Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Dalidag.az xəbər verir ki, "KİA" markalı avtomobil qarşıdan beton qarışdıran avtomobillə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, 1957 təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb. Hadiəs yerinə polis əməkdaşları cəlb olunublar. Araşdırma davam etdirilir.

Səfər Rzasoylu Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir sovqatı Səfər Rzasoylu yaradıcılığından: YAĞIŞ, SƏN... YAĞIŞ Yağışsa hey yağır, yağır doymadan, Çırpır dörd bir yana səs əllərini. Üfüqdən, qürubdan, torpaqdan, otdan Silir tanrının da əl izlərini. Yerləri, göyləri alıb əlinə Haçana, haraya yağır bu yağış. Azıb zamanını, bugün yerinə Dünənə - geriyə yağır bu yağış. ...Bu yağlş altında nəfəs dərmədən Qaçmaq istəyirəm ta Son sirrəcən. Bu yağış içində

Kəlbəcərli şair Əjdər Əslisafa ağır itki üz verib. Onun bacısı Məhluqə Yusifova dünyasını dəyişib. Dalidag.az saytı və "Dəlidağ" Ədəbi Birliyi olaraq, Əjdər bəyə bacısının vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin!

Ermənistanın Tavuş vilayətinin sərhəddəki yaşayış məntəqələrində demarkasiya prosesi ilə bağlı qeyri-müəyyənlik davam edir. Erməni sakinlər demarkasiya prosesinin hər an başlaya biləcəyini və müəyyən ərazilərin Azərbaycanın nəzarətinə keçəcəyini müzakirə edirlər. Dalidag.az xəbər verir ki, Voskepar (Əskipara) sakini Mihran Maxsudyan Ermənistan mediasına açıqlamasında minatəmizləmə işlərinin başa çatdığını bildirib. Lakin o, heç bir erməni məmurun kəndə gəlib sakinlərlə görüşmədiyini deyib. “Ola

Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı yeni mərhələnin Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişməsində baş tutacağı rəsmən açıqlanıb. Dalidag.az xəbər verir ki, bu barədə erməni jurnalist Voskan Sərkisyan məlumat yayıb. “Bu ərazi İncəsi (Noyemberyan) icmasının Koxb və Qaraça (Berdavan) kəndləri ilə həmsərhəddir. Tavuş sərhəd zonasında xidmət edən hərbçilər anonimlik şərti ilə bildiriblər ki, bu ərazidə delimitasiyaya aprelin 15-də başlanmalı idi.

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür. Dalidag.az xəbər verir ki, 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti,
Yazı axını