"...Pərvanə tək səbat ilə şəm hicrinə yandım və dayandım, İnsaf elə, agah elə sirdən, axı kimdin dəli sevda? " Dalidag.az Fərid Muradzadənin yeni şeirlərini təqdim edir: * * * Vallah necə gəldin, gücə gəldin, məni yendin, dəli sevda, Döndün nura, hopdun ruha, sən qəlbimə endin, dəli sevda! Bilməm nə kəramətdir ki, gənclikdə tamam lal-kar oldun İllər boyu susdun, niyə birdən-birə dindin, dəli sevda? Hər naləsi daşlar əridən, qəlbi didən simi-kaman tək, Gizlin szıldayan, inildəyən demə səndin,

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. Dalidag.az xəbər verir ki, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham

Laçın rayonu ərazisində Azərbaycan florasının nadir heyvanlarından sayılan Bezoar növ dağ keçisi görünüb. Maraqlı anlar Laçın Zabux yolu üzərində dağlıq ərazidə qeydə alınıb. Belə ki, Laçın rayonu ərazisində çalışan işçilər yol ilə gedərkən sözü gedən dağ keçisini görübr və görüntüləri qeydə alıblar. Şiş buynuzları və iri gövdəsi ilə seçilən dağ keçisi Laçın florasının incilərindəndir. Qeyd edək ki, Bezoar keçisi “Qırmızı kitaba” daxil edilib. Hazırda respublika üzrə bu heyvanların sayı XX

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda qardan və buzdan təmizləmə işləri aparır. Dalidag.az bu barədə Agentliyə istinadən xəbər verir. Məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etməkdir.

Ş air elin içərisindən çıxdığına görə, elə bineyi-qədimdən onlar “el şairi, elin dili, elin gözü, elin sözü” kimi epitetlərlə xatırlanıblar, anılıblar, unudulmayıblar. Keçmiş sovetlər dönəmində partiya və hökumətin mədhiyyəçilərinin sayını artırmaq üçün dili kəlamlı, əli qələmli yazarları da bölmüşdülər sosial-mədəni təbəqələrə. Məsələn, “xalq şairi”, “xalq yazıçısı”, “əməkdar jurnalist”, “əməkdar mədəniyyət işçisi”… və s. Sovetlər darmadağın edildikdən sonra bu “titullar” da bir növ

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) yeni dövlətlərarası şikayət təqdim edib. Dalidag.az xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib."Avropa Məhkəməsinə göndərilmiş yeni dövlətlərarası şikayətdə 2022-ci il may-avqust aylarında Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülklərinin məhv edilməsinə görə, Ermənistanın məsuliyyət daşımasına dair faktları təqdim etdik", -
Yazı axını