Reklam
Firad Əliyev Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Nəzərov Ramiz İsmət oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub. Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev Dalidad.az -a bildirib ki, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun
Ərazisinə görə Azərbaycanın ən böyük və ən yüksəkdə yerləşən Kəlbəcər rayonunda sovet dövründən qalma köhnə xətlər yenisi ilə əvəzlənir. Dalidag.az "Azərişığ"a istinadən xəbər verir ki, bundan əlavə rayonun Alagöllər, Zod, İstisu kimi relyefi çətin olan yüksəkliklərdə yerləşən ərazilərdə də artıq Azərbaycan işığı yanır. Zar kəndi istiqamətində 35 Kv-luq izolyasiyalı xətlərin çəkilişi üzrə işlərə başlanılıb. Xətlərin daşınması üçün dayaqlar basdırılır, xətlər çəkilir. Paralel olaraq Mərcimək,
Avqustun 21-i saat 07:05-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Müdafiə Nazirliyindən verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bundan başqa, saat 09:30-dan
Namiq Dəlidağlı Bəzən insan özündən də, ətrafından da, heyvanlardan, otlardan da, elə bütövlükdə dünyadan da küsər. Çəkilib bir köşəyə susqunluğunu, küskünlüyünü yaşamaq istəyər. Hər şeydən, hər kəsdən təcrid olunmuş halda ömrünün qalan hissəsini tənhalığın qucağında keçirmək arzusunda olar. Həmişə yox ha, yorulanda, tükənəndə. Bilirsiz də, darıxmaq hissi hamıda var. O da bir duyğudu. Bu hiss adamı çulğayanda özünə heç yerdə yer tapa bilmirsən. Eləcə baş alıb getmək istəyirsən harasa. Hara?
Avqustun 20-si saat 15:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Dalidag.az
30 il əvvəl, işğala qədər, Qarabağdakı dağ kəndlərinin sakinləri hər yay yaylaq festivalları keçirirdilər. Dalidag.az xəbər verir ki, erməni işğalından sonra el-obasından didərgin düşən sakinlər, həm də o əyləncə dolu günlərin həsrəti ilə yaşayıblar. Kəlbəcər rayonunun Ağcakənd kənd sakinləri torpaqlarımız işğaldan azad olunandan sonra ilk dəfə yaylaqda toplaşıblar. “Görüntüləri izləyəndə duyğulanmamaq mümkün deyil”, - deyə sevinclərini ifadə edən sakinlər əminliklə qeyd ediblər ki, tezliklə
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Dalidag.az icmalı təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Dalidag.az xəbər verir ki, avqustun 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 46 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində
Avqustun 19-u saat 16:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Avqustun 19-u saat 16:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya qurğularını hazırlamağa cəhd göstəriblər. Dalidag.az xəbər verir ki, bu barədə Globalinfo.az -a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02