Azərbaycan alpinistləri Qızılqaya dağ massivində dəniz səviyyəsindən 2783 m hündürlükdə, adsız yüksəkliklərdən birində Vətən müharibəsində şəhid olan 2783 nəfər əsgərin şərəfinə xatirə lövhəsi yerləşdirib. Dalidag.az xəbər verir ki, Xarıbülbül formasında hazırlanmış lövhə üzərində 2783 rəqəmi həkk olunub. Bu barədə sözügedən alpinistlər sosial şəbəkədə məlumat veriblər. Qeyd olunub ki, Xınalıq-Qalaxudat yürüş marşrutunun yaxınlığında yerləşən bu lövhə gələcəkdə ərazidən keçən yerli və xarici

Bu gündən saat gələn il yanvarın 18-i saat 00:00-dək bir sıra şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi və ya Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə ilə icazə verilir. Dalidag.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, həmin qaydalar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad,

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi qazisi Musayev Vahid Azər oğlu ilə görüşüb. Onun səhhəti və müalicəsi ilə maraqlanıb. Dalidag.az -ın məlumatına görə, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qazanılan tarixi qələbə münasibətilə qazi Musayev Vahidi təbrik edib, ona şəfa diləyib. Rayon rəhbəri qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həm döyüş meydanında, həm də siyasi arenada qələbə qazandı.Qazanılan qələbədə

Kəlbəcər rayon İcra Hakimiyyətində Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edildi. Dalidag.az -ın məlumatına görə, ölkəmizin hər yerində olduğu kimi, bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətində müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyevin unudulmaz və əziz xatirəsi böyük ehtiramla yad edildi. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının kollektivi və

Bu gün Azərbaycanın mərhum Prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə

Azərbaycanda hərbi vəziyyət ləğv olunub. Dalidag.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilib.

Sabiq baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov özünə yeni vəkil tutub. Dalidag.az -ın unikal.org-a istinadən məlumatına görə, bundan sonra E.Həsənovun hüquqlarını vəkil Abbas Atakişiyev müdafiə edəcək. Nəzərinizə çatdıraq ki, sabiq səfirin vəkili Adil İsmayılov bir müddət öncə koronavirusdan dünyasını dəyişmişdi. Qeyd edək ki, Eldar Həsənov Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərində sui-istifadə etmə və

Bakı Media Mərkəzi Zəfər paradına həsr olunmuş videoçarx hazırlayıb. Müzəffər Azərbaycan Ordusunun Tarixi Qələbəsinə həsr olunan Zəfər paradından hazırlanan videoçarxı təqdim edirik: Dalidag.az

Prezident İlham Əliyev hərbi vəziyyətin ləğv edilməsi haqqında Fərman imzalayıb. Dalidag.az -ın məlumatına görə, Fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və 8-ci maddələrinə əsasən qərara alıram: 1. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan

Azərbaycan və Türkiyə vətəndaşları qardaş ölkələr arasında sadəcə şəxsiyyət vəsiqəsilə hərəkət edə biləcəklər. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb. Çavuşoğlu yazıb: “Qardaşım Ceyhun Bayramov ilə imzaladığımız protokolla Türkiyə-Azərbaycan arasında çox yaxında sadəcə şəxsiyyət vəsiqələrimiz ilə səyahət edə biləcəyik. “Bir millət, iki dövlət”ə də elə bu yaraşar! Xeyirli olsun”, - o qeyd edib. Dalidag.az
Yazı axını