Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri, Masazır qəsəbəsi, Kəlbəcər rayon 18 saylı orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak ediblər. RİH başçısı Azər

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Bu xüsusda, döyüş

Bu gün Dədə Şəmşir ocağında dünyaya göz açan, Kəlbəcərin sabiq deputatı Cavid Qənbər oğlu Qurbanovun doğum günüdür. Xalq airi Sabir Rüstəmxanlı yazır: "Cavid Qurbanov millətin dərdini, acı taleyini görüb yaxasını kənara çəkmədi, kabinetlərdə gizlənmədi, köksünü dərdlərə sipər elədi, əsir yurdlarımız üçün ağladı, o yollarda didərgin düşənlərin yaralarına məlhəm olmağa çalışdı, alnını qırışdırmadan, üzünü turşutmadan xalqın üzünə çıxdı, onun qapısına üz tutanlara imkanı daxilində kömək elədi.

Bu gün musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günüdür. Üzeyir Hacıbəylinin zəngin musiqi yaradıcılığı olduğu kimi, bədii əsərləri də mövcuddur. Belə ki, ədibin yaradıcılığında maarifçiliyə səsləyən felyeton və satirik hekayələr üstünlük təşkil edir. Qeyd edək ki, 1995-ci ildən Üzeyir Hacıbəylinin anadan olduğu gün – 18 sentyabr «Musiqi günü» kimi qeyd

Qarabağdakı ermənilərin kütləvi şəkildə Ermənistana köçü başlayıb. Dalidag.az xəbər verir ki, indiyə qədər əsasən “müalicə” adı altında Ermənistana gedənlər, indi “tələbə” adından istifadə edirlər. “Tələbə” adı altında gedənlər arasında Ermənistan ordusunun Qarabağda qalan hərbçiləri də var. Kütləvi köç separatçıları narahat etməyə başlayıb və onlar erməni əhalisinə müxtəlif vasitələrlə xəbərdarlıq edirlər. Özünü “ictimai fəal” kimi təqdim edən separatçı rejimin adamı Vlad Balayan Ermənistana

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük maşını Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıb. Dalidag.az xəbər verir ki, BQXK-yə məxsus avtomobilin içərisindəki un və tibbi ləvazimatlar Xankəndidə boşaldılaraq Ağdama geri qayıdıb. Həmin yüklərin Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılması nəzərdə tutulur.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalı, Basarkeçər rayonu, Pəmbək kəndi haqqında xüsusi buraxılış hazırlanıb. Verilişdə Pəmbək kəndinin adının mənasından söhbət açılıb. Qeyd olunub ki, bu toponim quşçu türk etnonimi ilə “iki dağ və ya təpə arasında, eləcə də düzənlikdə uzun dərin çuxur” mənasında işlənən dərə sözünün birləşməsindən əmələ gəlib. Pəmbək sözü “dərədə quşçu tayfasının yaşadığı kənd” mənasını

Sentyabrın 17-i saat 00:20-dən 00:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, saat 00:50-də isə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan

Son vaxtlar Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yaşayan ermənilərin Ermənistana getməsi separatçıları ciddi şəkildə narahat edib. Dalidag.az xəbər verir ki, bununla bağlı erməni mediası məlumat yayıb. Bildirilib ki, separatçıların yeni rəhbəri Samvel Şahramanyan bununla bağlı iclas keçirib, əsas məsələ isə Qırmızı Xaç və Rusiya sülhməramlıları vasitəsilə Ermənistana gedən sakinlər olub. “Qarabağdan gedənlərin əsasən Ermənistan ordusunun

Sentyabrın 15-i saat 23:55-dən sentyabrın 16-sı 00:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və Basarkeçər rayonunun Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng və Qalakənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Ordumuzun bölmələri tərəfindən qeyd
Yazı axını