Reklam

"Humanitar atəşkəsin birinci günü Ermənistan 5 rayona 229 mərmi atıb" - Hikmət Hacıyev
(19-10-2020, 09:46)
(19-10-2020, 09:46)

18 oktyabr - humanitar atəşkəsin birinci günü, saat 00.00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib. Dalidag.az bilirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb: H.Hacıyevin sözlərinə görə, Ermənistan ordusu tərəfindən 5 rayona 229 mərmi atılıb: "Tərtərə 160, Ağdama 63, Goranboya 6...; - 3 raket hücumu: 1 Xızı rayonuna, 2 Ağcabədidəki Poladlı kəndinə; - 1 dron hücumu". Dalidag.az

"Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!". Dalidag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev "Twitter“ hesabında yazıb.

Məlum olduğu kimi, bu gün şanlı Azərbaycan Ordusu əfsanəvi Xudafərin körpüsündə bayrağımızı dalğalandırıb. Bununla bağlı Prezident İlham Əliyev öz tvitter hesabında paylaşım edərək “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”, - sözlərini yazıb. Dalidag.az bu məqamda sözügedən körpünün tarixi ilə bağlı məlumatı təqdim edir: Azərbaycanı birləşdirən rəmzi abidə və ya Xudafərin körpüsü...

Ağır döyüşlərdə xeyli canlı qüvvə və döyüş texnikası itirən Ermənistan silahlı qüvvələrinin 527-ci motoatıcı alayının atıcı taboru praktiki olaraq iflic vəziyyətindədir. Dalidag.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin 1-ci korpusunun hərbi hissələrinə əlavə qüvvə olaraq kömək məqsədilə göndərilən taborun ölən və yaralıları əsasən zabit və gizir heyətidir. Döyüşlərdə darmadağın edilən hərbi hissəyə əlavə qüvvə və texnika verilmir. Şəxsi heyət ilə komplektləşdirilə bilməyən və sursat

Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır! Dalidag .az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhə boyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayır. Dalidag.az

Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-dən genişmiqyaslı əks hücuma keçərək Ermənistanın işğal altında saxladığı bir çox yaşayış məntəqələrimizi, strateji yüksəklikləri, o cümlədən Murovdağ zirvəsini azad edib. Dalidag.az rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən yaşayış məntəqələrini, onların daxil olduğu rayonları və işğaldan azad edilmə tarixini təqdim edir: 1. Qaraxanbəyli kəndi (Füzuli rayonu, 27.09.2020) 2. Qərvənd kəndi (Füzuli rayonu, 27.09.2020) 3. Kənd Horadiz

Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub. Madfiə Nazirliyindən verilən məlumata görə, düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Qoşunlar
Ermənistanla Qarabağ arasına yol bağlandı- Laçın koridorunda körpü dəqiq atəşlə dağıdıldı -Şəkil/Video
(17-10-2020, 19:18)
(17-10-2020, 19:18)

Ötən gün Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun işğal altındakı Laçın rayonu ərazisindəki bəzi kəndlərə raket-artilleriya zərbələri endirdiyini bildirmişdi. Qeyd olunurdu ki, ordumuzun hədəf aldığı kəndlərdən biri də düşmənin eybəcər “ahavno” adı verdiyi, Ermənistanla sərhədin yaxınlığında yerləşən Zabux kəndi olub. Bəs ordumuz bu kənddə hansı obyektə zərbə endirib? Bu suala hazırda işğal altındakı ərazilərimizdə dolaşan və oradan reportajlar yayan Patrik Lankaster adlı videobloqer

Düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları aviasiya zərbələri ilə darmadağın edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Dalidag.az
Yazı axını
05 / 10 / 2025
05 / 10 / 2025
04 / 10 / 2025
04 / 10 / 2025
04 / 10 / 2025
02 / 10 / 2025
01 / 10 / 2025
01 / 10 / 2025
30 / 09 / 2025
29 / 09 / 2025
27 / 09 / 2025
27 / 09 / 2025
26 / 09 / 2025
25 / 09 / 2025
25 / 09 / 2025
24 / 09 / 2025
24 / 09 / 2025
23 / 09 / 2025
23 / 09 / 2025
22 / 09 / 2025
22 / 09 / 2025
Ən çox oxunanlar