Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Niderlandın “Mine Mark” Fondunun dəstəyi ilə Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları “Zəngilan” şəhərciyində məktəblilər üçün mina təhlükəsizliyinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Komitədən Dalidag.az -a verilən məlumata görə, tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyindəki Zəngilan rayon 33 nömrəli tam orta məktəbin şagirdləri iştirak

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailənin köçürülməsi üçün hazırlıq işlərinə başlanılıb. Dalidag.az xəbər verir ki, bununla bağlı İctimai Televiziyada süjet yayımlanıb. Bildirilib ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 50, Şuşa şəhərinin Malıbəyli kəndinə 50, Xocalı rayonuna 50 və Kəlbəcər rayonuna isə 150 məcburi köçkün ailəsinin köçürülməsinə hazırlıq görülür. Daha ətraflı videomaterialda:

Azərbaycanın Kəlbəcər və Ermənistanın Basarkeçər rayonlarının sərhədində yerləşən Zod qızıl mədəni yenidən istismara veriləcək. Dalidag.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini deyib. O, qızıl mədənində qapalı istismarın 2024-cü ilin martında başlayacağını açıqlayıb.

Rusiya bərk buğda ixracına qadağa qoyur. Qərar gələn ilin may ayının sonuna qədər qüvvədə olacaq. Azərbaycan buğda ehtiyatlarının böyük hissəsini Rusiyadan təmin edir. Rusiya Ukrayna müharibəsi başlayanda dünyada yaşanan taxıl böhranı çörəyin qiymətinin bahalaşması ilə nəticələnmişdi. Üstəlik, taxıl qıtlığı təhlükəsi də yaranmışdı. Onda söhbət əla növ buğdadan gedirdi. Bu dəfə ixraca qadağa qoyulan bərk buğdadır. Daha çox makaron istehsalında istifadə edilir. Amma Azərbaycanda bərk buğdadan

Bu gün Mingəçevir şəhərində Lokal xarakterli antiterror tədbirləri nəticəsində şəhidlik zirvəsinə ucalmış əslən Kəlbəcərdən olan şəhid Cahangir Qurban oğlu Tağızadənin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq kompleksinin və şəhidin foto-güşəsi əks edilmiş abidə kompleksinin açılışı olub. Dalidag.az xəbər verir ki, açılış tədbirində Milli Məclisin deputatı Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə

Dünyaya çox insanlar gəlib gedir. Hər kəs Allahın ona bəxş etdiyi ömrü fərd olaraq qismətinə nə yazılıbsa, onu da yaşayıb gedir. Şairlər də doğulurlar. Ancaq onlar adi insanlardan fərqli olaraq ölmürlər. Şairlər ölən günü belə yenidən doğulurlar. Bu dünyaya bir Bəhmən Vətənoğlu gəldi. Gəldiyi gündən dünya boyda ağır bir yükün altına girdi. Bəhmən Vətənoğlu Azərbaycanın tanınmış klassik şairlərindəndi. Bu dahi şair Azərbaycanın ədəbi mühitində hər zaman üst qatda qərar tutmuşdur. O cəmiyyətin

Kəlbəcərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, bu gün Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini S.Rəhimov idarə etdiyi "Man" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çay

İnqilab Nadirov Kəlbəcərin həm səfalı, həm də cəfalı günlərində rayona rəhbərlik edib. Kəlbəcərlilərin borcu ona ədalətli qiymət verməkdir. İ.Nadirov barədə həm müsbət, həm də mənfi fikirlər var. Hansı düzdür? Bu suala ancaq elm ədalətli cavab verə bilər. Elmə görə, hər birimizin həm şəxsi, həm də ictimai mənafei var və bu mənafelərin nisbi cəmi vahiddir. Başqa sözlə, hər kəs həm özünə, həm də dövlətə işləyir. Rəhmətlik İnqilab Nadirov üçün də bu qanun doğrudur. Bu qanuna görə rəhbərin yaxşı və

Azərbaycan SSR Ali Sovetinin üç çağırış deputatı, Azərbaycan Milli Məclisinin üzvü, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı İnqilab Nadirov bu gün 83 yaşında dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, İnqilab Nadirov 1976-1988-ci illər ərzində Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi olub. İnqilab Nadirov 25 aprel 1940-ci ildə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olub. O, 1991-1995-ci illərdə Azərbaycan Respublikası ilk Milli Məclisinin üzvü olub.

Tanınmış ictima-siyasi xadim, tənqidçi, ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru professor Vəli Nərimanoğlu 77 yaşında vəfat edib. Dalidag.az bildirir ki, professor ürəktutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!
Yazı axını