Reklam
Brüssel razılaşması: Bakı Laçın dəhlizində POST QURACAQ
15-12-2021 14:41
Praktiki addımlar bu razılaşma əsasında atılarsa:
1. Azərbaycan Naxçıvana dəhlizlə yox, nəqliyyat yolu ilə çıxacaq;
2. Azərbaycan Laçın dəhlizində gömrük və sərhəd nəzarəti quracaq: Əliyev görüşdən öncə bunu şərt olaraq irəli sürdü;
Və istisna deyil ki, bu razılaşma Əliyevlə Paşinyanın təkbətək görüşündə əldə edilib.
Laçın dəhlizində gömrük və sərhəd nəzarəti postunun qurulması müharibədən sonra ən böyük qazanclardan biri ola bilər:
- Qarabağa qanunsuz daşımaların qarşısı alınacaq;
- Rus sülhməramlılarının bölgədəki təsir imkanları zəifləyəcək;
- Ermənistana bizim gömrük postundan keçərək gedən ermənilər üzərində idarəçiliyi müəyyən qədər bərpa edə biləcəyik;
- Və ən əsası Laçın dəhlizi dəhliz olmayacaq;
Burada əsas məqam Bakı və İrəvanın “dəhlizlər” üzərindəki nəzarətlərindən rıçaq kimi istifadə imkanlarıdır: Bakı Laçın dəhlizini, İrəvan Zəngəzur dəhlizini bağlamaqla siyasi proseslərə təsir edə bilər, hərçənd, Zəngəzur dəhlizindən (Naxçıvana gedən yol) təkcə Azərbaycan yox, Türkiyə, İran və Rusiyanın da istifadə edəcəyini nəzərə alsaq, Bakı ilə müqayisədə İrəvanın bundan rıçaq kimi istifadə imkanları zəifləyir;
Brüssel anlaşmasının praktiki mərhələdə işləyəcəyi sual altındadır. Dəhlizlərə “gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması”, yəni tərəflərin öz nəzarətində olması rusların marağında deyil. Bu baxımdan, Moskvanın mövqeyinin hansı istiqamətdə olacağına baxmaq lazımdır.
Lakin Moskvada da, Brüsseldə də Bakı qazanclı çıxdı və hər iki halda – kommunikasiyanın dəhliz, yaxud yol məntiqi ilə açılması Azərbaycana sərf edir.
Asif Nərimanlı
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 15-12-2021 14:41
Baxış sayı: 4286Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar





























