Reklam
Möcüzəli Naftalanın əli möcüzəli həkimi
15-08-2021 19:30
Hacıyev Şövkət Murad oğlu Cənubi Qazaxıstan Vilayətinin Sayran rayonunda anadan olmuşdur. 1986-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə Tibb İnstitunun müalicə fakültəsini bitirib. İnternaturanı Səmərqənd şəhərində başa vurduqdan sonra Səmərqənd, Çimkənd və Alma-Ata şəhərlərində, eləcə də Əfqanıstanla həmsərhəd olan Karşı şəhərindəki tibb müəssisələrində bir müddət müalicə həkimi ixtisası üzrə işləyib. Daha sonra on beş il müddətində Cənubi Qazaxıstan Vilayətinin Sayran rayon xəstəxanasında kardiologiya şıbəsinə rəhbərlik edib. Əslən Goranboy rayonunun Borsunlu kəndindən olan qaynatası ağır xəstələndiyinə görə ailəsi ilə birlikdə 2009-cu ildə Azərbaycana gələsi olub. Qazaxıstan vətəndaşı olduğu üçün beş illik müvəqqəti Azərbaycan vətəndaşlığı almış, lakin pandamiya ilə əlaqədar dövətlərarası nəqliyyat vasitələrinə məhdudiyyətlərin qoyulması ucbatından hələ də Naftalan şəhərindəki “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi”ndə kardioloq, terapevt və şərq təbabəti üzrə həkim işəyir.
Tanışlığımız təsadüfən baş tutdu. Naftalan sanatoriyasına müalicə üçün getmişdim. Qeydiyyat şöbəsində bizi qeydiyyata alan gənc xanım adımıza yazdığı müalicə kitabçasını bizə uzadıb “Birinci mərtəbədə ürəyinizin kardioqramasını çıxarandan sonra ikinci mərtəbədəki 14 nomrəli otaqda Şövkət həkimin yanına çıxın” dedi. On dörd nömrəli otağın qapısının yanında “İynəsancma kabineti“ sözləri yazılmışdı. Qapını döyüb içəri daxil olduq. İçəridə pərdələrlə arakəsmələr düzəldilmiş, 4-5 çarpayılıq arakəsmələrdə tibb işçiləri xəstələr üzərində işləyirdi. Şövkət həkimi soruşduq, pərdənin arxasından boylanıb ,“Xoş gəlmisiniz ,indi gəlirəm”-dedi. Şövkət həkim yanındakı tibb bacısına nəsə tapşırıq verib bizi qarşılayır. Maskalı olsa da ilk andan onda olan müsbət enerjini asanlıqla hiss etmək olur. Şirin ləhcə ilə danıdığından o dəqiqə milliyyətcə azərbaycanlı olmadığını hiss etdirir. Sənədlərimizə baxa-baxa dəmlədiyi çiçək çayından bizi qonaq edir. Mətbəxdən tutdan hazırlanmış bəhməz gətirir və çayı bəhməzlə içməyimizi məsləhət görür. Təşəkkür edib çayı içirəm, dadı mənə çox tanış gəlir. (Çünki mən dağ çiçəklərindən dəmlənmiş çayları müntəzəm olaraq içirəm). Soruşuram: “Doktor, bu nə çayıdır?”. “Dağlardan yığılmış çiçəklərdən hazırlanmış çaydır, insan orqanizminə çox xeyirdir. Çiçək çaylarını bal ilə, bəhməzlə içmək daha məsləhətdir”-deyə cavab verir. “Siz çaylardan başqa hansı müalicə üsullarından istifadə edirsiniz?”-sualıma stolunun üstündəki qara cildli kitabını əlinə alaraq mənə göstərir və belə cavab verir:
-Mən kardioloq, terapevt olmağımla bərabər həm də Şərq Təbabəti üzrə mütəxəssisəm. Müalicələrdə şərq təbabəti ilə ənənəvi tibbi müalicəni sintez etməyə üstünlük verirəm. Bitkilərin özünü birbaşa xəstələrə qəbul etdirəndə müsbət nəticələrini daha çox görürük. Çünki insanlar da canlıdır, bitkilər də canlıdır. Bitgilərdəki müsbət orqanizmlər insan orqanizmlərinə daxil olanda xəstəliklərin daha tez və uzunmüddətli sağalmasına səbəb olur. Mən bütün insanlara məsləhət bilərdim ki,müntəzəm olaraq bitki tərkibli çaylardan istifadəyə üstünlük versinlər.
“Bəs Naftalanda nə vaxtdan işləyirsiniz ? Elə Azərbaycana gələndən Naftalandamı işləyirsiniz ?”- sualıma isə belə cavab verir:
-Xeyr .Bir il Goranboyda işlədim. Övladlarım o zaman orta məktəbdə oxuyurdular. Goranboyda da rus dilli məktəb var idi. Uşaqlar orada oxudular, məktəbi qurtardılar. İndi ikisi Qazaxıstan Tibb Akademiyasında, balacamız isə Tbilisi Tibb Universitetində oxuyur. Dörd övladım var. Qazaxıstanda da coxuşaqlı ailələrin olması adi haldır. Bizm Prezident, mərhum Heydər Əliyevin dostu Nursultan Nazarbayev deyirdi ki, övladın bol olması xalqın sərvətidir, övlad çox olduqca bərəkət çoxalar.
“Doktor, sizdə həm tibbə, həm də pasientlərə qarşı münasibəti fərqli gördüm. Xəstələrə qarşı sizdə bir mülayimlik də var ”-deyə müraciət edirəm.
-Bizim kənddə mən gözümü dünyaya açandan tibbi termin və dərmanların adlarını öyrənməklə böyümüşəm. Əminliklə deyə bilərəm ki, həkim xəstələrə nə qədər mülayim münasibət göstərsə o qədər də müsbət nəticə əldə edə bilər. Bu, şərq təbabətində də belədir.
Söhbətimiz zamanı Şövkət həkim sualları cavablandırmaq üçün bir dəqiqə də olsun yerində dayanmadı. Bir-bir pərdə arxasındakı xəstələrin yanına keçir, iynəsancma, bankvurma və s. əməliyyatları yerinə yetirir, tibb bacısı Rəmziyyə Sadıqova və adını bilmədiyim digər tibb bacılarına tapşırıqlar verirdi.
“Doktor sizdə xəstələrə qarşı bir mülayimlik də var”-deyə müraciət edəndə pərdə arxasındakı xəstələrdən biri “Çox! Çox! “- deyə ucadan dilləndi. Ona özünü təqdim etməsini xahiş etdim.
- Səidova Nərminə. Sumqayıtdan gəlmişəm. Neçə ildir beynimə qan çatmamaqdan əziyyət çəkirəm. Çox həkimlərə müraciət etmişəm, heç bir xeyri olmayıb. Tanışlarımdan biri mənə Naftalanda Şövkət həkimin olduğunu dedi. Bir həftədir müalicəyə başlayıb, artıq səhhətimdə ciddi irəliləyişlər var. Özu də bütün xəstələrlə doğmaları kimi mülayim rəftar edir.
Doktor Şövkət Hacıyevin bütün xəstələrlə öz döğmaları kimi rəftar etməsinin mən də şahidi oldum və bu yazını yazmaq qənaətinə gəldim. Doktorun arzusu pandemiya bitdikdən sonra doğma Qazaxıstana qayıtmaqdır. Biz də ona öz arzularına çatmağı və şəfalı əllərinin var olmasını arzulayırıq.
Oqtay SALAHLI
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 15-08-2021 19:30
Baxış sayı: 3624
Yazı axını
09 / 01 / 2025
09 / 01 / 2025
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
06 / 01 / 2025
05 / 01 / 2025
03 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
01 / 01 / 2025
01 / 01 / 2025
31 / 12 / 2024
31 / 12 / 2024
31 / 12 / 2024
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
Ən çox oxunanlar