Paşinyan Laçın yolundakı aksiya ilə bağlı yeni iddia irəli sürüb. Bildirib ki, “Bakının növbəti planı” ilə bağlı onlarda informasiya var: “Bu plan Qarabağda iqtisadi və psixoloji vəziyyəti kuliminasiya nöqtəsinə çatdırmaq, sonra bir neçə günlüyə yolu açmaq və ermənilərin bölgədən çıxmasına şərait yaratmaqdan ibarətdir. Sonra yolu yenidən bağlayacaqlar, bir müddət sonra ermənilərin Qarabağdan köçməsi üçün növbəti dəfə qısa müddətli açacaqlar”. Erməni baş nazir bunu Bakını ittiham etmək və

"Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Dalidag.az

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib. Hadisə bu gün səhər saat 08.30 radələrində baş verib. Dalidag.az xəbər verir ki, insident zamanı Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan Orxan Əsgərov həlak olub. Məlumata görə, o, silahlı hücuma məruz qalaraq dünyasını dəyişib. Hadisə nəticəsində daha 2 nəfər yaralanıb. Hücum edən şəxsin saxlanıldığı deyilir. Hazırda Azərbaycanın rəsmi qurumları hücumla bağlı operativ araşdırma aparır. Əlavə məlumat veriləcək. İrandakı

Bu günlərdə Kəlbəcər həsrəti ilə haqqın dərgahına qovuşan şair Əlövsət Misiroğlunun anım günü oldu. Ana yurdunun azadlığını görmədən, ürəyində yara, könlündə qübar bizlərə vida edən şairin vəfatından 8 il ötdü. Qeyd edək ki, Əlövsət Misir oğlu Əmrahov (Əlövsət Misiroğlu) 1950-ci il may ayının 27-də Kəlbəcər rayonunun Çovdar kəndində anadan olub. 1957-1961-ci illərdə doğulduğu kənddə lk ibtidai təhsil alıb. 1961-1968-ci illərdə qonşu Başlıbel kənd orta məktəbində təhsilini davam etdirib. İş

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası qırx altı gündür davam edir, gənc aktivistlər gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər. Dalidag.az xəbər verir ki, 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir

Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən “Daşaltı əməliyyatı”ndan 31 il keçir. Əməliyyat Şuşanın Daşaltı kəndinin azad olunması məqsədi ilə 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsi ilə keçərək Qızılqaya

Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək öldürüb. Bu barədə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. O bildirib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əkram Asim oğlu Salahovun 2023-cü il yanvarın 24-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası qırx beş gündür davam edir, gənc fəallar gün ərzində olduğu kimi, gecə də yüksək fəallıq göstərirlər. Dalidag.az xəbər verir ki, 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə də heç bir insident

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən vətəndaşların növbəti qəbulu həyata keçirilib. Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlər, təkliflər aidiyyatı üzrə qeydiyyata alınıb, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasının

Avropa İttifaqı Xarici Əlaqələr Şurası (XƏŞ) Ermənistan-Azərbaycan sərhədinə göndərəcəyi müşahidəçilərin sayında daha bir yenilik edərək, onların regionda qalma müddətini 2 ilədək uzadıb. Bu qərar Paşinyan administrasiyasının təşəbbüsü ilə həyata keçəcək və mahiyyətcə Qərb xüsusi xidmət orqanları üçün Ermənistana qapı açır. Rusiya-Ermənistan münasibətlərinin hazırkı gərginliyi fonunda Kremlin növbəti dəfə qıcıqlanacağı şəksizdir. Dalidag.az xəbər verir ki, yenisabah.az-la söhbətində politoloq
Yazı axını