Reklam
Üzeyir Hacıbəylinin "Nərdivan"ı və başqa hekayələri...
18-09-2023 16:21
Bu gün musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günüdür. Üzeyir Hacıbəylinin zəngin musiqi yaradıcılığı olduğu kimi, bədii əsərləri də mövcuddur. Belə ki, ədibin yaradıcılığında maarifçiliyə səsləyən felyeton və satirik hekayələr üstünlük təşkil edir.
MÜӘLLİMӘ
Onu göndәrdilәr ki, azarlamış müәllimin yerini hәlәlik dolandırsın…. Müәllimә özü rus, şagirdlәr müsәlman.
Әvvәl gün dәrs otağına girdikdә, uşaqların çirkli paltarlarından gәlәn iydәn az qaldı ki, burnunu tutub çıxsın. Әtir vә әnbәrә öyrәnmiş olan bu cür iylәrә dözmәk istәmirdi. Şagirdlәr tәrәfindәn gәtirilib mizlәrin içindә gizlәdilmiş olan İran şirniyyatının (zәfәran, mixәk, darçın, hil kimi) qoxuları uşaqların üst-başından çıxan çirk vә piy iyinә qatışıb, onsuz da әlliyә qәdәr adamın nәfәsi ilә pozulmuş havanı daha da bәdtәr etmişdi.
Heç süpürülmәmiş vә yainki süpürülәn kimi zibillәnmiş olan döşәmәnin üzündә toz-torpaq, yeyinti qırığı, uşaqların әyni-başı cırıq-cırıq, başlarında yekә-yekә papaq vә çirkli yaylıq, müәllimәnin tәmizliyә öyrәnmiş olan gözlәrini incidirdi.
Sәs-küy, anlamadığı bir dil, qışqırıq, lüzumsuz gülüş binәvanın musiqiyә öyrәnmiş qulağına çox fәna tәsir edirdi.
— Mәn buna dözә bilmәrәm, — deyib müәllimә istәdi ki, çıxıb getsin. Lakin qalmağa mәcbur idi, yoxsa gәlәcәk ümidlәri zay ola bilәrdi.
Dәrsә başladı…. Uşqlar rus dilini bilmir, bu dediyini onlar, onlar dediyini bu anlamırdı. O idi ki, klasda uşaqları nizamla saxlamaq mümkün deyildi. Bu hәr nә deyirdisә, uşaqlar öz bildiklәrini edirdilәr.
Belә pәrişan vә qat-qarışıq bir mәnzәrә içindә bir şey müәllimәnin diqqәtini cәlb etdi. Uşaqlardan küncdә oturan bir nәfәri bu nizamsızlığa heç qarışmayıb, dinmәz-söylәmәz oturub kamali-әdәblә dәrsә qulaq asırdı. Әyninә baxdıqda, bu, bir kasıb balası idi, amma üzündә nәcabәt asarı var idi. Bundan heç bir nalayiq hәrәkәt baş vermirdi.
Sözsüzdür ki, bütün klasın içindә müәllimәnin xoşu gәlәn bir şagird var idisә, hәmin bu Әlisәfdәr idi; özü dә yoldaşlarından rusca çox bilirdi vә yaxşı xәtt ilә yazırdı.
— Allahın altında bunun әyni-başı düzәlmiş olaydı, — deyib müәllimә hәtta bu fikirdә oldu ki, Әlisәfdәrә paltar tәdarükü görsün. Amma o biri uşaqlar müәllimәni çox incidirdilәr. Özlәri dә klasda papaqlı otururdular.
— Bu saat papaqlarınızı çıxarın, — deyib müәllimә uşaqların üstünә qışqırdı. Onun әmrini anlayanlar papaqlarını çıxartdılar, anlamayanlar da o birilәrinә baxıb başlarını açdılar.
Lakin burada bir şey müәllimәni heyran qoydu. Onun dostu Әlisәfdәr papaqlı oturmuşdu. Müәlimә tәәccüblә ona baxıb, “Sәn dә papağını çıxart” — dedi. Lakin o heç tәrpәnmәdi, ancaq qıpqırmızı qızardı. Şagirdlәr sәslәrini kәsib bütün diqqәtlәrini bu fәqәrәyә cәlb etdilәr. Klasda dәrin bir sükut әmәlә gәldi. Müәllimә dost tutduğu şagirddin bu itaәtsizliyindәn qәlbi sınmış halda, ona tәrәf gedib, öz әli ilә onun papağını çıxartdı. Bu halda uşaqlar hay-küy saldılar ki, az qaldı otaq dağılsın. Müәllimә bilaixtiyar geri çәkildi vә az qaldı ki, özündәn getsin. Lakin ona әsәr edәn uşaqların vәhşi qışqırığı deyildi.
Bәs nә idi?
Әlisәfdәrin başı keçәl idi.
NƏRDİVAN
Biz necə iş görürük.
Biz necə iş görürük. Biz iş görmək istədikdə bir şeyi yadımızdan çıxardırıq.
O şey nədir?
O şey nərdivandır.
Necə yəni nərdivan. Nərdivan nədir?
Nərdivan bir alətdir ki, onun vasitəsilə adam tədriclə yuxarı çıxa bilər. Hər kəs nərdivansız yuxarı çıxmaq istəsə,evi yıxılar ki, təpəsi dağılar.
Bu belə. Bundan başqa, bir də biz həmişə başımızdan yekə işlər görürük.
Amma bunun səbəbi var. Səbəbi də budur.
Qonşularımız siçan boyda iş gördükdə, biz yatmışdıq. Sonra onların işi böyüyüb keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşək boyda işlər görməyə başladılar, biz yenə də yatmışdıq. Qonşılarımızın eşşək boyda işi irəliləyib camış yekəliyində oldu. Amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq, nə var ki, qonşularımız fil boyda iş görməyə başladılar.
Axırı nə oldu?
Axırı belə oldu:
Filin bir ayağını qayırmamış yoruluruq və durub qaçırıq. Sonra utanırıq, deyirik, gəlin təzədən başlayaq. Ancaq burasını iqrar eləyim ki, filə gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildən balaca nədir? Əlbəttə dəvə. Qərar qoyuruq ki, dəvə boyda işlər qayıraq. Başlayırıq. Amma yenə dəvənin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenə yığılışıb deyirik, dəvə iridir, ondan balacasını başlayaq. Ondan balaca nədir?
Camışdır. Başlayırırq camış boyda iş görməyə, lakin camışa da gücümüz çatmır. Aşağı enirik. Deyirik ki, eşşək boyda işlər görək, amma eşşək bizə güc eləyir. Tuturuq keçini, görürük ki, yox, keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə.
Amma onda görürsən ki,içimizdən bir pişik çıxdı və siçanı yedi.
Biz belə işlər görürük.
BAŞA DÜŞMƏDİ...
Keçәnlәrdә idarәmizә Yevropadan bir nәfәr adam uçub gәlmişdi. Söhbәt arasında dedi ki, bizim Yevropada böyük bir hәyәcan vә qorxu vardır.
Dedim: — Sәbәbi nәdir?
Dedi — Sәbәbi odur ki, Yevropaya çox hәyәcanlı xәbәrlәr gәlir ki, müsәlmanlar böyük bir sürәtlә tәrәqqi edirlәr....
Dedim: — Tәәccübdür, bizim tәrәqqimiz sizi qorxudurmu?
Dedi: — Bilirsiniz, insaniyyәt nöqteyi-nәzәrincә çox şad elәyir. Biz sevinirik ki, bizim növümüz yavaş-yavaş zillәtdәn qurtarır. Amma o biri tәrәfdәn, bilirsiniz, bu әyyam bir әsri — mübarizeyi-hәyatiyyә әsridir. Yәni, dirilik üçün dava elәmәk әsridir. Onun üçün biz istәmәzdik ki, dirilik üçün dava edәnlәr bizim kimi elm qüvvәti ilә güclü olsunlar. Mәsәlәn, bu gün elm vә mәdәniyyәt qüvvәti ilә yaraqlanmış olan İspaniya Fas әrәblәri ilә dirilik üçün dava elәyir. Onun üçün İspaniyanın firәnglәrә çox bәrk acığı tutubdur. Deyir ki, axı sәn nә üçün bu vәhşilәrә mәdәniyyәt ucunu göstәrib, tüfәng atmaq öyrәtdin ki, onlar da bizә tüfәng atırlar. Bütün alәm dә bunu boynuna alır ki, әgәr Fas әrәblәri Yevropa mәdәniyyәtini öyrәnsәlәr, İspaniyanı beş-on gün içindә darmadağın edib, әvvәlcә dә mәdәniyyәt gücü ilә İspaniyanı öz mülkü etdiyi kimi, bu sәfәr dә elәcә edәr (çünki o zaman ki, Yevropa mәdәniyyәtdәn mәhrum idi, әrәblәr әn şәşәlli bir mәdәniyyәtә malik idilәr, yəni bütün elm vә fәnlәr aralarında getdikcә tәrәqqi edirdi. O halda İspaniyanı әrәblәr alıb, islam dövlәtinin bir vilayәti etmişdilәr… Amma sonradan… әşi, allah mollalara insaf versin)
Mәn yevropalıya dedim ki, әzizim, bizi bağışlayın, sizin qorxunuz bizim tәrәqqimizә mane ola bilmәz. İstәr sizin qorxudan ürәyiniz getsin, biz yekә tәrәqqimizi әldәn buraxmayacayıq. Biz tәrәqqi elәyәcәyik.
Dedi: — Bircә onu de görüm indiyә qәdәr çoxmu tәrәqqi eylәyibsiniz?
Dedim — Çox elәmişik.
Dedi: — Olmazmı, öz tәrәqqinizdәn mәnә nümunә göstәrәsiniz?
Dedim — Olar, çıxaq bayıra....
Bayıra çıxdıq, yevropalıya dedim. Tamaşa elә.
Dedi— Baxıram.
— Gördünmü?
— Nәyi?
— Tәrәqqini?
— Hanı? Heç bir şey görmәdim.
— Bәs görmәdinmi ki, buradan bir nәfәr saqqallı müsәlman keçdi ki, ayağına çәkmә geymişdi. Onun ayağına çәkmә geymәyi çox böyük tәrәqqidir.
Dedi- Anlamıram nә deyirsәn.
Dedim: - Belә beş-altı il bundan irәli hәr kәs ayağına başmaqdan başqa özgә bir şey geysәydi ona salam vermәk әvәzindә, «allah saxlasın» — demәk lazım gәlirdi. Amma tәrәqqimiz bu gün o dәrәcәyә çatıbdır ki, çәkmәnin başmaqdan rahat olduğunu hamımız boynumuza almışıq.
Dedi - Heç başa düşmürәm nә deyirsәn?
Bir az ora-bura göz gәzdirdim:
— Bax, bax, müsәlman arvadları faytona minibdilәr.
Dedim: — Pa-ho! Bir neçә il bundan irәli nәinki arvad, hәtta, kişi cürәt edib faytona minsәydi haman dәm faytonun çarxları bir tuği-lәnәt olub onun boynuna keçәrdi.
Dedi — Sözün doğrusu, heç qanmıram nә deyirsәn?
Dedim— Bir ora bax, iki nәfәr müsәlman bir-birinin yanından keçdi vә heç bir şey olmadı.
Dedi— Nә olsun?
Dedim— Pa! Bir-iki ay bundan irәli onlar bir-birinin yanından keçsәydilәr, haman dәm atışıb bir-birini öldürmüşdülәr. Halbuki, indi heç bir zad olmadı. Bundan artıq nә tәrәqqi?
Dedi: — O sizin tәrәqqi deyildir, o, Martınovun qorxusudur. Sәn bircә mәnә de görüm realnidә, gimnaziyada, universitetlәrdә oxuyan uşaqlarınız çoxdurmu?
Dedim— Vallah, onlar çox olardı, hәrgah bir mәsәlә ümum müsәlmanların qabağını kәsmәsәydi.
Dedi — Nә mәsәlәdir?
Dedim: — Çox böyük mәsәlәdir.
Әyilib qulağıma dedi:
— Hökumәt qoymur?
D e d i m: — Xeyr, onun bir sözü yoxdur, bu mәsәlә başqa mәsәlәdir.
D e d i: — Bir de, görәk nә mәsәlәdir?
D e d i m: — Şalvar mәsәlәsidir.
— Necә şalvar?
— Adam geyәn şalvar.
D e d i: — Canım, sәn müәmma ilә danışırsan, açıq de görüm nә demәk istәyirsәn?
D e d i m: — Qoçaq, bundan açıq söz olmaz, şkola gedәn uşaqlar dar şalvar geyirlәr vә dar şalvar da bizlәrdә çox pis şeydir. İndi hәmin mәsәlә bizim qabağımızı kәsdiyinә görә işkolaya uşaq qoymağa cürәt elәmirik.
Bu sözlәrdәn sonra әcnәbi әvvәlcә çox güldü, amma sonra bir qәdәr fikrә gedib, birdәn başladı uşaq kimi ağlamağa vә ağlaya-ağlaya bu sözlәri dedi:
— Biz elm sayәsindә havada quş kimi uçuruq, amma bunlar hәlә şalvar mәsәlәsinә mәşğuldurlar....
Dedi vә uçub getdi…
Üzeyir Hacıbəyli
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 18-09-2023 16:21
Baxış sayı: 3546
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02