Azərbaycan dövlətinin layiqli vətəndaşı Bəhruz bəyi təbrik edir, ona uzun, ömür, can sağlığı arzulayırıq. Dəyərli Bəhruz bəy uğurlarınız bol olsun yola davam. "Kəlbəcərə Qayıdış" İctimai Birliyi
Yazı axını