Reklam
Bu gün Azərbaycana yaz fəsli daxil olub. Bu zaman gecə ilə gündüz bərabərləşib. Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib və yaz fəsli başlayıb. Qeyd edək ki, şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-dən baharı yay əvəz edəcək.
Salman Qaralar Aşıq şeirinin ən geniş yayılmış şəkillərindən olan qoşmanın misradaxili bölgüsü bir qayda olaraq ya 6+5 şəklində, ya da 4+4+3 şəklində olur. Bir sıra məqamlarda bir şeir daxilində bu bölgünü həmişə gözləmək mümkün olmur. Bəndin birində misradaxili bölgü 6+5, digərində 4+4+3 şəklində olur. Bəzən bir bəndin içində belə misradaxili bölgülər bir-birindən fərqlənir. Zənnimcə, buna da normal baxmaq lazımdır. Çünki şair və ya yaradıcı aşıq öz fikrini daha dolğun ifadə etmək üçün ilk
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Kəlbəcər rayonundan seçilən millət vəkili Aqil Məmmədov Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunub. "Göstərilən yüksək diqqətə və ali mükafata görə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm", deputat vurğulayıb. Dalidag.az
Bu gün Azərbaycanda Novruz bayramının sonuncu - İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur. Digər çərşənbələrdən fərqli olaraq, xalqımız axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir. İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axırıncı çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın
“Yapsan” MMC ilə “Electro İndustries” QSC arasında bağlamış subpodrat müqavilələri üzrə ödənişləri tam aparılıb - MÖVQEY
(18-03-2024, 18:20)
(18-03-2024, 18:20)
Mart ayının 6-da vətəndaş Pərviz Rəşid oğlu Əsgərovun “Dalidag.az” saytında "Kəlbəcərdən olan keçmiş məcburi köçkün Pərviz Rəşid oğlu Əsgərov Prezidentdən kömək istədi" sərlövhəli şikayət məktubu dərc edilib. Sözsüz ki, tərəfsiz media təmsilçisi olaraq oxucunun mövqeyini işıqlandırmaq, ictimailəşdirmək bizim vəzifə borcumuzdur. Məsələni kökündən araşdırmaq isə digər qurumlara aiddir. “Dalidag.az” saytının elektron poçtuna "Electro İndustries" QSC-nin direktoru Emin Qurbanovun qarşı tərəfin
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib. Dalidag.az xəbər verir ki, Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib: “Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər
Xatırladaq ki, dəyərli həmyerlimiz, əslən Kəlbəcərin Başlıbel kəndindən olan, “Moderator.az” saytının rəhbəri, jurnalist Zülfüqar Hüseynzadə 18 iyun 2023-cü ildə doğma yurdunu növbəti dəfə ziyarət edən zaman ürəktutmadan dünyasını dəyişib. Bu əziz gündə dəyərli həmkarımızı sayğı və ehtiramla yad edirik. Allah rəhmət eləsin, ruhu şad olsun! Dalidag.az Zülfüqar Hüseynzadənin ömürlüyündən bəhs edən videoçarxı təqdim edir:
Kəlbəcər rayonunun Yanşaq kəndində yük maşını aşıb, ağır xəsarətlər alan şəxs dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1984-cü il təvəllüdlü L.Əhmədov ağır xəsarətlər alıb. O, Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə martın 13-də baş verib. Qeyd edək ki, ölən şəxs Kəlbəcərdə aparılan yenidənqurma işlərində
Qobustanda qumbara və odlu silahlar aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə 3 ədəd qumbara, 1 ədəd tapança, 40 ədəd avtomat patronu, eləcə də 7 ədəd müxtəlif markalı ov tüfəngi aşkar olunub. Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktik tədbirlər nəticəsində isə rayon sakini müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngini könüllü olaraq polisə
Xankəndi şəhərində xeyli silah-sursat tapılıb. Dalidag.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 15-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tapança, 3 qumbara, 1 alışdırıcı, 4 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02