Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı 7 dekabr tarixində birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib. Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri azad edəcək. Bəs hərbçilər nə zaman dəyişdiriləcək? Dalidag.az xəbər verir ki, hazırda Ermənistanda əsir saxlanılan əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova Modern.az-a deyib ki,

Rövşən Hüseynli Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kəlbəcərin təbiətinin gözəllikləri kəlbəcərlilərin ruhuna, canına və qanına hopub. Kəlbəcərin təbiəti ilə kəlbəcərlilərin xarakterində bir oxşarlıq var. Bu, uzun illərdir, əsrlərdir belə davam edir. Kəlbəcər insanları qarlı qış kimi sərt, payız kimi comərd, bahar kimi gözəl, könül oxşayan, yay kimi isti, mehirban olurlar. Kəlbəcərlilərin üzündə, çöhrəsində olan abır, həya hissi həmən sezilir, duyulur. Böyük-kiçiyə hörmət, qız-gəlinə

Güneyli milli fəallar Təbrizin Eynalı dağının qayalarına Azərbaycan bayrağını həkk ediblər. Dalidag.az xəbər verir kİ, bu barədə Güney Azərbaycan sosial media kanallarında məlumat yayılıb. Bildirilib ki, təbrizlilərin həftəlik yürüş etdikləri yerlərdə Azərbaycan bayrağının həkk edilməsi, güneylilərin Azərbaycan həqiqətlərinə diqqətini cəlb etmək, İran hökumətinin Azərbaycana qarşı təbliğatlarına cavab məqsədilə həyata keçirilib. Qeyd edək ki, Azərbayca bayrağının bir neçə yerdə həkk edildiyi

Dekabrın 8-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında keçirilən tədbirdə Yusif Səmədoğlu adına nəsr müsabiqəsinin qalibləri elan olundu. Ötən ilin dekabrında start verilən yarışma Dastanoğlu Fondunun sədri, yazışı-publisist və iş adamı Rüstəm Dastanoğlunun təşəbbüsü ilə baş tutub və Qarabağ zəfərinə həsr olunub. Yarışmaya poman, povest və hekayə janrları üzrə olmaqla zəfər mövzusuda yazılmış 45 əsər təqdim olunub. İki mərhələdə keçirilən yarışmada jüri üzvləri öncə hər janr üzrə 3 əsər

Azərbaycanda 2024-cü ilin bayram günləri açıqlanıb. Dalidag.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarda əksini tapıb. Qərara əsasən, 2024-cü il martın 20,21,22,23,24-ü Novruz bayramı, aprelin 10,11-i Ramazan Bayramı, iyunun 16,17-si Qurban bayramı müəyyən edilib. Əmək Məcəlləsinə əsasən, yuxarıda nəzərdə tutulan günlər iş günü hesab edilmir. Dalidag.az

İş və istirahət günlərinin yerləri dəyişdirilib. Dalidag.az -ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib. Belə ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31

Kəlbəcər rayon İcra Hakimiyyətinin və Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ümumilli lider Heydər Əliyevin irsi bizim milli sərvətimizdir ” mövzusunda ümumrayon tədbir keçirilib. Dalidag.az xəbər verir ki, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak

Ötən günlərin birində (AYB-nin Natəvan klubunda) “Şəhid atası” Nazilə Gültacı bizə bir daha yaxından tanıtdı ...Vaxtilə hansısa bir yazıçının əsərini oxuyanda onun sanki özünün həytı gəlirdi göz önünə. Mən indiyə kimi də elə bilirəm ki, hər qələm adamı ilk növbədə öz həytını, yaşantılarını bədii formada oxucularına təqdim edir. Yanılsam da, fikrimdə qalıram. Niyə belə düşünürəm? Deyim! Əgər əlinə qələm alıb hansısa bir mövzunu yazmaq istəyirsənsə, öncə öz həyatından nümunə çəkməlisən, həmin

Kəlbəcərli həkim Asif Abbasov dünyasını dəyişib. Dalidag.az bildirir ki, bu barədə "Kəlbəcərə Qayıdış" İctimai Birliyinin səhifəsində məlumat verilib: "Üzücü bir xəbər aldıq. Kəlbəcərin vətənpərvər ziyalısı həkim qardaşımız Asif Ibrahim oğlu Abbasov Kəlbəcər həsrəti ilə vəfat etdi", qeyd edilib. Allah rəhmət eləsin! Dalidag.az

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannla görüşüb. Qurumdan Dalidag.az -a bildirilib ki, Dövlət Komitəsinin sədri Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində aparılan işlər, məcburi köçkünlərin doğma yurda geri qayıdışının ilkin nəticələri, həmçinin komitənin fəaliyyət istiqamətləri barədə səfiri məlumatlandırıb.
Yazı axını