Reklam
“Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad edilib”. Dalidag.az -ın məlumatına görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində bildirib.
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından başlayaraq Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Düşmənin Gəncəyə raket hücumu zamanı 20-dən çox ev dağılıb. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb. “Azərbaycanın ikinci böyük şəhərində mülki şəxslər Ermənistanın raket hücumuna məruz qalırlar. Humanitar atəşkəsə dair vicdansız çağırışlar edənlər Ermənistanın bu hərbi cinayətlərini görməlidir. İlkin məlumata görə, 20-dən çox ev dağıdılıb”, - o bildirib. Innocent civilians in the second
Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Dalidag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Tvitter səhifəsində yazıb.
Oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti yenə də gərgin olaraq qalıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, işğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini, eləcə də cəbhə xəttinə yaxın kəndləri düşmən dünən gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri səhər saatlarından başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" Dalidag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev tvitter səhifəsində yazıb.
“Demək olar ki, hər gün Azərbaycan Ordusu uğurlu əməliyyatlar keçirir. Bizim əməliyyatlarımız davam edir. Təxminən 40-a yaxın, ya da 40-dan çox yaşayış məntəqəsi işğaldan azad edilib. Yaxın vaxtlarda da növbəti sevincli, şad xəbərlər gələcək. Biz əsas əməliyyatları indi şimal və cənub istiqamətlərində aparırıq”. Dalidag.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyənin NTV telekanalına müsahibəsində bildirib. “Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər
Oktyabrın 14-dən 15-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi vəziyyət gərgin olaraq qalıb. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verib və cəbhənin müxtəlif
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur. Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. Dalidag.az
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02