Ukrayna prezidenti Vladimir Zelenski Liman şəhərinin işğaldan azad edildiyini rəsmən açıqlayıb. Zelenski bildirib ki, artıq Liman şəhərində Ukrayna bayrağı dalğalanır. Prezident həmçinin əlavə edib ki, işğal edilmiş ərazilərin azad olunması davam edəcək. Dalidag.az xəbər verir ki, bundan əvvəl Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünü rədd edib. Xatırladaq ki, Ukrayna ərazilərinin ilhaqını rəsmən elan etdikdən sonra Putin Ukraynanı hərbi əməliyyatları dayandırmağa və

Ötən gün ağır yol qəzasında ölən şəxslərin hərbçi olduğu məlum olub. Dalidag.az xəbər verir ki, onlar Gəncə şəhər sakini, MAHHXHQ Musayev İslam İsax oğlu və Şəki şəhər sakini, MAHHXHQ Aslanov Mübariz Azər oğludur. Məlumata görə, hər iki hərbi qulluqçu 44 günlük Vətən müharibəsində və 13 sentyabr 2022 -ci il tarixində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına döyüşüblər. Onların nəşi Cəlilabadda Azərbaycan bayrağına bükülmüş tabuta qoyularaq öz yaşadığları rayona yola salınıb. Qeyd

İkinci Qarabağ müharibəsinin ikinci ili ilə bağlı bir-çox yerlərdə anım günü keçirilib. Bunlardan biri də, Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədovun qatıldığı ilk şəhidimiz olan Atayev Nicat Habil oğlunun anım mərasimidir. Dalidag.az xəbər verir ki, ilk öncə Fəxri xiyaban ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub. Bunun ardından şəhidin ailəsinin yaşadığı Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində toplaşaraq şəhidimiz yad ediblər. Mərasimdə şəhidin ailə üzvüləri ilə

Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “UL-350” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiyanın İjevsk şəhərindəki orta məktəbində atışma zamanı uşaqlar həlak olub. Gazeta.ru-nun məlumatına görə, İjevsk şəhərindəki 88 saylı məktəbdə baş verən atışmada 13 nəfərin öldüyü bildirilir. Qurbanlar arasında yeddi şagird də var. Daha 14 yaralının olduğu qeyd edilir. Polis atəş açan şəxsin meyitini tapıb. Onun intihar etdiyi bildirilir. Həkimlər və təhlükəsizlik xidmətləri hadisə yerindədir. Sözügedən məktəb 1994-cü ildə istifadəyə verilib, 982 şagirdin təhsili ilə 80 müəllim məşğul olur.

Sentyabrın 12-dən 14-nə qədər Azərbaycan-Ermənistan sərhədində gedən qızğın döyüşlərdən sonra geri qayıdan hərbi maşın karvanlarımızın üzərində qeyd olunan hərflər və bu görüntülərin sosial şəbəkələrdə əks olunması, olduqca ciddi maraq doğurdu. Bir çoxları bunu hansısa ideoloji amillərlə əlaqələndirsə də, həqiqətdə həmin hərflərin hərbi birləşmələrimizin müxtəlif bölmələrinin adlarını əks etdirdiyi hərbi ekspertlər tərəfindən şərh edildi. Hərbi ekspert Ədalət Verdiyev yayılan görüntülərə

Jurnalist Əvəz Zeynallı barəsində ev dustaqlığı vəsatətinin təmin edilməməsinə dair Binəqədi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib. Dalidag.az xəbər verir ki, bu barədə Əvəz Zeynallının vəkili Aqil Layıc bildirib. "Ümid edirəm ki, apellyasiya şikayətimiz təmin ediləcək, Əvəz Zeynallı ev dustaqlığına buraxılacaq", - deyə vəkil qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik elan edib. Bu barədə "Mash” teleqram kanalındakı birbaşa yayımdan məlum olub. "Vətənimizi və bütövlüyümüzü qorumaq üçün mən qismən səfərbərliyə dəstək verməyi zəruri hesab edirəm", deyə Putin vətəndaşlara müraciətində bildirib. Dövlət başçısı qeyd edib ki, yalnız ehtiyatda olan və ilk növbədə silahlı qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar hərbi xidmətə çağırılacaqlar. Bölmələrə

“Azərbaycanın Parisdəki səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik”. Dalidag.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildirilib. “Fransa rəhbərliyi səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb. Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıq qalırlar”, - nazirlikdən qeyd olunub. Xatırladaq ki, sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə

NATO-ya üzv olmaq qərarı ilə Moskvanı qəzəbləndirən Finlandiyada yerli media qurumları beynəlxalq medianın diqqətini çəkən xəbər yayımlayıb. Finlandiyanın dövlət televiziyası Yle Rusiyanın ikinci ən böyük şəhəri olan Sankt-Peterburqdakı hava hücumundan müdafiə sistemlərinin Ukraynaya daşındığını açıqlayıb. Peyk görüntülərini araşdıran Mika Makelaynenin xəbərinə görə, fotolar Sankt-Peterburqda çəkilib. Bu, Peterburqun şimal-qərbindəki Zelenoqorsk bölgəsində yerləşdirilən raket batareyalarının
Yazı axını